(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
“Bu, Bakıda kuboku qaldırma ehtirasımızı artırıb

“Bu, Bakıda kuboku qaldırma ehtirasımızı artırıb

“Uzun mövsümü major notda inamla başa vurma şansımız yaranıb. Ümidvaram ki, kuboku da qazana biləcəyik".

Futbolinfo.az xəbər verir ki, bunu İngiltərənin "Çelsi" komandasının kapitanı Sezar Aspilikueta Bakıda "Arsenal" ilə keçirəcəkləri UEFA Avropa Liqasının final matçı barədə danışarkən deyib.

İspaniyalı müdafiəçi bildirib ki, hədəf bu titula yiyələnməkdir: "Premyer Liqada məqsədimiz ilk "dördlük" vasitəsilə Çempionlar Liqasına vəsiqə idi və bunu bacardıq. Mövsümə yaxşı başladıq, Premyer Liqada lider idik, Liqa Kubokunda isə "Liverpul"u səfərdə yenərək, finaladək irəlilədik. Bununla da onları "Enfild"də cari mövsümdə məğlub edən yeganə komanda olduq. "Tottenhem"ə də qalib gəldik, amma finalda bəxtimiz gətirmədi. Avropa Liqasındakı hədəfimiz isə yarışın qalibi olmaq idi. Bir çox güclü komandanın finala yüksələ bilmədiklərini gördük. Əlbəttə, finala yüksəlməklə, bu istəyimiz artdı. Bu isə bizim Bakıda kuboku qaldırmaq ehtirasımızı artırıb".

30 yaşlı oyunçu komandadan ayrılacağı barədə şayiələr dolaşan Eden Azar barədə də danışıb: "Mövsümün sonunda "Çelsi" barədə yayılan şayiələrdən xəbərdarıq. Həm baş məşqçi, həm də oyunçular haqda belə fikirlər səslənir. Bura Edenlə birgə gəlmişəm. O, təkcə meydanda yox, meydandan kənarda da klubun vacib fiquru idi. Klubumuzda onu özünü aparmasına görə sevirlər. Azar ulduz futbolçumuz olsa da, çox sadədir, heç vaxt ağlını itirmir və buna bənzər hərəkətlərə yol vermir. Eden hər zaman "Çelsi"nin uğurlarına köklənib. Artıq bir neçə ildir hər yay barəsində çoxlu şayiələr dolaşır. Amma özü hər bir oyunda komandaya sevgisini nümayiş etdirir. O, mənim yaxşı dostumdur və burada mümkün qədər çox qalmasını istərdim".

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçı saat 23:00-da başlanacaq.


 
tarix: 23-05-2019 17:07


 
Xəbər lenti
21.08.2019

10:00   Paytaxt klubunda daha bir yeni müqavilə

09:30   “Səbail”in sabiq futbolçusu Super Liqa klubunda

09:00   David Hili: “Qarabağ” məni təəccübləndirdi”

00:55   “Ayaks” APOEL-lə ilk oyunda bacarmadı

20.08.2019

21:44  “Qarabağ” Belfasta getdi - FOTOLAR

19:30  Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

19:00  “Real”ın yeni transferi sıraya döndü

18:44  Honduras millisinin forvardı rəsmən “Sabah”da

18:33  Riberi İtaliya klubu ilə anlaşdı

18:05  “Fənərbaxça”da ciddi itki

17:44  Azarkeşlər AÇ-2020 fristaylerlərini seçir

17:23  “Real”da ciddi itki

17:00  “Zirə”nin 2 futbolçusuna milli dəvət

16:42  Yaşar Vahabzadə: “Nəyin alınıb-alınmadığını oyunlar göstərəcək”

16:21  “Qarabağ”ın maraqlandığı qapıçı B Seriyasında

16:00  İtaliya klubu müraciət etdi, millimizdən uzaqlaşdırıldı

15:41  “Neftçi”nin futbolçusu milliyə çağırıldı

15:20  Şehiçə görə 250 min avro?

15:00  “Linfild” - “Qarabağ” matçı canlı yayımda

14:48  “Azərsun Arena” təmirə bağlanır – “Qarabağ” harada oynayacaq?

14:36  Kamran Quliyev azarkeşlərin tribunadan uzaqlaşdırılmasına aydınlıq gətirdi

14:14  “Yuventus” yeni transferini icarəyə verdi

13:52  “Qarabağ”ın futbolçusu İngiltərə ilə oyuna dəvət aldı

13:38  “Azərbaycan aldadıcı komandadı”

13:15  “Arsenal”dan Bundesliqa klubuna – RƏSMİ

12:51  “Barselona”da itki – 4-5 həftə olmayacaq

12:30  “Səbail”in yubiley qələbəsi

12:19  Əliyev də legionerə ehtiyac duyur: “Futbolçu yetişdirmək heç kimə maraqlı deyil”

12:00  Emil Balayevdən yeni “quru seriya”

11:41  Dabonun xanımından incik mesaj: “Şansı başqalarına buraxaq”

11:31  İlqar Qurbanov rəsmən “Sumqayıt”da

11:23  Millimizin heyəti açıqlandı

11:12  Radikal qərar zamanı

11:01  Mahir üçün seçim anı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az