(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
“Sumqayıt”da qərar günləri

“Sumqayıt”da qərar günləri

“Sumqayıt”da yeni mövsümün planları cızılmayıb. Klub rəhbərliyi yeni mövsümün büdcəsi ilə bağlı məsələlərə aydınlıq gətirmədiyindən durğunluq davam edir.
 
Ölkə kubokunun final matçından sonra istefa verəcəyini, daha doğrusu, rəhbərliklə görüşdükdən sonra bu haqda qərarını qətiləşdirəcəyini bildirən baş məşqçi Ayxan Abbasovun taleyinə aydınlıq gəlməyib. Klubla hələ birillik müqaviləsi qalan çalışdırıcı indiki şəraitdə işləmək istəmir. Klubun ən aşağı büdcəli olması ona istədiklərini etməyə imkan vermir. Ayxan bəy lazımi transferləri reallaşdıra bilmədiyindən növbəti mövsümdə uğursuz olacağını anlayır.
 
Ümumiyyətlə, klubda bir çox problem var. Komandanın bəzən Mərdəkanda məskunlaşıb, Sumqayıtda məşq etməsi əsas çatışmazlıqdı. Təcrübəli futbolçuların Sumqayıta az maaşa görə gəlməməsi, idarəçilikdəki qüsurlar da məşqçini bezdirib. Minimal şəraitlə komandanı kubokun finalına yüksəldən, eyni zamanda Premyer Liqada saxlamağı bacaran Abbasov sponsorların daha yaxşı büdcə ayıracağına ümidlidi. Əks halda, o, komandada qalmayacaq.
 
Klub prezidenti Riad Rəfiyev sakit dayanmayıb. O da sponsorları daha yaxşı şərait yaradılmasının gərəkli olmasına inandırmaq istəyir. Elə heyətdəki futbolçular da yekun qərarı gözləyir. Əksər futbolçuların yeni təklifləri var. Artıq Əfran İsmayılov “Keşlə” ilə razılığa gəlib, daha bir neçə futbolçu yol üstədi. Əksəriyyət baş məşqçinin vəziyyətə uyğun addımını gözləyir.
 
Rəfiyev məsələyə bu həftə aydınlıq gətirməlidi. O, həm baş məşqçi, həm də müqaviləsi bitən futbolçularla tezliklə danışacaq. Təbii ki, sponsorlardan cavab aldıqdan sonra...

 
tarix: 22-05-2019 12:08


 
Xəbər lenti
27.06.2019

01:10   “Sumqayıt” da başladı

26.06.2019

22:30  Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

19:45  “Neftçi”nin Rumıniya klubu ilə oyunu yarıda qaldı

18:33  İtaliya millisində baş məşqçi ayrılığı

18:00  “Messiyəm” dedi, 23 qadını aldadaraq…

17:30  “Sumqayıt”da ispan məşqçi - RƏSMİ

17:00  “Qəbələ”dən “Sabah”a – RƏSMİ

16:40  Paytaxt klubunda yeni təyinat

16:21  “Neftçili Yay” futbol düşərgəsi başa çatdı

16:00  “Qarabağ”ın rəqibi milli üzvü ilə gücləndi

15:40  “Neftçi”nin rəqibindən kubokda darmadağın

15:20  “Barselona”nın qapıçısı rəsmən “Valensiya”da

15:00  “Qəbələ”nin 3 yetirməsi “Şüvəlan”da

14:40  Aftandil Hacıyevdən darmadağına şərh

14:20  “Səbail”dən növbəti transfer - RƏSMİ

14:00  Çempionlar Liqasında yeni mövsümə start verildi

13:30  “Fənərbaxça”da ayrılıq

13:00  “Mançester Siti”dən Belçika klubuna - RƏSMİ

12:30  “Sent-Etyen”dən Super Liqa klubuna

12:02  “Mançester Siti”də ayrılıq

11:41  Kamerun qələbə, Qana heç-heçə ilə başladı

11:20  Azərbaycan klubu ispaniyalı məşqçi gətirdi

11:00  “Barselona” hücumçusunu satdı

10:30  FİFA-dan Türkiyə klubuna sərt cəza

10:00  “Barselona”dan “Everton”a - RƏSMİ

09:30  Azərbaycan çempionuna ÇL püşkü öncəsi şad xəbər

09:00  “Zalsburq”dan Super Liqa klubuna

00:27  Mirabdulla icarə müqaviləsi imzaladı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az