(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
Səbuhi Səfiyarlı: “Monrozun “Neftçi”ylə anlaşmasında qeyri-adi heç nə yoxdur”

Səbuhi Səfiyarlı: “Monrozun “Neftçi”ylə anlaşmasında qeyri-adi heç nə yoxdur”

“Qəbələ” üç legionerlə yollarını ayırıb. Bu haqda klubun meneceri Səbuhi Səfiyarlı “Xəzər TV”də “Futbol saatı” verilişində açıqlama verib.
 
O, gedənlərin legionerlər olduğunu deyib: “Klub mövsüm bitəndən sonra indiki anda 3 futbolçuyla rəsmən yollarını ayırıb. Fransalı Stiven Monroz, toqolu Lalavole Atakora və albaniyalı Sabien Lilayla başa çatan müqavilələri uzatmayacağıq. Klub bu 3 legionerlə həm oyun səviyyələrinə, həm də bəzi şərtlərə görə yeni müqavilə imzalamamağı qərara alıb. Ancaq qalan futbolçularımızın heç birinə deməmişik ki, onunla vidalaşmışıq. Heç bir futbolçu da gəlib bizə deməyib ki, müqaviləm bitib, başqa təklifim var, gedirəm. Hamısı gözləyir. Hər bir futbolçunun müqaviləsinin bitməsinə 6 aylıq qalmış başqa klubla danışıq aparmağa, hətta ilkin müqavilə imzalamağa hüququ var. Bu baxımdan Monrozun da “Neftçi”ylə anlaşmasında qeyri-adi heç nə yoxdur”.
 
Səfiyarlı “Qəbələ”nin gələcək taleyinin hələ tam müəyyənləşmədiyini söyləyib: “İndidən dəqiq bir söz desəm, yalançı olaram. Gəlin, 2-3 gün, ən azı bu həftəni gözləyək. Mövsüm yeni bitib. Görək, sponsorlarımız kluba hansı büdcəni təqdim edəcək ki, buna əsasən hansı işlər görüləcək”.
 

 
tarix: 21-05-2019 10:45


 
Xəbər lenti
27.06.2019
26.06.2019

22:30  Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

19:45  “Neftçi”nin Rumıniya klubu ilə oyunu yarıda qaldı

18:33  İtaliya millisində baş məşqçi ayrılığı

18:00  “Messiyəm” dedi, 23 qadını aldadaraq…

17:30  “Sumqayıt”da ispan məşqçi - RƏSMİ

17:00  “Qəbələ”dən “Sabah”a – RƏSMİ

16:40  Paytaxt klubunda yeni təyinat

16:21  “Neftçili Yay” futbol düşərgəsi başa çatdı

16:00  “Qarabağ”ın rəqibi milli üzvü ilə gücləndi

15:40  “Neftçi”nin rəqibindən kubokda darmadağın

15:20  “Barselona”nın qapıçısı rəsmən “Valensiya”da

15:00  “Qəbələ”nin 3 yetirməsi “Şüvəlan”da

14:40  Aftandil Hacıyevdən darmadağına şərh

14:20  “Səbail”dən növbəti transfer - RƏSMİ

14:00  Çempionlar Liqasında yeni mövsümə start verildi

13:30  “Fənərbaxça”da ayrılıq

13:00  “Mançester Siti”dən Belçika klubuna - RƏSMİ

12:30  “Sent-Etyen”dən Super Liqa klubuna

12:02  “Mançester Siti”də ayrılıq

11:41  Kamerun qələbə, Qana heç-heçə ilə başladı

11:20  Azərbaycan klubu ispaniyalı məşqçi gətirdi

11:00  “Barselona” hücumçusunu satdı

10:30  FİFA-dan Türkiyə klubuna sərt cəza

10:00  “Barselona”dan “Everton”a - RƏSMİ

09:30  Azərbaycan çempionuna ÇL püşkü öncəsi şad xəbər

09:00  “Zalsburq”dan Super Liqa klubuna

00:27  Mirabdulla icarə müqaviləsi imzaladı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az