(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Bakı finalına doğru: Azarkeş Festivalı başladı!

Bakı finalına doğru: Azarkeş Festivalı başladı!

Bu gün Dənizkənarı Bulvarda UEFA Avropa Liqasının Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununun Azarkeş Festivalı start götürüb.

Futbolinfo.az xəbər verir ki, festivalın ulduz qonaqlarının – ingiltərəli Maykl Ouen və italiyalı Françesko Toldonun iştirakı ilə keçirilən açılış mərasiminə UEFA Avropa Liqasının final oyununun Bakı şəhərində keçirilməsi üzrə yerli Təşkilat Komitəsinin sədri, Baş nazirin birinci müavini Yaqub Eyyubov, AFFA-nın prezidenti Rövnəq Abdullayev, assosiasiyasının I vitse-prezidenti Rauf Əliyev, vitse-prezident Elşad Nəsirov, İcraiyyə Komitəsinin üzvləri və digər rəsmi şəxslər təşrif buyurublar.

Azarkeş Festivalı ictimaiyyətin böyük marağına səbəb olub. Müxtəlif əyləncə qurğuları ilə tanış olan festival ziyarətçiləri, həmçinin Maykl Ouen və Françesko Toldo ilə şəkil çəkdirmək, onlardan imza almaq imkanı da qazanıblar.

Qeyd edək ki, Azarkeş Ferstivalı Dənizkənarı Bulvarda (əsas giriş: Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının yaxınlığı) təşkil olunub və mayın 29-a qədər fəaliyyət göstərəcək. İctimaiyyət üçün girişin sərbəst olacağı Azarkeş Festivalında Bakının Dənizkənarı Bulvarının ecazkar mənzərəsinin fonunda Avropa Liqasının kuboku ilə şəkil çəkdirmək, festivalın əsas səhnəsində Bakının və ümumilikdə Azərbaycanın ən yaxşı DJ-lərinin, qruplarının və ifaçılarının çıxışlarından zövq almaq, müxtəlif futbol məşğələlərində və həyəcanverici Virtual Reallıq zonasında bacarıqlarınızı sınaqdan keçirmək, inanılmaz mükafatlar qazanmaq və bütün ailəniz üçün Avropa Liqasının əyləncəli suvenirlərini əldə etmək imkanı qazanacaqsınız. Uşaq Zonasında uşaqlar hava ilə doldurulmuş qala üzərindən tullana bilər, üzlərinə rəsm çəkdirə və hava ilə doldurulmuş futbol qapılarında futbol bacarıqlarını sınaqdan keçirə bilərlər.

Azarkeş Festivalının ərazisinə giriş sərbəstdir.

 


 
tarix: 25-05-2019 17:38


 
Xəbər lenti
17.06.2019

16:10   “Keşlə” Yovanoviçin yolunu gözləyir

15:45   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

15:35   İsayevə görə Rəfiyev danlandı

15:27   ATV İlkin Xəlilovla bağlı bəyanat yaydı

15:11   “Keşlə”də argentinalı futbolçu - RƏSMİ

14:15   Mustivarla Dabo “Neftçi”dən ayrıldı

13:42   Milli komandada ciddi itki

13:14   ATV prezidentindən İlkin Xəlilovla bağlı rəsmi açıqlama

12:45   Deməli, gücünüz İlkin Fikrətoğluna çatdı?!

12:17   Mahir “Qarabağ”dan gedir?

11:50   “Qarabağ”lı üçün 90 dəqiqə

11:25   Paraqvaydan heç-heçə, Uruqvaydan darmadağın

11:00   Seneqal yığması Nigeriya üzərində qələbəyə sevindi

10:32   Larsson yenidən baş məşqçi təyin olundu

10:00   Super Liqa klubunda baş məşqçi istefası

09:30   La Liqaya son vəsiqə üçün son 2 namizəd

09:00   Turalla Vüqar oynadı, “Dauqavpils”...

16.06.2019

23:18  “Neftçi”nin Türkiyədəki 2-ci günü - VİDEO

23:06  “Qəbələ” Polşada 9-cu oldu

22:49  “Səbail”in Bolqarıstandakı bütün rəqibləri məlum oldu

19:37  Premyer Liqada hamı bu topun arxasınca qaçacaq - FOTO

18:57  Argentina yığması 40 il idi bu aqibəti yaşamırdı

17:27  “Yuventus”un yeni baş məşqçisi rəsmən açıqlandı

16:07  “Neftçi”dən yeni transferi ilə 2 illik müqavilə

15:34  Monroz “Neftçi”də - VİDEO

15:16  Dünya çempionatının ən yaxşıları açıqlandı

13:39  “Neftçi”nin daha bir rəqibi müəyyənləşdi

12:24  Qurban Qurbanov: “Bizə son variant kimi baxırlar”

11:50  Argentina məğlubiyyətlə başladı

11:44  AFFA dövlətlə azarkeş (xalq) arasında uçurum yaradıb

11:01  “Zirə” Bolunu seçdi

10:45  Tovuz və Gəncə azarkeşləri də Elxan Məmmədovun yalanlarından bezib

10:30  Serb hücumçu Bundesliqa klubunda

09:31  Super Liqa klubunda bir transfer, iki ayrılıq

00:24  Emil Balayev oynadı, “Tobol” qalib gəldi - VİDEO

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az