(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Fariz Nəcəfov: “Bu qələbə bir ay ərzində görülmüş işin nəticəsi deyil”

Fariz Nəcəfov: “Bu qələbə bir ay ərzində görülmüş işin nəticəsi deyil”

Futbolinfo.az sizi "Qəbələ" klubunun yeni prezidenti Fariz Nəcəfovun müsahibəsi ilə tanış edir:

- Klub prezidentliyinizin bir ayının tamamında Azərbaycan kubokunu qazandınız. "Qəbələ" tarixində əldə olunan ilk titulla bağlı təəssüratlarınız necədir?
- Sözsüz ki, zəhmət çəkilən hər bir işin sonunda yüksək nailiyyət əldə etmək çox xoşdur. Mən bu nailiyyətin qazanılmasında zəhməti olan hər kəsə, xüsusən də azarkeshlərə təşəkkürümü bildirir, hamını təbrik edirəm. Bu qələbəni bir ay ərzində görülmüş işin nəticəsi hesab etmirəm. Klub olaraq, əvvəl gündən bəlli bir strategiya üzrə inkişaf edirik. İllərdir addım-addım yüksək nəticəyə doğru irəliləmişik. Sözsüz ki, daha əvvəl dəfələrlə titul qazanmaq imkanımız olub, amma son nöqtəni qoymaq bizə qismət olmayıb. Bu dəfə isə bütün kollektiv bu titulu qazanmaq üçün hər şeyi səhvsiz etməyi bacardı. Komandanın əsas stimullarından biri isə bu kuboku Tale müəllimə (klubun əvvəlki prezidenti Tale Heydərova - red.) hədiyyə etmək idi. Başda məşqçilər heyəti olmaqla, futbolçularımızın hamısına təşəkkür edirəm.

- Tale Heydərov və Qəbələ rayonunun rəhbərliyi bu nailiyyətinizi necə qarşıladı: Rayonda komandanız üçün qarşılanma təşkil olunacaqmı?
- Tale müəllim zəng edərək bizi təbrik etdi. Çünki o, ölkə xaricindədir. Rayon rəhbərliyi ilə də danışmışıq, komanda ilə görüş olacaq.

- Bu nailiyyət klubunuzun büdcəsi və iddialarına nə dərəcədə təsir edəcək?
- İlin əvvəlində planlaşdırdığımız kimi, növbəti mövsüm daha çox yetirməmizə üstünlük verməyi düşünürük.

- Legionerlərdən müqaviləsi davam edənlər də var. Heyətə onlardan əlavə legioner cəlb olunmayacaq?
- Bu barədə yaxın günlərdə - baş məşqçi ilə görüşdən sonra açıqlama verilə bilər.

- Klubunuz hər transfer dövründə çoxlu futbolçu yola salıb yenilərlə anlaşır. Nəticədə bu, uyğunlaşma və oyun sisteminə təsirsiz ötüşmür. Bu dəfə də belə olacağı gözlənilir. Heyətin ən azı özəyinin qorunması üçün hansı addımlar atmaq niyyətindəsiniz?
- Komandanın heyətinin yenilənməsi zərurəti yaranmadan bunu etməyi qeyri-peşəkarlıq hesab edirəm. Əvvəllər "Qəbələ"də bu dəyişiklikləri etməyə məcbur idik. Mövcud vəziyyətimizdə isə komandanın uğurlu çıxışı üçün ən doğru qərarı verəcəyik. Akademiyamızda Premyer Liqada iştirak edəcək səviyyədə kifayət qədər futbolçu yetişir. Finalçı "Qəbələ" və "Sumqayıt"ın heyətinə baxsaq, bunun əyani şahidi olariq. Zədəli və cəzalıları da nəzərə alsaq, akademiyamızın 13 yetirməsi finala kimi gəlmişdi.

- Komandanızın kapitanı Cavid Hüseynov artıq bəzi klublarla danışıqlar apardığını açıqlayıb. Eləcə də digər futbolçular təklif aldıqlarını gizlətmirlər. Müqaviləsi bitən futbolçuların taleyinə nə zaman aydınlıq gələcək?
- Qeyd etdiyim kimi, müqavilələrlə bağlı dəqiq qərarlar baş məşqçi ilə görüşdən sonra veriləcək. Bəli, əksər futbolçularımızla müqavilələrin müddəti bitib. Cavid isə bizim komanda üçün çox vacib oyunçudur.

- Bəs klubun əməkdaşları arasında ixtisarlar və ya gedənlər olmayacaq? Artıq bu yöndə müəyyən söz-söhbətlər dolaşır...
- Mövcud vəziyyətə uyğun qərarlar veriləcək.

- Avropa Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayacaqsınız. Hədəfiniz nədən ibarət olacaq?
- Potensialımıza uyğun edə biləcəyimizin ən yaxşısını ortaya qoymağa çalışacağıq.

report.az


 
tarix: 21-05-2019 21:29


 
Xəbər lenti
21.08.2019

00:55   “Ayaks” APOEL-lə ilk oyunda bacarmadı

20.08.2019

21:44  “Qarabağ” Belfasta getdi - FOTOLAR

19:30  Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

19:00  “Real”ın yeni transferi sıraya döndü

18:44  Honduras millisinin forvardı rəsmən “Sabah”da

18:33  Riberi İtaliya klubu ilə anlaşdı

18:05  “Fənərbaxça”da ciddi itki

17:44  Azarkeşlər AÇ-2020 fristaylerlərini seçir

17:23  “Real”da ciddi itki

17:00  “Zirə”nin 2 futbolçusuna milli dəvət

16:42  Yaşar Vahabzadə: “Nəyin alınıb-alınmadığını oyunlar göstərəcək”

16:21  “Qarabağ”ın maraqlandığı qapıçı B Seriyasında

16:00  İtaliya klubu müraciət etdi, millimizdən uzaqlaşdırıldı

15:41  “Neftçi”nin futbolçusu milliyə çağırıldı

15:20  Şehiçə görə 250 min avro?

15:00  “Linfild” - “Qarabağ” matçı canlı yayımda

14:48  “Azərsun Arena” təmirə bağlanır – “Qarabağ” harada oynayacaq?

14:36  Kamran Quliyev azarkeşlərin tribunadan uzaqlaşdırılmasına aydınlıq gətirdi

14:14  “Yuventus” yeni transferini icarəyə verdi

13:52  “Qarabağ”ın futbolçusu İngiltərə ilə oyuna dəvət aldı

13:38  “Azərbaycan aldadıcı komandadı”

13:15  “Arsenal”dan Bundesliqa klubuna – RƏSMİ

12:51  “Barselona”da itki – 4-5 həftə olmayacaq

12:30  “Səbail”in yubiley qələbəsi

12:19  Əliyev də legionerə ehtiyac duyur: “Futbolçu yetişdirmək heç kimə maraqlı deyil”

12:00  Emil Balayevdən yeni “quru seriya”

11:41  Dabonun xanımından incik mesaj: “Şansı başqalarına buraxaq”

11:31  İlqar Qurbanov rəsmən “Sumqayıt”da

11:23  Millimizin heyəti açıqlandı

11:12  Radikal qərar zamanı

11:01  Mahir üçün seçim anı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az