(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Şüvəlan” Naxçıvanda çempion oldu

“Şüvəlan” Naxçıvanda çempion oldu

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman nazirliyi ilə Peşəkar Futbol Liqasının birgə təşkil etdiyi 4-cü Heydər Əliyev Kubokuna yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında 4 gün davam edən və dairəvi sistem üzrə keçirilən yarışda 4 komanda – “Şüvəlan”, MOİK, “Araz-Naxçıvan” və “Arpaçay” qalib adı uğrunda mübarizə apardılar.

Yarışın sonuncu günündə, həlledici qarşılaşmalardan öncə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub. Gülqoyma mərasimində Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, Naxçıvan MR  Gənclər və İdman naziri Azad Cabbarov, Naxçıvan MR Futbol Federasiyasının sədri Səbuhi Şahverdiyev, hakimlər, hakim-inspektorlar və AFFA nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər. 

Daha sonra “Arpaçay” və “Araz Naxçıvan” mübarizəsi baş tutub. Bu oyunda 3:0 hesabı ilə qalib gələn “Araz Naxçıvan” 3-cü yeri təmin edib. 

Sonuncu oyunda isə “Şüvəlan” və MOİK üz-üzə gəldilər. Çempionluq üçün “Şüvəlan”a 1 xal yetərli idisə, MOİK  mütləq qələbə qazanmalı idi. Lakin “Şüvəlan” işinin öhdəsindən layiqincə gəlib və 1:0 hesabı ilə qalib olaraq kuboku muzeyinə aparıb, MOİK isə ikinci olub.  

Oyunda vurulan yeganə qolun müəllifi Tural Qürbətov ümumilikdə 7 qolla turnirin bombardiri olub. Ən yaxşı qapıçı adına “Şüvəlan”ın üzvü Həsən Hüseynov, ən yaxşı sahə oyunçusu adına isə Turqay İbrahimov layiq görülüb. 

Mükafatları Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, Naxçıvan MR  Gənclər və İdman naziri Azad Cabbarov, Naxçıvan MR Futbol Federasiyasının sədri Səbuhi Şahverdiyev təqdim ediblər.


 
tarix: 23-05-2019 21:22


 
Xəbər lenti
17.06.2019

16:10   “Keşlə” Yovanoviçin yolunu gözləyir

15:45   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

15:35   İsayevə görə Rəfiyev danlandı

15:27   ATV İlkin Xəlilovla bağlı bəyanat yaydı

15:11   “Keşlə”də argentinalı futbolçu - RƏSMİ

14:15   Mustivarla Dabo “Neftçi”dən ayrıldı

13:42   Milli komandada ciddi itki

13:14   ATV prezidentindən İlkin Xəlilovla bağlı rəsmi açıqlama

12:45   Deməli, gücünüz İlkin Fikrətoğluna çatdı?!

12:17   Mahir “Qarabağ”dan gedir?

11:50   “Qarabağ”lı üçün 90 dəqiqə

11:25   Paraqvaydan heç-heçə, Uruqvaydan darmadağın

11:00   Seneqal yığması Nigeriya üzərində qələbəyə sevindi

10:32   Larsson yenidən baş məşqçi təyin olundu

10:00   Super Liqa klubunda baş məşqçi istefası

09:30   La Liqaya son vəsiqə üçün son 2 namizəd

09:00   Turalla Vüqar oynadı, “Dauqavpils”...

16.06.2019

23:18  “Neftçi”nin Türkiyədəki 2-ci günü - VİDEO

23:06  “Qəbələ” Polşada 9-cu oldu

22:49  “Səbail”in Bolqarıstandakı bütün rəqibləri məlum oldu

19:37  Premyer Liqada hamı bu topun arxasınca qaçacaq - FOTO

18:57  Argentina yığması 40 il idi bu aqibəti yaşamırdı

17:27  “Yuventus”un yeni baş məşqçisi rəsmən açıqlandı

16:07  “Neftçi”dən yeni transferi ilə 2 illik müqavilə

15:34  Monroz “Neftçi”də - VİDEO

15:16  Dünya çempionatının ən yaxşıları açıqlandı

13:39  “Neftçi”nin daha bir rəqibi müəyyənləşdi

12:24  Qurban Qurbanov: “Bizə son variant kimi baxırlar”

11:50  Argentina məğlubiyyətlə başladı

11:44  AFFA dövlətlə azarkeş (xalq) arasında uçurum yaradıb

11:01  “Zirə” Bolunu seçdi

10:45  Tovuz və Gəncə azarkeşləri də Elxan Məmmədovun yalanlarından bezib

10:30  Serb hücumçu Bundesliqa klubunda

09:31  Super Liqa klubunda bir transfer, iki ayrılıq

00:24  Emil Balayev oynadı, “Tobol” qalib gəldi - VİDEO

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az