(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Villian: “Bakıdakı finalda qalib gəlməliyik”

Villian: “Bakıdakı finalda qalib gəlməliyik”

“Qalib gəlməyi çox istəyirik və bunun üçün lazım olan hər şeyi etməliyik. Hər iki komanda üzərində təzyiq hiss edir”.

Futbolinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bunu İngiltərənin “Çelsi” komandasının futbolçusu Villian Londonun digər təmsilçisi “Arsenal” ilə Bakıda keçirəcəkləri UEFA Avropa Liqasının final matçı barədə danışarkən deyib.

31 yaşlı braziliyalı hücumçu hər iki komandanın qələbə qazanmaq üçün alışıb-yandığını bildirib: “Artıq Çempionlar Liqasına vəsiqə qazanmışıq. İndi isə Avropa Liqasını qazanmaq istəyirik. Bizi möhtəşəm və çətin oyun gözləyir. Bakıdakı finalda qalib gəlməliyik. Bu, həm komanda, həm də mənim üçün ən yaxşı mövsüm olmasa da, sonda məqsədimizə çatdıq. Premyer Liqada 3-cü yeri tutduq, Liqa Kuboku və Avropa Liqasında finala çıxdıq. Üzərində işləməli olduğumuz şeylər var və bunu növbəti mövsümdə edə bilərik. Finala köklənməli, titul götürməyə çalışmalıyıq. Qələbə klubu şöhrətləndirəcək. Avropa Liqasında qələbə hamımız üçün xoş məqam olardı".

Villian finaldan sonra “Çelsi”dən ayrılaraq İspaniyanın “Real Madrid” klubuna keçəcəyi gözlənilən Eden Azar barədə də fikirlərini bölüşüb: “Onunla oynamaqdan çox xoşum gəlir. Futbolda nə olacağını bilmək mümkün deyil. Azar getsə, bizim üçün çox kədərli olacaq. O, çox yaxşı oğlan və istedadlı futbolçu, dünyada ən yaxşılardan biridir. Ümid edirəm ki, bizimlə qalacaq”.

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçına saat 23:00-da start veriləcək.


 
tarix: 23-05-2019 12:48


 
Xəbər lenti
13.11.2019
12.11.2019

19:57  Super Liqada daha bir baş məşqçi istefası

18:37  “Fənərbaxça”nın baş məşqçisi əməliyyat olundu

18:02  Danışılmış oyunlarla bağlı növbəti görüş

17:33  Solari yenidən “Real”da

17:02  “Yuventus”dan Ronaldoya üzr tələbi

16:45  “Mançester Yunayted”in futbolçusu “ən yaxşı” seçildi

16:23  Keylor Navas “Neftçi”nin futbolçularına qarşı oynaya bilməyəcək

16:00  Super Liqa klubunda yeni baş məşqçi

15:46  “Sumqayıt”la “Zirə” yoxlama oyunu keçirəcək

15:28  Turun futbolçusu “Qəbələ”dən oldu

15:09  İngiltərə millisində qalmaqal

14:50  “Bu, mənim üçün sürpriz oldu” - Camalov

14:36  “Azərbaycan qrupun autsayderi olsa da...”

14:17  “Qəbələ”nin 8 futbolçusu rəmzi komandada - FOTO

13:51  Uels millisinin kapitanı: “Azərbaycanı məğlub etsək…”

13:38  Pavel Hapal: “Azərbaycanla oyunda istədiyimiz nəticəni qazana bilərik”

13:16  Millimizlə oyuna yeni forma ilə - FOTO

12:55  Millimizin rəqibinin heyətində dəyişiklik

12:36  Mövsümün 100-cü qolu

12:22  Ağayev 50-yə çatdı

11:59  Adeniyi İsrailə uyğunlaşa bilmir: “Nə baş verəcəyini mən də bilmirəm”

11:47  Qazaxıstanda Emil Balayevi də seçdilər

11:39  “Qarabağ”ın 246 günlük seriyası qırıldı

11:30  Lobotka üçün hədəf bəllidi

11:21  Beyl millimizlə oyuna qədər tam hazır olacaq

11:11  İsrafilov yığmaya gəlmədi, Camalov dəvət aldı

11:00  İspaniya Superkuboku Səudiyyə Ərəbistanında - ardıcıl 3 il

10:30  Nazarov üçün 80 dəqiqə və 1 xal

10:00  Dadaşovdan məhsuldar ötürmə

09:30  Millimizin rəqibində Rakitiç şoku

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az