(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Bakı finalı: milyardların mübarizəsi

Bakı finalı: milyardların mübarizəsi

Azarkeşsiz futbol, futbol deyil. Futbol tribunaları varlısından kasıbına, 7-dən 77-yə kimi hər kəsi birləşdirir, bərabərləşdirir, vahid bir varlığa çevirir.

Futbol sehrbazları yaşıl meydanda 90 dəqiqə ərzində insanların dərd-sərini, problemlərini unutdurur, xoş anlar bəxş edir. Acı məğlubiyyətlər belə azarkeşləri futboldan soyutmur, yeni qələbələrə səsləyir, təkan verir.

Futbol bütün dünyanı özündə birləşdirən təbii dopinqdir. Bu "xəstəlik" bəla gətirmir, sevinc, kədər dolu göz yaşları ilə sabaha ümid verir. Futbol irq, din, mənsubiyyət tanımır, azarkeş sevgisinə ruhunu verir və illər ötdükcə daha çox sevilir...

Bakı Avroliqa finalına sayılı günlər qalıb. UEFA-nın tələbləri çox yüksəkdir. Futboldan öncə insan təhlükəsizliyi əsas amildir. Bununla yanaşı biletlərin qiymətləri də bəllidir. Keyfiyyətli məhsul hər zaman baha olur...

Futbolun ayaqda durmasının, inkişafının təmin olunmasının əsas 4-5 faktoru var. Bunlardan biri azarkeşlərdir. Daha doğrusu, azarkeşlərdən gələn gəlir...

Kommersiya gəlirləri, tv-yayımdan qazanılan vəsaitlərlə yanaşı matç/oyun günlərində əldə edilən mənfəət klubların büdcəsini formalaraşdırır. Finalda qarşılaşacaq "Çelsi" və "Arsenal" üzərində dayanaq...

Klub olaraq "Arsenal"ın dəyəri 2,5 milyard dollardır. "Çelsi" də geri qalmır, qiyməti 2 milyarddan çoxdur. Dünyanın ən varlı, gəlirli klubları siyahısında olan "topçu"ların ötən mövsüm ümumi qazancı 435 milyon avro təşkil edib:
-Kommersiya gəlirləri- 135.8 mln. €
-TV-yayım- 167.1 mln. €
-matç/oyun günü- 132 mln. €

"Çelsi"-420 milyon avro:
-Kommersiya- 148.7 mln. €
-TV-yayım- 178.2 mln. € 
-matç/oyun günü- 93.1 mln. €

"Arsenal" hər oyunda 1 azarkeşdən 97, "Çelsi" isə 90 dollar qazanır...

Siyahıda oyun günlərindən gələn gəlirlər 3-cüdür. Bu, üzdə görünən faktiki göstəricilərdir. 
Reallıqda isə, bütün gəlirlərin kökündə fanat, azarkeşlər dayanır. Milyonların futbola marağı olmasa, nə sponsorlar, reklamlar olar, nə də ki, tv-kanalların çempionatlara milyardlarla yatırımı...

Futbolda gəlirləri şərtləndirən bir nömrəli səbəbkarlar azarkeşlərdir. Onlar olmasa futbola heç bir kommersiya, marketinq marağı göstərilməz. Təbii ki, burada maraqla yanaşı ölkələr üzrə yaşayış səviyyəsi də gəlirlərə birmənalı təsirini göstərir.

Böyük futbol dərin təhlillərə söykənməli, münasibət tam fərqli olmalıdır. Azərbaycan futbolunun İngiltərə, klublarımızın "Çelsi", "Arsenal"la müqayisəsi doğru olmasa da, Avropa futboluna daha yaxından inteqrasiyasını istəyiriksə, futbola fərqli yanaşılmalıdır...

Ölkədə ümumi futbolun durumu bəllidir. Üzdənyanaşmalar, pafoslu, emosional fikirlər, analizlərə söykənməyən tənqidlər futbol problemlərinin dəqiq araşdırılmasını, həllini ləngidir, sonda irəli getməsini daha da zəiflədir. İndiki vəziyyət futboldakı yadlara əlverişlidir...

Mövcud durumda min əziyyətlə qruplar üzü görən klublarımızdan reallığa uyğun olmayan daha böyük nəticələr tələb edilir, rəqiblər, Avropa futbolu incələnmir. Əksinə, uğursuzlar kölgədə qalır, uğur qazananlar amansız təzyiqlərlə üzləşir, daha çox tənqid edilir...

Belə münasibət futbolumuzda lövbər salanlara daha sərfəlidir. Futbol ictimaiyyətində psixoloji durum o həddə çatıb ki, bir çoxu daxili futboldan bezərək üz döndərir, digərləri isə dünən yaradılmış klublar üzərində qələbələrə sevinir.

Avropa klub reytinqində ilk 15-yə 4-5 pillə qalırdı. Bu, əsl böyük futbol ailəsinin daimi sakininə çevrilmək, əlavə bir klubumuzun da yolunun açılması demək idi. İrəli addımlamaq əvəzinə geri dönürük...

Bu gün Azərbaycanda klubların milyonlar qazanmasının tək yolu var, Avropada nəticə, qruplar! Əks halda dağılmış, dağıdılmış klublarımız kimi hamısı gec-tez məhvə sürüklənəcək. Ən yaxşı halda əksəriyyətinin indiki kimi 1-2 milyon "yetim payı" ilə baş girləməsi olacaq...

Sky Sports/BT Sports kanalları Ingiltərə Premyer liqasının 160 oyunu üçün 6 (!) milyarda yaxın vəsait ödəyib. Ötən mövsüm 20 kluba ümumilikdə 3.1 milyard dollar pul ödənilib.

Ümumi məbləğin bir hissəsi bərabər bölünsə də, qalan hissəsi xüsusi kriteriyalara uyğun həyata keçirilir. Bunlardan biri də yuxarıda qeyd etdiyim azarkeş faktorudur. Hansı komandaların oyunlarında tribunalar dolursa, tv-yayımdan əlavə vəsait əldə edilir.

Azərbaycan liqasını adaşı ilə müqayisə etməkdən uzağıq, qeyd olunanlar ictimaiyyətin futbola düzgün yanaşması üçündür. Heç Rusiya, Türkiyə, Hollandiya deyil, liqamız Polşa, Rumıniya klublarının tv-yayımlardan qazandıqları gəlirlərə belə yaxın dura bilməz.

Azərbaycan çempionatında tv-yayımdan "qazanılan" məbləğ 0-a bərabərdir. Bilet satışından da "əldə edilən" qəpik-quruş ancaq son turdakı kimi əcaib şəkildə "ilklər"lə ola bilər. Ölkə çempionatında ev oyunlarında anşlaq olsa belə, bu heç bir səviyyəli legionerin illik müqaviləsini ödəməz...

"Arsenal"ın ancaq azarkeşlərdən qazandığı mövsümlük gəlir aparıcı klublarımızın 15-20 illik büdcəsi edir. Azərbaycan futbolunda donor-sponsorun "qanını"/pulunu sovurub son damlasına kimi axırına çıxmayana qədər əl çəkilmir. Sponsor futbola bir gələndə sevinir, bir də bəxti gətirsə, müflis olmayıb gedəndə...

"Bütün günahlar klublardadı" təfəkkürü birdəfəlik beyinlərdən silinməlidir. Onsuz da klub qalmayıb, ildən-ilə tükənirlər. Komandalar öz aralarında məhlə-məhlə oyunları keçirmirlər, çempionatda çıxış edirlər. Yarışları keçirən isə federasiyadır, müvafiq qurumlardır.

İngiltərədə, digər ölkələrdə, elə UEFA-nın özü kimi yarışlar o səviyyədə təşkil edilir ki, azarkeş marağı olur, klublar müxtəlif gəlirlərlə təbii olaraq stimullaşdırılır. Son 20 ildə klubların gəlirləri 6-7 dəfə artıb, artıq milyonlar deyil, milyardlarla ölçülür...

Almaniya Bundesliqasında hər il klub akademiyalarına 200 milyon avro vəsait xərclənilir. Bu, federasiyanın tələbidir, amma boş-boşuna diqtəsi deyil. Çempionatdan qazandırır və buna uyğun da tələb edir, ümumi futbol strategiyasını müəyyənləşdirir.

Azərbaycan futbolunda yeni futbol sistemi, işlək mexanizm formalaşdırmadan, çempionatın səviyyəsini artırmadan, xüsusi layihə ilə köklü bölgə klublarının bərpasını təmin etmədən, azarkeşləri yenidən tribunalarda qaytarmadan gələcək inkişafdan danışmağa dəyməz.

Ciddi islahatlar olmadan futbol qurumları, klublar son damlaya kimi dövlətin, xalqın, sponsorların qanını zəli kimi sovurmağa davam edəcəklər.

Tək futbolda olanların deyil, ictimaiyyətin də futbola münasibəti fərqli olmalıdır. Hamı Avropa futbolunu arzulayır, amma böyük futbol düşüncəsini yaxına buraxmaq, təfəkkür olaraq dəyişilmək istəmirik.

Böyük futbolun nə olduğunu azarkeşlərimiz canlı olaraq Avroliqa finalında bir daha görəcəklər. Nə olursa olsun, futbolu möhtəşəm edən meydanda göstərilən oyunla yanaşı stadionları dolduran fanat, azarkeşlərdi...

Pulunu ödəyib dünya, Avropa futbolunun inkişafına önəmli töhfəsini verən təmənnasız azarkeşlər...

Tahir Süleymanov


 
tarix: 26-05-2019 13:02


 
Xəbər lenti
17.06.2019

16:10   “Keşlə” Yovanoviçin yolunu gözləyir

15:45   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

15:35   İsayevə görə Rəfiyev danlandı

15:27   ATV İlkin Xəlilovla bağlı bəyanat yaydı

15:11   “Keşlə”də argentinalı futbolçu - RƏSMİ

14:15   Mustivarla Dabo “Neftçi”dən ayrıldı

13:42   Milli komandada ciddi itki

13:14   ATV prezidentindən İlkin Xəlilovla bağlı rəsmi açıqlama

12:45   Deməli, gücünüz İlkin Fikrətoğluna çatdı?!

12:17   Mahir “Qarabağ”dan gedir?

11:50   “Qarabağ”lı üçün 90 dəqiqə

11:25   Paraqvaydan heç-heçə, Uruqvaydan darmadağın

11:00   Seneqal yığması Nigeriya üzərində qələbəyə sevindi

10:32   Larsson yenidən baş məşqçi təyin olundu

10:00   Super Liqa klubunda baş məşqçi istefası

09:30   La Liqaya son vəsiqə üçün son 2 namizəd

09:00   Turalla Vüqar oynadı, “Dauqavpils”...

16.06.2019

23:18  “Neftçi”nin Türkiyədəki 2-ci günü - VİDEO

23:06  “Qəbələ” Polşada 9-cu oldu

22:49  “Səbail”in Bolqarıstandakı bütün rəqibləri məlum oldu

19:37  Premyer Liqada hamı bu topun arxasınca qaçacaq - FOTO

18:57  Argentina yığması 40 il idi bu aqibəti yaşamırdı

17:27  “Yuventus”un yeni baş məşqçisi rəsmən açıqlandı

16:07  “Neftçi”dən yeni transferi ilə 2 illik müqavilə

15:34  Monroz “Neftçi”də - VİDEO

15:16  Dünya çempionatının ən yaxşıları açıqlandı

13:39  “Neftçi”nin daha bir rəqibi müəyyənləşdi

12:24  Qurban Qurbanov: “Bizə son variant kimi baxırlar”

11:50  Argentina məğlubiyyətlə başladı

11:44  AFFA dövlətlə azarkeş (xalq) arasında uçurum yaradıb

11:01  “Zirə” Bolunu seçdi

10:45  Tovuz və Gəncə azarkeşləri də Elxan Məmmədovun yalanlarından bezib

10:30  Serb hücumçu Bundesliqa klubunda

09:31  Super Liqa klubunda bir transfer, iki ayrılıq

00:24  Emil Balayev oynadı, “Tobol” qalib gəldi - VİDEO

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az