(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Yurçeviç: “Dəyişikliyə ehtiyac görmürəm”

Yurçeviç: “Dəyişikliyə ehtiyac görmürəm”

“Qarşıdakı oyunlarda nə qədər xalın məni razı salacağını deyə bilmərəm. Biz meydanda ən yaxşısını etməyə çalışacağıq. Özümüzdən razı olmağa əsasımız yoxdur".

Futbolinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç AÇ-2020-nin seçmə mərhələsində iyunun 8-də Macarıstan, 11-də isə Slovakiya yığmaları ilə oyunlara hazırlıq haqqında danışarkən deyib. 53 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb. 

- Qarşıda iki matç var. Futbolçuların yorğunluğunu göz önünə alsaq, bu görüşlərdə heyətdə radikal dəyişiklik mümkündür?
- Əvvəlcə birinci oyunu fikirləşməliyik. İkinci matçı düşünmək hadisələri qabaqlamaq olar. Müsbət nəticə bizə həm fiziki, həm də psixoloji baxımdan yaxşı təsir edə bilər. İndiyə qədər görməmişəm ki, bir komanda 3 gün ərzində iki oyuna fərqli heyətlərlə çıxsın. 20 nəfər oyunçu ilə işləyiriksə, radikal dəyişikliyə nə ehtiyac var?

- Hansı qapıçıya şans verəcəksiniz? 
- Hazırkı vəziyyətə əsasən deyə bilərəm ki, dəyişikliyə ehtiyac görmürəm. Xorvatiya və Litva ilə matçlarda qapını Səlahət Ağayev qoruyub. Fikrimcə, öz çıxışı ilə kredit qazanıb. İndiki məqamda qarşıdakı oyunlarda da ona şans verməyi düşünürəm.

- Ayaz Quliyevin milliyə dəvət olunması barədə nə deyə bilərsiniz?
- Ayaz Quliyev haqqında eşitmişəm. Lakin onun milli komandada oynamaqla bağlı son qərarı vermək mənim səlahiyyətimdə deyil. Onunla şəxsən söhbət etməmişəm. AFFA-dakı məsul şəxslər danışıb. Bilsəm ki, ümumi duruma təsir edər, məmnuniyyətlə danışaram. 

- Türkiyədə çıxış edən futbolçuları niyə milliyə dəvət etmirsiniz? Məsələn, Deniz Yılmazın çıxış etdiyi "Genclerbirliyi" Super Liqaya yüksəldi... 
- Azərbaycan millisində oynaya biləcək istənilən futbolçu ilə maraqlanıram. Ölkə xaricindəkiləri də izləyirəm. Deniz Yılmaz son vaxtlar lazımı qədər oynamayıb. 

- Bəs "Trabzonspor"dan Murat Cem Akpınar? 
- Akpınarla bağlı ətraflı məlumatım yoxdur. Hər kəsin tanıdığını mən tanıya bilmərəm. Belə cavan oyunçuya yox demərəm. Onunla maraqlanaram. (Report)


 
tarix: 21-05-2019 19:07


 
Xəbər lenti
17.06.2019

17:16   “Real”da braziliyalı hücumçu - RƏSMİ

16:10   “Keşlə” Yovanoviçin yolunu gözləyir

15:45   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

15:35   İsayevə görə Rəfiyev danlandı

15:27   ATV İlkin Xəlilovla bağlı bəyanat yaydı

15:11   “Keşlə”də argentinalı futbolçu - RƏSMİ

14:15   Mustivarla Dabo “Neftçi”dən ayrıldı

13:42   Milli komandada ciddi itki

13:14   ATV prezidentindən İlkin Xəlilovla bağlı rəsmi açıqlama

12:45   Deməli, gücünüz İlkin Fikrətoğluna çatdı?!

12:17   Mahir “Qarabağ”dan gedir?

11:50   “Qarabağ”lı üçün 90 dəqiqə

11:25   Paraqvaydan heç-heçə, Uruqvaydan darmadağın

11:00   Seneqal yığması Nigeriya üzərində qələbəyə sevindi

10:32   Larsson yenidən baş məşqçi təyin olundu

10:00   Super Liqa klubunda baş məşqçi istefası

09:30   La Liqaya son vəsiqə üçün son 2 namizəd

09:00   Turalla Vüqar oynadı, “Dauqavpils”...

16.06.2019

23:18  “Neftçi”nin Türkiyədəki 2-ci günü - VİDEO

23:06  “Qəbələ” Polşada 9-cu oldu

22:49  “Səbail”in Bolqarıstandakı bütün rəqibləri məlum oldu

19:37  Premyer Liqada hamı bu topun arxasınca qaçacaq - FOTO

18:57  Argentina yığması 40 il idi bu aqibəti yaşamırdı

17:27  “Yuventus”un yeni baş məşqçisi rəsmən açıqlandı

16:07  “Neftçi”dən yeni transferi ilə 2 illik müqavilə

15:34  Monroz “Neftçi”də - VİDEO

15:16  Dünya çempionatının ən yaxşıları açıqlandı

13:39  “Neftçi”nin daha bir rəqibi müəyyənləşdi

12:24  Qurban Qurbanov: “Bizə son variant kimi baxırlar”

11:50  Argentina məğlubiyyətlə başladı

11:44  AFFA dövlətlə azarkeş (xalq) arasında uçurum yaradıb

11:01  “Zirə” Bolunu seçdi

10:45  Tovuz və Gəncə azarkeşləri də Elxan Məmmədovun yalanlarından bezib

10:30  Serb hücumçu Bundesliqa klubunda

09:31  Super Liqa klubunda bir transfer, iki ayrılıq

00:24  Emil Balayev oynadı, “Tobol” qalib gəldi - VİDEO

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az