(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Unay Emeri: “Bask bölgəsindənəm və siyasi konfiliktləri yaxşı bilirəm”

Unay Emeri: “Bask bölgəsindənəm və siyasi konfiliktləri yaxşı bilirəm”

“Final üçün yaxşı hazırlaşırıq. Bütün fikrimiz tamamilə bu oyuna fokuslanıb. Hər an bizim üçün dəyərlidir” - bu sözləri “Arsenal”ın baş məşqçisi Unay Emeri deyib.
 
Bakıda keçiriləcək Avropa Liqasının final oyununda “Çelsi” ilə qarşılaşacaq londonluların çalışdırıcısı qarşılaşma ilə bağlı keçirdiyi mətbuat konfransında fikirlərini bölüşüb. O, erməni oyunçu Henrik Mxitaryanın Azərbaycana gəlməmək barədə özü qərar verdiyini bildirib: “Mxitaryanın bizimlə olmayacağı pis xəbərdir. Siyasi məsələləri anlamağa və başa düşməyə çalışırıq. Bu sabah onunla danışdım, bizimlə oynamaq istəyir, ancaq ailəsi ilə birlikdə qərar veriblər. Mən özüm Bask bölgəsindənəm və siyasi konfiliktləri yaxşı bilirəm. Təəəssüf ki, bu məsələdə qərar vermək mənim əlimdə deyil. Sadəcə şəxsi qərarına hörmət eləməliyik”.
 
Emeri sonda azarkeşlərin dəstəyinə ehtiyacları olduğunu vurğulayıb: “Azarkeşlərimizin bizimlə birlikdə Bakıya gəlmək istədiklərini bilirəm. Əlbəttə onların dəstəyi ilə daha güclü oluruq. Bilirəm ki, Bakıda da “Arsenal”ın çoxlu fanatları var, yaxşı olardı ki, Londondan da bizə dəstək olmağa gələnlər olsun”.

 
tarix: 22-05-2019 09:15


 
Xəbər lenti
18.06.2019

00:05   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

17.06.2019

21:17  “Neftçi” üçün 5, “Səbail” üçün 6 potensial rəqib

20:34  “Səbail”in futbolçusu “Stemford Bric”də qələbəyə sevindi

19:55  “Neftçili Yay” futbol düşərgəsi start götürdü

19:05  “Qarabağ” üçün ÇL-də 5 potensial rəqib

18:33  “Roma”nın əfsanəsi klubdan getdi

17:16  “Real”da braziliyalı hücumçu - RƏSMİ

16:10  “Keşlə” Yovanoviçin yolunu gözləyir

15:35  İsayevə görə Rəfiyev danlandı

15:27  ATV İlkin Xəlilovla bağlı bəyanat yaydı

15:11  “Keşlə”də argentinalı futbolçu - RƏSMİ

14:15  Mustivarla Dabo “Neftçi”dən ayrıldı

13:42  Milli komandada ciddi itki

13:14  ATV prezidentindən İlkin Xəlilovla bağlı rəsmi açıqlama

12:45  Deməli, gücünüz İlkin Fikrətoğluna çatdı?!

12:17  Mahir “Qarabağ”dan gedir?

11:50  “Qarabağ”lı üçün 90 dəqiqə

11:25  Paraqvaydan heç-heçə, Uruqvaydan darmadağın

11:00  Seneqal yığması Nigeriya üzərində qələbəyə sevindi

10:32  Larsson yenidən baş məşqçi təyin olundu

10:00  Super Liqa klubunda baş məşqçi istefası

09:30  La Liqaya son vəsiqə üçün son 2 namizəd

09:00  Turalla Vüqar oynadı, “Dauqavpils”...

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az