(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Mövsümün Naxçıvan finalı

Mövsümün Naxçıvan finalı

Futbol Naxçıvana yaraşır, amma ölkə kubokunun finalı bu bölgəmizin mərkəzi stadionu üçün çox idi. İllərdi hansısa vacib titul matçı burada keçirilir, özümüzü buna məcbur edirik. Lakin inanın ki, zorla gözəllik olmur.
 
Final matçının belə “beton” örtüklü meydanda keçirilməsi ayıbdı. Bəli, Naxçıvanda futbol olmalıdı, lakin belə yox. 2-3 ildən bir hansısa matçı bura salmaqla özümüzü aldadırıq. Bu bölgənin öz klubu, əla stadionu olmalıdı. AFFA-ya, SOCAR-a rəhbərlik edənlər doğma şəhərinə daha çox diqqət yetirməli, yerli idarəçilərlə dil tapıb, futbolu inkişaf etdirməlidilər. Yalançı görüntü ilə olmur.
 
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev bəlkə də 90 dəqiqə dua etdi ki, oyun əlavə vaxta getməsin. Əks halda, kubokun qalibi qaranlıqda mükafatlandırılacaqdı. Projektorsuz stadionda final matçı keçirmək risk idi. Tez başlamaq olmur – istidi, gec də mümkün deyil – işıqlandırma sistemi yoxdu. Meydan da bərbaddısa, nə vacib idi oyunu Naxçıvana salmaq? Futbol idarəçilərimiz bilər, lakin vallah bu bölgəmizi sevdiyinizi göstərmək üçün bir gün kifayət etmir.
 
***
 
“Qəbələ” bütün təbriklərə layiqdi. 10 ildən çoxdu mövcud olan, 2 dəfə ölkəmizi qitə kuboklarının qruplarında təmsil edən, ardıcıl 6 mövsüm Avropa Liqasına düşən “qırmızı-qaralar” indiyədək belə uğura çox imza atmalıydı. Ardıcıl 3 dəfə finala çıxmaq sıradan iş deyil. Klub rəhbərliyi ən çətin dönəmlərdə “Qəbələ”dən üz çevirmədi, onu yaşatdı, ən yaxşı şəraiti yaratdı. Və bu titul onların illərinin mükafatı idi, ona görə də qiyməti çox böyükdü.
 
“Qəbələ” illərdi çempionata rəng qatır, futbolun inkişafı üçün ən yaxşısını etməyə çalışır. Klub rəhbərliyi, bacarıqlı idarəçilər, məşqçi və futbolçu heyəti ən xoş sözlərə layiqdi. Ümid edirik, klub büdcəsi çox azalmaz, “Qəbələ”ni yenə iddialı görərik. Öz yetirmələri komandanı yaşatmağa qadirdi, lakin bir neçə yaxşı transfer də vacibdi ki, avrokubokda seçilmək mümkün olsun. Bu barədə qərarı isə rəhbərlik, həm də tezliklə verəcək.
 
***
 
“Sumqayıt”ın finala çıxması özü artıq uğur idi. Və klub 10 ildə əldə edə bilmədiyini Ayxan Abbasovun sayəsində, möcüzə sayəsində və qısa zamanda reallaşdırdı. Klub rəhbərliyini də tərifləmək, prezident Riad Rəfiyevin birillik fəaliyyətinə müsbət qiymət vermək istərdik. Amma finalın 2-ci dəqiqəsindəki epizod buna imkan vermir. Rəfiyev həqiqi idarəçi olsaydı, hakimlər məhz o anda “Qəbələ”nin qapısına penalti təyin edərdi. Amma İnqilab Məmmədov də Riadın oyuncaq prezident olduğunu yaxşı bilirdi, bu səbəbdən epizodu “görmədi”.
 
Finalın taleyini o penalti həll etməyəcəkdi, “Qəbələ” daha güclü idi. İstənilən halda, qapıya gedən zərbənin qarşısını alan ələ görə o penalti təyin olunmalıydı. Lakin hamı Rəfiyevin başəyən personasını tanıyır, hakimlikdən şikayət etməyəcəyini bilir və buna uyğun davranır. Həmin epizodun davamında “Qəbələ”nin qələbə qolunu vurması isə böyük oyunların taleyini xırda nüansların həll etdiyini göstərdi.
 
İşin maraqlı olan tərəfi isə odur ki, bu uğurun memarı Abbasov “Sumqayıt”da qalmayacaq, Rəfiyev isə kreslosunda əyləşəcək, hətta “Neftçi”yə prezident getmək üçün pərdə arxasında iş çevirəcək. Ayxan bəy qısa müddətdə anladı ki, belə rəhbərlə böyük komanda qurmaq olmaz, əzmkarlıq, möcüzə bir yerə qədərdi.
 
***
 
Qazonu ən zəif matçını keçirən sumqayıtlı futbolçulardan birinin soyadı kimi daş-dəmir olan stadionda matç bitdi, mükafatlandırılma başladı. Oyun günü havası “qaynar qazan” olacağı deyilən Naxçıvanda külək qopdu və az qala tribunanı yerindən oynadacaqdı. Amma nə bu təbiət hadisəsi, nə də güclü yağış ümumi ab-havanı korlamadı.
 
AFFA rəhbərliyi oyuna tam heyətlə getmişdi. Avropa Liqasının Bakı finalı öncəsi yaranan söz-söhbətlərdən sonra hamı səfərbər olmuşdu, üzə çıxmışdı. Lakin nə fəxri tribunada, nə də mükafatlandırma mərasimində birinci vitse-prezident Rauf Əliyevi görmədik. O, qurumun digər rəsmiləri ilə aşağı cərgədə dayanıb çəpik çalırdı. Halbuki subardinasiya qaydaları tələb edirdi ki, prezident Rövnəq Abdullayevin yanında o otursun/dayansın, PFL rəhbəri Ramin Musayev və baş katib Elxan Məmmədov yox. Görünür, hamı öz yerini bilir…
 
Naxçıvan adına xoş sözlər də söyləməliyik. Hər iki klub oyuna azsaylı azarkeşlə getmiş, yerli camaat imkan daxilində oyuna cəlb edilmişdi, tribunaların boş görünməməsi üçün əsgərlər də stadiona gətirilmişdi. Amma ən yaxşısı mükafatlandırma mərasimindəki xanımlar idi. Bir həftə öncə Bakıdakı eynitipli tədbirdən fərqli, bu dəfə podiuma manikenlər yox, milli geyimli xanımlar çıxmışdı. Mühafizəkar Naxçıvanı başımızın tacı edən bu fakt idi. Məhz belə dəyərlərinə görə bu şəhərə hər şey yaraşır. Təkcə bir final yox…
 
FƏRİD
 
P.S.: Bu gün “Neftçi”ylə müqavilə bağlayacağı gözlənilən Stiven Monroz finallarda ən erkən qolun müəllifi kimi tarixə düşdü.
P.P.S.: Bu mövsüm hər iki titul müstəqil və paytaxtı təmsil etməyən klublara qismət oldu. Halbuki çempionatdakı 8 komandadan beşi Bakını təmsil edir və bir o qədəri də şuralaşıb.

 
tarix: 20-05-2019 09:00


 
Xəbər lenti
21.08.2019

19:44   “Liverpul”un futbolçusu Türkiyə klubunda - RƏSMİ

18:55   “Kəpəz” yeni mövsümə 17 futbolçu ilə başlayır

18:21   Xorvatiyalı futbolçu İtaliyada klubunu dəyişdi

18:00   “Keşlə”də kadr dəyişikliyi

17:45   “Monako”da yeni hücumçu

17:12   “Qarabağ” - “Linfild” matçının biletləri satışda

16:50   Premyer Liqada 2-ci turun hakimləri bəlli oldu

16:36   Paytaxt klubunun zədəli futbolçusu sıraya döndü

16:16   “Qarabağ”la oyunlarda Avropaya yaxşı bir səs salmaq istəyirik”

15:50   I Divizionda mövsümün təqvimi açıqlandı

15:36   Super Liqa klubu milli üzvləri ilə “nikah təzələdi”

15:12   La Liqa klubunda 5 illik müqavilə

14:43   Riberinin yeni klubu rəsmən bəlli oldu

14:26   “İnanıram ki, bu mövsüm komandamız üçün çox uğurlu olacaq”

14:01   “Beşiktaş”ın futbolçusu Fransa klubunda

13:42   “Zirə”nin yeni transferi: “Burdakı səviyyəyə təəccübləndim”

13:25   AFFA yeni mövsümün ilk cəzalarını açıqladı

13:08   Azərbaycanla oyundan əvvəl yeni məşqçi

12:40   Ayaz Quliyev rəmzi heyətdə

12:21   Millimizin baş məşqçisi: “Bu iki oyundan maksimum istifadə etməliyik”

12:00   AFFA-dan 1 illik müqavilə

11:40   Uels millisinin Azərbaycanla oyun üçün heyəti açıqlandı

11:21   Millimizin futbolçusu oynadı, komandası ilk qələbəsini qazandı

11:00   DÇ-2022-nin loqosu nə vaxt təqdim olunacaq?

10:41   Daha bir türk futbolçu A Seriyasında

10:23   Millimizlə oyundan öncə klubunu dəyişdi

10:00   Paytaxt klubunda daha bir yeni müqavilə

09:30   “Səbail”in sabiq futbolçusu Super Liqa klubunda

09:00   David Hili: “Qarabağ” məni təəccübləndirdi”

00:55   “Ayaks” APOEL-lə ilk oyunda bacarmadı

20.08.2019

21:44  “Qarabağ” Belfasta getdi - FOTOLAR

19:30  Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

19:00  “Real”ın yeni transferi sıraya döndü

18:44  Honduras millisinin forvardı rəsmən “Sabah”da

18:33  Riberi İtaliya klubu ilə anlaşdı

18:05  “Fənərbaxça”da ciddi itki

17:44  Azarkeşlər AÇ-2020 fristaylerlərini seçir

17:23  “Real”da ciddi itki

17:00  “Zirə”nin 2 futbolçusuna milli dəvət

16:42  Yaşar Vahabzadə: “Nəyin alınıb-alınmadığını oyunlar göstərəcək”

16:21  “Qarabağ”ın maraqlandığı qapıçı B Seriyasında

16:00  İtaliya klubu müraciət etdi, millimizdən uzaqlaşdırıldı

15:41  “Neftçi”nin futbolçusu milliyə çağırıldı

15:20  Şehiçə görə 250 min avro?

15:00  “Linfild” - “Qarabağ” matçı canlı yayımda

14:48  “Azərsun Arena” təmirə bağlanır – “Qarabağ” harada oynayacaq?

14:36  Kamran Quliyev azarkeşlərin tribunadan uzaqlaşdırılmasına aydınlıq gətirdi

14:14  “Yuventus” yeni transferini icarəyə verdi

13:52  “Qarabağ”ın futbolçusu İngiltərə ilə oyuna dəvət aldı

13:38  “Azərbaycan aldadıcı komandadı”

13:15  “Arsenal”dan Bundesliqa klubuna – RƏSMİ

12:51  “Barselona”da itki – 4-5 həftə olmayacaq

12:30  “Səbail”in yubiley qələbəsi

12:19  Əliyev də legionerə ehtiyac duyur: “Futbolçu yetişdirmək heç kimə maraqlı deyil”

12:00  Emil Balayevdən yeni “quru seriya”

11:41  Dabonun xanımından incik mesaj: “Şansı başqalarına buraxaq”

11:31  İlqar Qurbanov rəsmən “Sumqayıt”da

11:23  Millimizin heyəti açıqlandı

11:12  Radikal qərar zamanı

11:01  Mahir üçün seçim anı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az