(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
Elşad Əhmədov: “Onun taleyinə rəhbərlik qərar verəcək”

Elşad Əhmədov: “Onun taleyinə rəhbərlik qərar verəcək”

Azərbaycan Premyer Liqasının son mövsümünə rəng qatan klublardan biri də “Sabah” olub. 

Futbolinfo.az xəbər verir ki, elitada ilk mövsümünü keçirən komanda çempionatın əvvəlində yetərincə yaxşı təsir bağışlayıb.

Mövsümün sonlarına yaxın geriləyən debütant Premyer Liqanı 7-ci yerdə bitirib. Yeni mövsümdə isə “Sabah” debütant statusunda olmayacaq. Baş məşqçisi Elşad Əhmədov müsahibəsində həm geridə qalan mövsümü dəyərləndirib, həm də qarşıdakı hədəflər haqda danışıb.

– Geridə qalan mövsümü dəyərləndirərdiz. İlk dövrədə yaxşı oyun sərgiləyən “Sabah” mövsümü 7-ci sırada tamamladı…
– Mövsümün əvvəllərində uğurlu nəticələr qazandıq. Uşaqlarda istək, arzu var idi. Ancaq taktiki tərəfdən çatışmayan cəhətlərimiz də var idi. Qışa qədər, xüsusilə də, ilk dövrədə yaxşı oynadıq. Uşaqlar özlərini göstərərək, çempionata rəng qatdılar. Çempionatı 7-ci pillədə bitirsək də, pis oyun sərgiləmədik. Birinci dövrəyə baxanda, qışdan sonra oyun baxımından daha yaxşı oynadıq. Əsas xallarımızı qışa qədər olan müddətdə yığdıq. Sona üç tur qalmış 5-ci yerdəydik. Bizim qarşımıza məqsəd qoyulmuşdu ki, sonuncu yerdə olmayaq. Bəlkə, bu səbəbdən uşaqlarda bir az boşluqlar oldu.

– Klubda qalacağınız rəsmiləşibmi? Rəhbərliklə görüşmüsüzmü?
– Rəhbərliklə görüşmüşəm, işimiz qənaətbəxş hesab olunub. Sona üç tur qalmış artıq qiymət verilmişdi. 7-ci pillədə bitirsək də, əsas məqsədimiz 8-ci olmamaq idi. Görüşümüz olub, yolumuza davam edirik.

– Təmkin Xəlilzadə ilə bağlı vəziyyət nə yerdədi? Növbəti mövsümdə də “Sabah”da olacaq?
– Təmkin intizamsızlıq etdiyi üçün uzaqlaşdırıldı. O, çox yaxşı futbolçudu. Biz onu komandaya cəlb edəndə də çox istəyirdik ki, əsas heyətdə oynasın, milli komandanın oyunçusudu. Ancaq intizamsızlıq etdiyi üçün indi kənardadı. Onun taleyinə rəhbərlik qərar verəcək. Rəhbərliklə söhbət olduqdan sonra bilinəcək ki, qalacaq, yoxsa gedəcək.

– Beş futbolçuyla artıq yolları ayırmısız. Yenə gedənlər olacaqmı?
– Ola bilər ki, say artsın. Bir-iki nəfər də ayrıla bilər. Amma çox olmayacaq, bir, ya iki nəfər.

– Vanderson Naskimento pis təsir bağışlamırdı, siz də kifayət qədər şans verirdiz. Nəyə görə müqaviləsini yeniləmədiz?
– Vanderson bütün oyunlarımızda iştirak edən futbolçudu. Yaxşı təsir bağışlayırdı. Ancaq hücumda yaxşı idi, müdafiədə problemlər var idi. Oyunlardan sonra analizlər etdikdə görürdük ki, əsas təhlükələr sol cinahdan gəlir. Xarakter olaraq, komandamıza layiq futbolçu idi. Onu yola salanda da bir insan, məşqçi olaraq narahat oldum. Çox istərdim ki, komandada olan digər futbolçular da Vanderson kimi xarakterli olsun, oyunlara peşəkar yanaşsın. Onun komandaya qayıtması ehtimalı var. Hər şey Türkiyə toplanışına kimi dəqiqləşəcək.

– Qış fasiləsində Anibal Çalanın transferi gündəmdə idi. Ancaq klubu ilə olan müqaviləsinə görə yaya qaldığını dediz. Yenidən onunla danışıqlar aparılırmı?
– Çala Ekvador millisinin üzvüdü. Xidmətində maraqlı olduğumuz futbolçu idi. Çox istərdik komandayla qalsın. Lakin klubuyla bağlı müəyyən problemləri olduğuna görə transferi alınmadı.

– Cavid Hüseynov, Məhəmməd Mirzəbəyov və Mirabdulla Abbasovun adı “Sabah”la hallanır. Bu iddialar nə dərəcə doğrudu?
– Mən də mediada oxuyuram. Çox oyunçunun adı bizimlə hallanır. Məhəmmədi də, Cavidi də, Mirabdullanı da yaxşı tanıyırıq. Hazırda Azərbaycanda seçilən futbolçulardandılar. Bir neçə futbolçuyla danışıqlar aparırıq, ancaq hələ tam qərar yoxdu.

– Maraqlandığınız futbolçular yerlilərdir, yoxsa legionerlər? Ümumilikdə ən çox hansı mövqenin gücləndirilməsini istəyirsiz?
– Yerli də var, legioner də. Bizə mövsüm ərzində hamı dedi ki, “9 nömrə”yə ehtiyacınız var. Amma mövsümü sol və sağ vingersiz keçirdik. Bu mövqe üçün tam uyğun olan Elşən Abdullayevdi, o da təkdi. Sağ və sol cinah hücumçusu, bir mərkəz, bir də sol cinah müdafiəçisi axtarırıq.

– Gələn mövsümdə “Sabah”ın əsas hədəfi nə olacaq? İlk mövsümdə elitada qalmağın sizin üçün əsas olduğunu demişdiz, bəs gələn mövsüm necə?
– Əsas hədəf “Sabah” klubunun sabahını yaratmaq. Daha çox perspektivli oyunçulara yer açmaq, turnir cədvəlində yuxarı pillələri tutmaq. İmkan daxilində yuxarıda olub, komandanı sabitləşdirməliyik. İlk mövsüm komandanı yaradıb, formalaşdırdıq. Gələn mövsüm üçün qarşımıza sabit komanda yaratmaq və çempionatı ilk dördlükdə başa vurmaq məqsədi qoyulub. (komanda.az)


 
tarix: 24-05-2019 15:17


 
Xəbər lenti
27.06.2019

01:10   “Sumqayıt” da başladı

26.06.2019

22:30  Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

19:45  “Neftçi”nin Rumıniya klubu ilə oyunu yarıda qaldı

18:33  İtaliya millisində baş məşqçi ayrılığı

18:00  “Messiyəm” dedi, 23 qadını aldadaraq…

17:30  “Sumqayıt”da ispan məşqçi - RƏSMİ

17:00  “Qəbələ”dən “Sabah”a – RƏSMİ

16:40  Paytaxt klubunda yeni təyinat

16:21  “Neftçili Yay” futbol düşərgəsi başa çatdı

16:00  “Qarabağ”ın rəqibi milli üzvü ilə gücləndi

15:40  “Neftçi”nin rəqibindən kubokda darmadağın

15:20  “Barselona”nın qapıçısı rəsmən “Valensiya”da

15:00  “Qəbələ”nin 3 yetirməsi “Şüvəlan”da

14:40  Aftandil Hacıyevdən darmadağına şərh

14:20  “Səbail”dən növbəti transfer - RƏSMİ

14:00  Çempionlar Liqasında yeni mövsümə start verildi

13:30  “Fənərbaxça”da ayrılıq

13:00  “Mançester Siti”dən Belçika klubuna - RƏSMİ

12:30  “Sent-Etyen”dən Super Liqa klubuna

12:02  “Mançester Siti”də ayrılıq

11:41  Kamerun qələbə, Qana heç-heçə ilə başladı

11:20  Azərbaycan klubu ispaniyalı məşqçi gətirdi

11:00  “Barselona” hücumçusunu satdı

10:30  FİFA-dan Türkiyə klubuna sərt cəza

10:00  “Barselona”dan “Everton”a - RƏSMİ

09:30  Azərbaycan çempionuna ÇL püşkü öncəsi şad xəbər

09:00  “Zalsburq”dan Super Liqa klubuna

00:27  Mirabdulla icarə müqaviləsi imzaladı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az