(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
Psixoloji qələbə

Psixoloji qələbə

Bu, psixoloji qələbədi. Henrik Mxitaryanın Bakıya gəlməsi ölkənin, millətin adına mənfi hal olardı. Və nə yaxşı ki, ölkə rəhbərliyi məsələni yoluna qoya bildi. AFFA-nın olayda hər hansı rolu yoxdu, assosiasiya rəsmiləri ötən müddət ərzində səriştəsiz davrandılar, əvəzində qərar lazımi yerlərdə razılaşdırıldı.
 
"Arsenal" ermənistanlı futbolçusunu Bakıya gətirməyəcək. Londonlular rəsmi bəyanatında bunun səbəbini də açıqlayıb: "Təəssüflə bildiririk ki, Mxitaryan Avropa Liqasının "Çelsi" ilə keçiriləcək final oyununun heyətində yer almayacaq. Onun heyətə salınıb-salınmaması ilə bağlı müzakirələr apardıq. Ailəsi ilə görüşdükdən sonra səfərə yollanmamasını qərarlaşdırdıq. Biz vəziyyətlə bağlı narahatlığımızı UEFA-ya bildirdik. Henrik finala qədər irəliləməyimizdə böyük rol oynadı. Onun yoxluğu komandamız üçün ciddi itki olacaq. Belə finallar isə futbolçu karyerasında az olur. Mxitaryanın həlledici görüşü buraxacağı üçün məyusuq. O, həftəsonu Bakıya gedənə qədər komanda ilə birlikdə hazırlaşacaq".
 
İş AFFA-ya, baş katib Elxan Məmmədova qalsaydı, 70 min adam Bakı Olimpiya Stadionunda bu üzdənirağı da alqışlayacaqdı. Yaxşı ki, işə daha yüksək səviyyədə qol qoyuldu və İngiltərə klubu reallıqla barışdı. İşğal olunmuş torpaqlarımıza səfər etdiyi üçün “arzuolunmaz şəxs” elan edilən birisi Bakıya gələ bilməzdi və gəlməyəcək də.
 
Bu, yəqin ki, sosial şəbəkədəki narazılıqları nəzərə alan rəsmilərin operativ tədbirlərindən, əlaqələrini işə salmasından sonra reallaşdı. İngilislər də başa düşdülər ki, Azərbaycana oyun oynamaq olmaz, başıqapazlı, asılı, oyuncaq ölkə deyil və dövlətin nüfuzlu idarəçiləri var. Bu addıma eyni zamanda Qarabağ probleminin ciddiliyini bir daha sübut etmək mümkünləşdi.
 
Son illər ərzində İrəvanda Azərbaycan bayrağı qaldıran idmançılarımız olub, ermənilər də müxtəlif yarışlar çərçivəsində Bakıya gəlib. Lakin futbol başqadı, onunla zarafat etmək olmaz. Top oyunu ilə siyasəti ayrı tutmaq mümkünsüzdü.
 
Problemin həll olunmasında heç bir rolu olmayan AFFA-nın bəyanatı isə diplomatik xarakterlidi: “Növbəti həftənin çərşənbə günü UEFA Avropa Liqasının final oyununda “Çelsi” ilə qarşılaşacaq “Arsenal” komandasının futbolçusu Henrix Mxitaryanın Bakıya gəlməməsi ilə bağlı klubun açıqlaması – anladığımız qədər “Arsenal”, futbolçu və onun ailəsi tərəfindən kollektiv şəkildə verilmiş, bu əsaslandırılmamış qərar bizi təəssüfləndirdi. Futbolçunun ölkəmizə gəlməməklə bağlı şəxsi qərarını anlasaq da, bir daha bildiririk ki, UEFA-nın tələblərinə uyğun olaraq, Azərbaycan finalın ev sahibi kimi Mxitaryanın şəxsi təhlükəsizliyinin təmin olunmasına zəmanət verdi. Azərbaycan tərəfinin verdiyi zəmanətin ciddiliyini şübhə altına salmaq üçün heç bir səbəb yoxdur. Ötən illər ərzində Azərbaycan öz ərazisində keçirilmiş beynəlxalq idman tədbirlərində çoxsaylı erməni əsilli idmançıların problemsiz iştirakını təmin edib. Nəhayət, hesab edirik ki, bu təəssüf doğuran açıqlama səbirsizliklə gözlədiyimiz final oyununun keyfiyyətinə və möhtəşəmliyinə heç bir şəkildə mənfi təsir göstərməyəcək. Tezliklə Bakıya təşrif buyuracaq hər iki komandanı qarşılamağa tam hazırıq”.
 
Yerində verilmiş açıqlamadı, amma “təəssüf”ün “barıt”ını çox etməməliyik. Henrix bu aqibətə layiq idi. AFFA o, Dağlıq Qarabağa səfər edəndə, başından böyük işlərə qarışanda təəssüflənməliydi. Həmin qələtdən sonra həyasızcasına Bakıya gəlmək istəyirdi və ağıllıcasına qarşısı alındı.
 
Sadəcə, AFFA məsələnin bu qədər müzakirəsinə imkan verməməli, vaxtında belə addıma nail olmalıydı. Erməni hansı yollarla ram edildisə, həmin addımlar daha öncə atılmalıydı.
 
Maraqlı olan bu qərarın verildiyi gün ictimaiyyətin diqqətinin başqa səmtə yönəldilməsiydi. Mayın 25-dən 31-nə qədər “Tarqovı”ya yerli sakinlərin buraxılmaması haqda şaiyə-xəbərin mənbəyi araşdırılmalıdı. Mxitaryan olayındakı psixoloji qələbəni yaddan çıxarmaq, dövləti qınaq obyektinə çevirmək yəqin ki, Bakıda çoxdan məskunlaşmış mxitaryanların əməyidi.

 
tarix: 22-05-2019 09:00


 
Xəbər lenti
17.06.2019

11:00   Seneqal yığması Nigeriya üzərində qələbəyə sevindi

10:32   Larsson yenidən baş məşqçi təyin olundu

10:00   Super Liqa klubunda baş məşqçi istefası

09:30   La Liqaya son vəsiqə üçün son 2 namizəd

09:00   Turalla Vüqar oynadı, “Dauqavpils”...

01:00   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

16.06.2019

23:18  “Neftçi”nin Türkiyədəki 2-ci günü - VİDEO

23:06  “Qəbələ” Polşada 9-cu oldu

22:49  “Səbail”in Bolqarıstandakı bütün rəqibləri məlum oldu

19:37  Premyer Liqada hamı bu topun arxasınca qaçacaq - FOTO

18:57  Argentina yığması 40 il idi bu aqibəti yaşamırdı

17:27  “Yuventus”un yeni baş məşqçisi rəsmən açıqlandı

16:07  “Neftçi”dən yeni transferi ilə 2 illik müqavilə

15:34  Monroz “Neftçi”də - VİDEO

15:16  Dünya çempionatının ən yaxşıları açıqlandı

13:39  “Neftçi”nin daha bir rəqibi müəyyənləşdi

12:24  Qurban Qurbanov: “Bizə son variant kimi baxırlar”

11:50  Argentina məğlubiyyətlə başladı

11:44  AFFA dövlətlə azarkeş (xalq) arasında uçurum yaradıb

11:01  “Zirə” Bolunu seçdi

10:45  Tovuz və Gəncə azarkeşləri də Elxan Məmmədovun yalanlarından bezib

10:30  Serb hücumçu Bundesliqa klubunda

09:31  Super Liqa klubunda bir transfer, iki ayrılıq

00:24  Emil Balayev oynadı, “Tobol” qalib gəldi - VİDEO

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az