(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
XİN: Ermənistan idmandan siyasi alət kimi istifadə edir

XİN: Ermənistan idmandan siyasi alət kimi istifadə edir

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva CNN telekanalının idman müxbirinin Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyununda "Arsenal" futbol komandasının oyunçusunun iştirak etməməsi və Ermənistan XİN-in mövqeyi ilə bağlı ünvanladığı sualı cavablandırıb.

Futbolinfo.az xəbər verir ki, Azərbaycanın final oyununda iştirak edəcək bütün oyunçuların, eləcə də pərəstişkarların təhlükəsizliyini tam təmin edəcəyi barədə Azərbaycanın müvafiq rəsmi qurumları və Azərbaycan Futbol Assosiasiyası tərəfindən UEFA-ya təminatın verildiyini və bu barədə XİN-in sözçüsü səviyyəsində "idman və siyasət bir-birindən ayrıdır” mövqeyinin dəfələrlə bəyan edildiyini xatırladan mətbuat katibi, Ermənistan XİN-in bu məsələ ilə bağlı açıqlama ilə çıxış etməsinin bu ölkənin daxili siyasi problemləri səbəbindən idmanı siyasi alət kimi istifadə etdiyinin göstəricisi olduğunu vurğulayıb. Azərbaycanın işğal olunmuş ərazilərində etnik təmizləmə həyata keçirən, monoetnik ölkə olan Ermənistanın Azərbaycanı irqçilikdə ittiham etməsinin absurd olduğu qeyd edilib. Azərbaycanın bütün dünyada dözümlülük və multikulturalizm ənənələri ilə tanındığı bildirilib.

XİN rəsmisi qeyd edib ki, Ermənistanın Bakıda keçiriləcək futbol oyunu ilə bağlı şərhi, bu ölkənin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlara mənfi təsir etmək və hətta münaqişənin həlli üzrə substantiv danışıqları təxirə salmaq üçün hər bir imkandan istifadə etmək cəhdidir.


 
tarix: 25-05-2019 21:29


 
Xəbər lenti
16.06.2019

10:30   Serb hücumçu Bundesliqa klubunda

09:31   Super Liqa klubunda bir transfer, iki ayrılıq

00:24   Emil Balayev oynadı, “Tobol” qalib gəldi - VİDEO

15.06.2019

23:29  Ukrayna dünya çempionu oldu

22:28  Millimizdən heç-heçə

22:11  “Səbail”dən daha 2 transfer - RƏSMİ

22:00  “Qəbələ” Polşa klubuna qalib gəldi, “Mançester Yunayted”ə uduzdu

21:31  “Neftçi”nin Türkiyə toplanışı başladı

21:05  “Qəbələ”dən növbəti transfer

19:30  “Qarabağ” “Səbail”ə qalib gəldi

19:00  Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

18:31  Yunanıstan millisinin forvardı Super Liqa klubunda

18:00  “Qəbələ”dən ilk transfer - RƏSMİ

17:44  “Qəbələ” Türkiyədə Ukrayna klubu qarşılaşacaq

17:00  “Fənərbaxça”dan ilk transfer

15:21  İtaliya klubu baş məşqçiylə vidalaşdı

14:17  Baş məşqçisindən Ramil Şeydayevlə bağlı transfer açıqlaması

13:40  Ponomaryovla B planı

13:19  İtaliya klubu baş məşqçi ilə bağlı qərarını açıqladı

12:54  “Neftçi” Türkiyəyə getdi

12:04  Braziliya Amerika Kubokuna qələbə ilə başladı

11:58  Bezotosnı “Keşlə”yə keçmədi

11:52  “Səbail” “Zirə”nin daha bir “sabiq”ini istəyir

11:45  Tanışlarla güclənən “Neftçi”

10:55  Çeferin ingilisləri tənqid etdi: "Londonda Azərbaycanın iki komandası oynasaydı..."

10:24  Leonardo yenidən PSJ-də

10:12  La Liqada klubunu dəyişdi

10:00  “Udineze”dən Super Liqa klubuna

09:47  PSJ yetirməsini 15 milyon avroya satdı

09:32  Superkubok matçının vaxtı və yeri açıqlandı

09:00  “Portu”nun futbolçusu Super Liqa klubunda

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az