(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
“Zirə” Bilal Həmdini heyətdə saxlaya bilmir

“Zirə” Bilal Həmdini heyətdə saxlaya bilmir

“Zirə” yeni mövsüm üçün heyətini müəyyənləşdirməkdədi. 9 futbolçuyla vidalaşdıqlarını rəsmən açılqayan “qartallar” indi onların yerini doldurmaq üçün çalışır.
 
Amma daha öncə heyətdə olan və müqaviləsi bitən oyunçularla yeni anlaşma əldə olunmalıdı. Klub rəhbərliyi Tellur Mütəllimov, Safik Tiqrudja və Orxan Sadıqlı ilə bağlı suallara nöqtə qoyub – onlar yeni mövsümdə qəsəbə təmsilçisinin uğurları üçün çalışacaq. Daha bir neçə futbolçu ilə də ortaq məxrəcə gəlinib.
 
“Zirə”nin əsas itkisi Bilal Həmdi ilə bağlı olacaq. Son mövsümdə komandanın liderinə çevrilən fransalı yarımmüdafiəçi getmək üzrədi. Sağ cinah oyunçusu ilə danışıqlar onun maaşını artırmaq tələbi üzündən dayanıb. Təklifləri olduğu üçün Bilal güzəşt etmir, “qartallar”ın qismən azalan büdcəsi maaş artımına imkan vermir və yəqin ki, yaxın günlərdə klub onunla vidalaşdıqları barədə açıqlama verəcək.
 
“Zirə”nin maraqlandığı oyunçular da var. “Qəbələ”dən İlqar Qurbanov və Cavid Hüseynov siyahının başında gəlir. Əyalət təmsilçisində taleləri müəyyənləşdikdən sonra bu futbolçular qərar verəcək. İlqarın gəlişində problem yoxdu, “Qəbələ”də qalmasa, onu heyətə qatmaq asan olacaq. Cavidin transferi daha çətin görünür.
 
Hüseynovun hazırda daha iki müştərisi var – “Sabah” və “Keşlə”. “Zirə” mərkəz oyunçusunu sıralarına qatmaq üçün bu klublardan daha yaxşı şərtlər təklif etməlidi. Xüsusilə “Keşlə” daha çətin rəqibdi. Heyətini yenidən quran paytaxt klubu Hüseynova açar oyunçu gözü ilə baxır.
 
“Sabah”ın adı daha çox hallansa da, əslində Premyer Liqanın debütantı bi transfer üçün əldən-ayaqdan getmir. Komandada Cavidin mövqeyində çıxış edən xeyli futbolçu var və o, yalnız rəqabəti gücləndirə bilər. “Sabah” üçün bu transfer prioritet deyil, klub rəhbərliyi daha çox ehtiyac duyulan mövqelərə oyunçu axtarışındadı.
 
Yeri gəlmişkən, son vaxtlar bir çox oyunçu “Sabah”a yağlı müştəri gözü ilə baxır. Guya ki, bu klub hamıdan çox pul təklif edir. Əslində isə Səlahət Ağayev olayı göstərdi ki, belə deyil, sadəcə, futbolçular debütantdan öz məqsədləri üçün istifadə etməyə çalışır.
 
“Sabah” heç bir futbolçuya layiq olduğundan artıq maliyyə təklif etməyib, hətta “Neftçi”ni daha yaxşı təklif alması ilə şantaj edən Səlahət də indi çətin vəziyyətdədi. Çünki debütant ona illik 400 yox, cəmi 150 min manat təklif edib – indi “Neftçi”də qazandığından az. Bu səbəbdən Ağayev hələ harada oynayacağını bilmir.
 
Cavidlə bağlı məsələ də eynidi. Lakin “Zirə”nin baş məşqçisi Samir Abasovun onu yanında görməkdə israrlı olması danılmazdı. O, müqaviləsiz yerli oyunçulardan ən yaxşılarla anlaşmaq, daha sonra əcnəbi axtarışına çıxmaq niyyətindədi.

 
tarix: 25-05-2019 11:35


 
Xəbər lenti
27.06.2019

01:10   “Sumqayıt” da başladı

26.06.2019

22:30  Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

19:45  “Neftçi”nin Rumıniya klubu ilə oyunu yarıda qaldı

18:33  İtaliya millisində baş məşqçi ayrılığı

18:00  “Messiyəm” dedi, 23 qadını aldadaraq…

17:30  “Sumqayıt”da ispan məşqçi - RƏSMİ

17:00  “Qəbələ”dən “Sabah”a – RƏSMİ

16:40  Paytaxt klubunda yeni təyinat

16:21  “Neftçili Yay” futbol düşərgəsi başa çatdı

16:00  “Qarabağ”ın rəqibi milli üzvü ilə gücləndi

15:40  “Neftçi”nin rəqibindən kubokda darmadağın

15:20  “Barselona”nın qapıçısı rəsmən “Valensiya”da

15:00  “Qəbələ”nin 3 yetirməsi “Şüvəlan”da

14:40  Aftandil Hacıyevdən darmadağına şərh

14:20  “Səbail”dən növbəti transfer - RƏSMİ

14:00  Çempionlar Liqasında yeni mövsümə start verildi

13:30  “Fənərbaxça”da ayrılıq

13:00  “Mançester Siti”dən Belçika klubuna - RƏSMİ

12:30  “Sent-Etyen”dən Super Liqa klubuna

12:02  “Mançester Siti”də ayrılıq

11:41  Kamerun qələbə, Qana heç-heçə ilə başladı

11:20  Azərbaycan klubu ispaniyalı məşqçi gətirdi

11:00  “Barselona” hücumçusunu satdı

10:30  FİFA-dan Türkiyə klubuna sərt cəza

10:00  “Barselona”dan “Everton”a - RƏSMİ

09:30  Azərbaycan çempionuna ÇL püşkü öncəsi şad xəbər

09:00  “Zalsburq”dan Super Liqa klubuna

00:27  Mirabdulla icarə müqaviləsi imzaladı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az