(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Unudulmuş “Bakı” mövsümə bombardirləri ilə damğa vurdu

Unudulmuş “Bakı” mövsümə bombardirləri ilə damğa vurdu

Mövsüm bitdi, indi klublar yeni çempionatın planını cızmalıdı. Hamı heyəti komplektləşdirmək üçün axtarışdadı və eyni adamlar hədəfdədi. Yerli kadrlar o qədər azdı ki, hətta cəmi 8 komandanın mübarizə apardığı yarış üçün lazımi qədər futbolçu yoxdu.
 
Hər komandada start heyətində 5 yerli oynaya bilər, ehtiyat qüvvəni də nəzərə alsaq, bunun 2-3 qatı qədər futbolçuya ehtiyac var. Orta hesabla 100 nəfər! Amma kimi dindirsən, keyfiyyətli oyunçu çatışmazlığından gileylənir. Say düzəltmək naminə kimlərisə tapmaq olar, lakin söhbət əsas heyətə yarayanlardan gedirsə, belələri çox azdı.
 
“Qəbələ” klubunun akademiyası eyibi az-çox örtür, eyni zamanda bəzi klublarda 1-2 nəfər istedad tapmaq olar. Qalanları artıq veteran yaşına çatanlardı, onların da karyerasının bitiminə çox qalmayıb. Dağıstanlıların və digər milliləşənlərin ayağı kəsilib və klublar yerli oyunçuları əldə etmək üçün “müharibə”dədi. Kadr sıxıntısı isə onların qiymətinin ceyran beləinə çıxmasına səbəb olur.
 
Gəzib-dolaşıb yenə uşaq futbolundakı problemlərin, gənc nəslin yetişməməsinin üstünə gəlirik. AGİN, Təhsil Nazirliyi və AFFA əlbir işləmir, hamı böyük büdcələr xərcləyir, ortaya real nəticə çıxmır. Halbuki...
 
Dünən ötən mövsüm oynayan futbolçuların statistikasına göz gəzdirirdim. Komandalarının liderləri olan futbolçuların siyahısı çox maraqlıdı: Kamran Ağayev, Rəşad Sadıqov, Cavid Hüseynov, Rail Məlikov, Vurğun Hüseynov, Raif Əliyev, Ruslan Abışov, Rahid Əmirquliyev...
 
Siyahını uzatmaq olar, lakin davam etdikcə yenə yalnız veteranları sadalamalı olacağıq. Ancaq ya əcnəbilər, ya da yaşlı yerlilər yadda qalıb.
 
Bombardirlər siyahısı nisbətən fərqlidi. Şükür ki, bu mövsüm 5 əcnəbinin olduğu siyahıya azərbaycanlı başçılıq edə bildi. Mahir Mədətov son turda etdiyi dublla (16 top) hamını arxada qoydu.
 
Mahir Mədətov futbola "Bakı"da başlamışdı
 
Divizion? Təbii ki, orada ancaq yerlilər seçilə bilər, əcnəbilər üçün real şans yoxdu. “Zaqatala”lı Cavad Kazımov 23, MOİK-dən Raul Yaqubzadə 22 qolla zirvədə qərarlaşıb, qalanları xeyli geridədi.
 
“Deyəsən, yeni nəsil yetişir” düşüncəsi ilə bu oyunçuların özünü araşdırdım. Məlum oldu ki, onların üçü də “Bakı”nın yetirməsidi. Artıq sümükləri də çürümüş “Bakı”nın...
 
Ölkədə futbolçu yetişdirmək baxımından ən yaxşı işləri görən, ən yüksək şəraiti yaradan həmin komanda yoxdu. Deməli, bu futbolçuların davamçıları da olmayacaq. Bir nəsildi, gəlib keçəcək, ələnəcək, inkişafları üçün şərait olmayacaq və yenə ağzı göyə qalacağıq.
 
Bildiyimizə görə, “Bakı”nın 70-dən çox yetirməsi hələ də futbol oynayır və onların böyük əksəriyyəti müxtəlif yığmalarımızın üzvüdü. Milli komandalara çağırılırlarsa, deməli, bünövrələri yaxşı qoyulub. Bəs, bu “konveyer”in davam etməsi üçün nə iş görülüb?
 
Təəssüf ki, heç nə! Dəyərlərimizi itirməyə adət etdiyimizdən, bu akademiyanın dağılmasına göz yumulması da qəribə deyil. Sözün həqiqi mənasında istedadları üzə çıxaran, onları hər cür qayğıyla əhatə edən, yüksək səviyyəli məşqçilərin sayəsində sağlam nəsil yetişdirən “Bakı”nın izini də itirmək üçün hər şey ediblər. Bəli, klub prezidenti Hafiz Məmmədovun müəyyən səhvləri var idi, bu şəxs kimlər üçün isə sərfəli deyildi. Lakin onun yaratdığı akademiyaya niyə laqeyd münasibət göstərilsin ki? Axı, orada yetişən uşaqlar bu gün, sabah Azərbaycan futboluna faydalı olacaqdı və olur.
 
Taleyin ümidinə buraxılan həmin uşaqların bəziləri həyat yolunu dəyişdi, inadkarlar hələ də hansısa komandalarda forma geyir. Halbuki bu akademiyaya diqqət göstərilsəydi, onların inkişafı daha yaxşı təmin olunar, eləcə də yeni futbolçuların yetişməsinə zəmin yaranardı. İstəmədilər, lazım bilmədilər, çünki AFFA-nı futbolun inkişafı düşündürmür, şəxsi münasibətlər, klan davası ön plandadı.
 
“Bakı”nı tarixdən silməyə çalışanlar bu klubun təbii örtüklü meydançalarını da yaddan çıxarıb. Yüksək səviyyədə inşa edilən qurğuda 6 meydança var və hər biri bu gün ölkə futboluna xidmət edə bilərdi. BOS və Respublika stadionundan sonra səviyyəsinə, şəraitinə görə paytaxtdakı bütün stadionların meydanlarından daha yaxşı vəziyyətdə olan bu qurğunun ot örtükləri diqqətdən kənarda qalmamalı idi.
 
Orada akademiyanın yaşadılması da mümkün idi, çempionat oyunlarının təşkili də, milli komandalar üçün bazanın təmin edilməsi də. Qurğunun indiki sahibləri ilə danışıb, futbol üçün faydalı addımlar atmaq gərəkir. Amma başı pivə satmağa qarışan məmurlarımız üçün futbolun inkişafı maraqlı deyil. Ona görə də görülən işlər unudulub, hamıya “düşmən” damğası qurulub.
 
“Bakı”nın yetirmələri hələ br müddət də futbol oynayacaq. Yeni mövsüm üçün heyətini quram komandalar bu klubda top oyununun sirrlərini öyrənən uşaqlardan kimlərisə seçəcək. Lakin növbəti illərdə say azalacaq və nəhayət, bitəcək. Çünki “Bakı daha yoxdu, qondarma “Səbail”, “Keşlə” və milliləşdirilənlər üçün platsdarm olan “Sumqayıt” var. Hansı ki, milli komandalarımıza futbolçu hazırlamağı ağıllarına da gətirmirlər, hər transfer dövründə əcnəbi axtarışına çıxırlar...
 
FƏRİD

 
tarix: 21-05-2019 12:22


 
Xəbər lenti
25.08.2019

01:06   “Fənərbaxça”dan əzmkar qələbə

00:55   “Real” doğma meydanda xal itirdi

00:41   “Yuventus”la “Napoli” qələbə ilə başladı

24.08.2019

23:55  “Bordo”dan səfərdə inamlı qələbə

23:16  Azərbaycanlı futbolçuların komandası “Zenit”ə qalib gəldi

23:03  Riad Rəfiyev AFFA-ya üsyan etdi: “Hakim qərəzli idi”

22:45  “Bavariya”dan darmadağın

22:00  “Səbail”dən “Sumqayıt”a 3 cavabsız qol - VİDEO

22:00  “Liverpul” “Arsenal”a qalib gəldi, MY evdə uduzdu

21:51  Ayxan Abbasov: “Hakim matçı alt-üst etdi”

21:37  “Səhvlərdən daha yaxşı istifadə edən biz olduq”

20:56  “Sumqayıt” “Səbail”ə böyük hesabla uduzdu

20:23  Bundesliqada yeni rekordçu

19:51  Emil Balayevli “Tobol”dan inamlı qələbə - VİDEO

19:11  Dadaşov üçün 90 dəqiqə və 1 xal

18:39  Vensan Kompaniyə daha bir zərbə

17:36  “Linfild”in oyunu təxirə salındı – “Qarabağ”a görə

17:10  “Dinamo”dan Şeydayevsiz qələbə

15:11  “Sumqayıt”la oyuna 4 itki ilə

15:01  “Zirə”nin “Neftçi” ilə 17-ci sınağı

14:21  “Neftçi”nin futbolçusu Qvineya yığmasında

13:47  Millimizin heyəti açıqlandı

12:49  Portuqaliyalı futbolçu rəsmən “Monako”da

11:59  İsrafilovsuz qələbə

11:03  UEFA “Qarabağ”ı cərimələdi

09:47  "Neftçi"nin legioneri Hindistan klubunda

09:21  “Bavariya”nın futbolçusu rəsmən “Lill”də

09:14  Kamran Quliyev oynadı, komandası yenə uduzdu

09:00  Əhmədov maksimum nəticə istəyir: “Kaş yadıma salmazdız”

01:52  “Sevilya” qalib gəldi, “Vilyarreal” uduzdu

00:58  “Aston Villa” “Everton”u məğlub yola saldı

00:48  “Qarabağ” - “Linfild” matçında rusiyalı hakimlər

00:25  “Borussiya”dan inamlı qələbə

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az