(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Amil Yunanov “Qəbələ”də: Sənan Qurbanov açıqladı

Amil Yunanov “Qəbələ”də: Sənan Qurbanov açıqladı

Bir müddət əvvəl “Keşlə” ilə yollarını ayıran Amil Yunanovun yeni iş yeri məlum olub.

Futbolinfo.az xəbər verir ki, 26 yaşlı hücumçu karyerasını “Qəbələ”də davam etdirəcək. Bu barədə “Qəbələ” klubunun baş məşqçisi Sənan Qurbanov “Azərbaycan” radiosuna açıqlamasında deyib. O, Amilin yetirməsi olduğu kluba – “Qəbələ”yə keçəcəyini bildirib. “Qəbələ”nin yetirməsi olan Amil Yunanov “Turan Tovuz”, “Sumqayıt” və “Keşlə”də forma geyinib

Qurbanov “Səbail”lə mübarizədə büdrəmələrindən danışıb:

“Çox böyük amillər oldu, həqiqətən biz inandıq. Komandamızdan bir çox futbolçu getdi, yeniləri gəldi. Mən də ilk dəfə idi baş məşqçi kimi çalışırdım. Futbolçuların adaptasiya müddəti çox çəkdi. Bu uyğunlaşma dövrünü azalda bilmədik. Tətbiq etdiyim bir oyun üslubu var idi. Hər dəfə bunu görmək istəyirdim. Ancaq bəzən bu olmadıqda psixoloji təsir edirdi. Həm mənə, həm də komandaya. İlk dövrə bitəndən sonra artıq fərqli “Qəbələ” görəcəksiz demişdim. Artıq komanda nəticə qazanmağa inanırdı. “Səbail”lə oyunlarda biz üstün idik. Onların bu mövsümki işini kiçiltmək istəmirəm, böyük mübarizə apardılar. Məğlub olsaq belə, futbolçulardakı birliyi görürdüm. Ola bilməzdi ki, bu qədər əziyyət çəkək, bəhrəsini görməyək. Ölkədə iki çempionluq kuboku var. Biri çempionat, onu “Qarabağ” qazandı, biri də ölkə kuboku, onu da biz qazandıq”.

Sənan Qurbanov klubdan ayrılan Stiven Monrozla bağlı da fikirlərini bildirib: “Monroz çox keyfiyyətli futbolçudu. Onun gedişi bizim üçün itkidi. Bu, futboldu, futbolun bir tərəfində də ayrılıq var. Davit Volkov da son dönəmlərdə yaxşı oyun sərgilədi. Volkovdan çox şey gözləyirik. Monrozun yerini çalışacağıq ki, əcnəbi futbolçuyla dolduraq”.

Qurbanov, qapıçı Dmitri Bezotosnının klubdakı gələcəyindən də danışıb: “Neçə illərdi Dmitri bizimlədi. Rəhbərliklə danışıqlar gedir, onun qalmasını istəyirik. Gərək iki tərəf də şərtlərdə razılaşsın. Son dönəmlərdə Anar Nəzirovun da yaxşı çıxış etməsi, komandadakı rəqabəti artırdı. Əlbəttə, istərdim ki, Bezotosnı qalsın”.


 
tarix: 25-05-2019 15:03


 
Xəbər lenti
21.08.2019

15:12   La Liqa klubunda 5 illik müqavilə

14:43   Riberinin yeni klubu rəsmən bəlli oldu

14:26   “İnanıram ki, bu mövsüm komandamız üçün çox uğurlu olacaq”

14:01   “Beşiktaş”ın futbolçusu Fransa klubunda

13:42   “Zirə”nin yeni transferi: “Burdakı səviyyəyə təəccübləndim”

13:25   AFFA yeni mövsümün ilk cəzalarını açıqladı

13:08   Azərbaycanla oyundan əvvəl yeni məşqçi

12:40   Ayaz Quliyev rəmzi heyətdə

12:21   Millimizin baş məşqçisi: “Bu iki oyundan maksimum istifadə etməliyik”

12:00   AFFA-dan 1 illik müqavilə

11:40   Uels millisinin Azərbaycanla oyun üçün heyəti açıqlandı

11:21   Millimizin futbolçusu oynadı, komandası ilk qələbəsini qazandı

11:00   DÇ-2022-nin loqosu nə vaxt təqdim olunacaq?

10:41   Daha bir türk futbolçu A Seriyasında

10:23   Millimizlə oyundan öncə klubunu dəyişdi

10:00   Paytaxt klubunda daha bir yeni müqavilə

09:30   “Səbail”in sabiq futbolçusu Super Liqa klubunda

09:00   David Hili: “Qarabağ” məni təəccübləndirdi”

00:55   “Ayaks” APOEL-lə ilk oyunda bacarmadı

20.08.2019

21:44  “Qarabağ” Belfasta getdi - FOTOLAR

19:30  Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

19:00  “Real”ın yeni transferi sıraya döndü

18:44  Honduras millisinin forvardı rəsmən “Sabah”da

18:33  Riberi İtaliya klubu ilə anlaşdı

18:05  “Fənərbaxça”da ciddi itki

17:44  Azarkeşlər AÇ-2020 fristaylerlərini seçir

17:23  “Real”da ciddi itki

17:00  “Zirə”nin 2 futbolçusuna milli dəvət

16:42  Yaşar Vahabzadə: “Nəyin alınıb-alınmadığını oyunlar göstərəcək”

16:21  “Qarabağ”ın maraqlandığı qapıçı B Seriyasında

16:00  İtaliya klubu müraciət etdi, millimizdən uzaqlaşdırıldı

15:41  “Neftçi”nin futbolçusu milliyə çağırıldı

15:20  Şehiçə görə 250 min avro?

15:00  “Linfild” - “Qarabağ” matçı canlı yayımda

14:48  “Azərsun Arena” təmirə bağlanır – “Qarabağ” harada oynayacaq?

14:36  Kamran Quliyev azarkeşlərin tribunadan uzaqlaşdırılmasına aydınlıq gətirdi

14:14  “Yuventus” yeni transferini icarəyə verdi

13:52  “Qarabağ”ın futbolçusu İngiltərə ilə oyuna dəvət aldı

13:38  “Azərbaycan aldadıcı komandadı”

13:15  “Arsenal”dan Bundesliqa klubuna – RƏSMİ

12:51  “Barselona”da itki – 4-5 həftə olmayacaq

12:30  “Səbail”in yubiley qələbəsi

12:19  Əliyev də legionerə ehtiyac duyur: “Futbolçu yetişdirmək heç kimə maraqlı deyil”

12:00  Emil Balayevdən yeni “quru seriya”

11:41  Dabonun xanımından incik mesaj: “Şansı başqalarına buraxaq”

11:31  İlqar Qurbanov rəsmən “Sumqayıt”da

11:23  Millimizin heyəti açıqlandı

11:12  Radikal qərar zamanı

11:01  Mahir üçün seçim anı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az