(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
"Honved", "Torpedo" və başqaları

"Honved", "Torpedo" və başqaları

2019-20 mövsümündə Azərbaycanı Avropa Liqasının I təsnifat mərhələsində təmsil edəcək “Neftçi” və “Səbail”in daha 6 potensial rəqibi müəyyənləşib. 3,800 reytinqə malik olan təmsilçilərimiz püşkatma zamanı səpələnmişlər səbətində qərarlaşacaq. Bakılıların mümkün rəqibləri sırasına son olaraq "Rujomberok", "Debretsen", "Honved", "Torpedo", "Baltzan" və "Akademiya Pandev" də qoşulub.
 
Ümumiyyətlə, I təsnifat mərhələsində mübarizə aparacaq 94 komandadan artıq 65-nin iştirakı dəqiqdi. Onlardan 34-ü səpələnmiş, 27-si səpələnməmişlərdə olacaqsa, 4 klubun durumu qeyri-müəyyəndi.
 
Səpələnmişlər: "Legiya", "Krakoviya" (hər ikisi Polşa), "Styaua", "Vitorul" (hər ikisi Rumıniya), “Malmö”, “Norçepinq” (hər ikisi İsveç), “Molde”, “Brann”, “Hoqesun” (hamısı Norveç), “MOL-Vidi” (Macarıstan), “Dinamo”, “Vitebsk”, “Şaxtyor” (hamısı Belarus), “Spartak” (Slovakiya), "Apollon" (Kipr), “Jalgiris” (Litva), “Reyncers”, "Kilmarnok" (hər ikisi Şotlandiya), "Jrinski" (Bosniya və Herseqovina), “Kayrat”, "Tobol", "Ordabasi" (hamısı Qazaxıstan), “Vardar” (Makedoniya), "Çukariçki" (Serbiya), "Domjale", "Olimpiya" (hər ikisi Sloveniya), “Kruzaders” (Şimali İrlandiya), “Ventspils” (Latviya), “Styarnan” (İslandiya), “Fola” (Lüksemburq), “Vaduts” (Lixtenşteyn), “Neftçi”, “Səbail” (hər ikisi Azərbaycan), “Kork Siti” (İrlandiya).
 
Səpələnməmişlər: “Dunayska Ştreda”, "Rujomberok" (hər ikisi Slovakiya), "B-36 Torshavn" (Farer adaları), “Çixura”, “Torpedo” (hər ikisi Gürcüstan), "Debretsen", "Honved" (hər ikisi Macarıstan), “Milsami”, “Petrokub” (hər ikisi Moldova), “Trans”, “Flora” (hər ikisi Estoniya), “Liepaya”, “Riqa” (hər ikisi Latviya), “Qzira”, "Baltzan", “Hibernian” (hamısı Malta), “Reykyavik”, “Breydablik” (hər ikisi İslandiya), “Şemrok Rovers”, “Sent-Patriks” (hər ikisi İrlandiya), "Akademiya Pandev" (Makedoniya), “Şiroki Briyeq” (Bosniya və Herseqovina), “Konnak” (Uels), “Kuopio”, “Rovaniemi”, “İnter” (hamısı Finlandiya), “Ştumbras” (Litva).
 
Qeyri-müəyyənlər: “Jelezniçar” (Bosniya və Herseqovina), “Trakai” (Litva), “Levadiya” (Estoniya), "Buduçnost" (Monteneqro).
 
Qeyd edək ki, Avropa Liqasında ilk iki təsnifat mərhələsinin püşkatması iyunun 18-19-da İsveçrənin Nyon şəhərində keçiriləcək.

 
tarix: 20-05-2019 10:30


 
Xəbər lenti
18.06.2019

09:00   12 ilin güzgüsü: 1 həftədə 9 oyuna 1 qələbə

00:05   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

17.06.2019

21:17  “Neftçi” üçün 5, “Səbail” üçün 6 potensial rəqib

20:34  “Səbail”in futbolçusu “Stemford Bric”də qələbəyə sevindi

19:55  “Neftçili Yay” futbol düşərgəsi start götürdü

19:05  “Qarabağ” üçün ÇL-də 5 potensial rəqib

18:33  “Roma”nın əfsanəsi klubdan getdi

17:16  “Real”da braziliyalı hücumçu - RƏSMİ

16:10  “Keşlə” Yovanoviçin yolunu gözləyir

15:35  İsayevə görə Rəfiyev danlandı

15:27  ATV İlkin Xəlilovla bağlı bəyanat yaydı

15:11  “Keşlə”də argentinalı futbolçu - RƏSMİ

14:15  Mustivarla Dabo “Neftçi”dən ayrıldı

13:42  Milli komandada ciddi itki

13:14  ATV prezidentindən İlkin Xəlilovla bağlı rəsmi açıqlama

12:45  Deməli, gücünüz İlkin Fikrətoğluna çatdı?!

12:17  Mahir “Qarabağ”dan gedir?

11:50  “Qarabağ”lı üçün 90 dəqiqə

11:25  Paraqvaydan heç-heçə, Uruqvaydan darmadağın

11:00  Seneqal yığması Nigeriya üzərində qələbəyə sevindi

10:32  Larsson yenidən baş məşqçi təyin olundu

10:00  Super Liqa klubunda baş məşqçi istefası

09:30  La Liqaya son vəsiqə üçün son 2 namizəd

09:00  Turalla Vüqar oynadı, “Dauqavpils”...

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az