(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
Almanlar biletləri Təşkilat Komitəsinə göndərib, amma...

Almanlar biletləri Təşkilat Komitəsinə göndərib, amma...

Almanlar aldıqları, amma artıq onlara lazım olmayan biletləri Bakı kəndlərindəki yoxsul uşaqlara hədiyyə etməyib. Niyyət bu olub, biletlərin kimə verildiyini, onların həmin uşaqlara çatıb-çatmayacağını isə hələ araşdırmaq lazımdı.
 
Məsələ burasındadı ki, “Ayntraxt” fanatları Bakıda keçiriləcək Avropa Liqasının final görüşünə hələ mayın əvvəlində bilet alıblar. Lakin frankfurtluların sevimli komandaları yarımfinal mərhələsində "Çelsi"yə penaltilər seriyası ilə məğlub olaraq, mübarizən dayandırıb. Komandanın yenilgisi azarkeşlərin də planını pozub.
 
Klubun azarkeş səhifəsində paylaşım edilib və orada bildirilir ki, onlar biletlərini Azərbaycanda yoxsulluq içində yaşayan uşaqlara bağışlayıb. "Qartal" fan-klubunun rəhbəri mətbuata açıqlamasında təxminən 100 biletin uşaqlara göndərildiyini söyləyib: "Komandanın bu mövsümkü parlaq çıxışı azarkeşlərimizi də həvəsləndirmişdi. Onlar öncədən finala bilet əldə etmişdilər. Lakin komandamız finalın bir addımlığında dayandı. Daim yaradırıcı addımlarla diqqət çəkən "Ayntraxt" azarkeşləri yenə nəsə etmək istədilər. Qərara gəldik ki, həmin biletləri Bakı kəndlərindəki yoxsul uşaqlara hədiyyə edək".
 
Biletlərin konkret kimə verildiyini, necə paylandığını dəqiqləşdirmək üçün sözügedən fan-klubla əlaqə saxladıq. Məlum oldu ki, almanlar biletləri Təşkilat Komitəsinə göndərib və arzuladıqları şəkildə paylanmasına kömək etməsini xahiş ediblər. Pulu artıq ödənilən həmin biletlərin kimə veriləcəyini indi Təşkilat Komitəsi müəyyənləşdirməlidi.
 
Maraqlıdı ki, yerli Təşkilat Komitəsində belə bir məlumat yoxdu. AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla belə deyir: “Son bir saata kimi bizdə bu barədə hansısa məlumat yoxdu, bizə belə müraciət edilməyib. Ola bilsin, biletlər UEFA-dakı Təşkilat Komitəsinə göndərilib – bunu dəqiqləşdirəcəyik. Doğrusu, əlimizdə hansısa rəsmi sənəd yoxdu, amma araşdırırıq, məsələ diqqətimizdədi”.

 
tarix: 22-05-2019 17:15


 
Xəbər lenti
27.06.2019

01:10   “Sumqayıt” da başladı

26.06.2019

22:30  Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

19:45  “Neftçi”nin Rumıniya klubu ilə oyunu yarıda qaldı

18:33  İtaliya millisində baş məşqçi ayrılığı

18:00  “Messiyəm” dedi, 23 qadını aldadaraq…

17:30  “Sumqayıt”da ispan məşqçi - RƏSMİ

17:00  “Qəbələ”dən “Sabah”a – RƏSMİ

16:40  Paytaxt klubunda yeni təyinat

16:21  “Neftçili Yay” futbol düşərgəsi başa çatdı

16:00  “Qarabağ”ın rəqibi milli üzvü ilə gücləndi

15:40  “Neftçi”nin rəqibindən kubokda darmadağın

15:20  “Barselona”nın qapıçısı rəsmən “Valensiya”da

15:00  “Qəbələ”nin 3 yetirməsi “Şüvəlan”da

14:40  Aftandil Hacıyevdən darmadağına şərh

14:20  “Səbail”dən növbəti transfer - RƏSMİ

14:00  Çempionlar Liqasında yeni mövsümə start verildi

13:30  “Fənərbaxça”da ayrılıq

13:00  “Mançester Siti”dən Belçika klubuna - RƏSMİ

12:30  “Sent-Etyen”dən Super Liqa klubuna

12:02  “Mançester Siti”də ayrılıq

11:41  Kamerun qələbə, Qana heç-heçə ilə başladı

11:20  Azərbaycan klubu ispaniyalı məşqçi gətirdi

11:00  “Barselona” hücumçusunu satdı

10:30  FİFA-dan Türkiyə klubuna sərt cəza

10:00  “Barselona”dan “Everton”a - RƏSMİ

09:30  Azərbaycan çempionuna ÇL püşkü öncəsi şad xəbər

09:00  “Zalsburq”dan Super Liqa klubuna

00:27  Mirabdulla icarə müqaviləsi imzaladı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az