(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Səfirlik: “Mxitaryan 3 dəfə Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib”

Səfirlik: “Mxitaryan 3 dəfə Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib”

Azərbaycanın Fransadakı Səfirliyi İngiltərənin "Arsenal" klubunda çıxış edən Ermənistan yığmasının futbolçusu Henrix Mxitaryanın Azərbaycana gəlməkdən imtina etməsinə, bununla bağlı yayılan yalan məlumatlara münasibət bildirib. 

Futbolinfo.az "Report"un Fransa bürosuna istinadən məlumat verir ki, səfirliyin yaydığı bəyanatda Azərbaycanın erməni futbolçunun Bakıya gəlişinə icazə verməməsi haqqında yayılan fikirlərin yalan olduğu qeyd edilir. 

Bəyanatda bildirirlir: "Erməni futbolçusu "Arsenal" ilə "Çelsi" klublarının Bakıda keçiriləcək son oyununa qatılmaqdan itmina edib və bu onun ilk imtinası deyil. Futbolçu bundan əvvəl də iki dəfə Bakıya gəlməkdən imtina edib. O, 2015-ci ildə Bakıda keçirilmiş "Borussiya” (Dortmund) - "Qəbələ" və 2018-ci ildə keçirilmiş "Arsenal" - "Qarabağ" komandalarının oyunlarında iştirak etməkdən imtina edib".

Bəyanatda bildirilir ki, futbolçunun bu qərarı onun siyasi fikirlərindən irəli gəlir: "Mxitaryan iki dəfə Azərbaycana qanuni yolla gəlməkdən imtina edib. O, üç dəfə isə Azərbaycanın işğal olunmuş ərazilərində olub. Mxitaryan qondarma Qarabağ rejimi orqanlarının medalı ilə təltif edilib. Bunlar göstərir ki, futbolçu siyasi mövqeyə malikdir və o bu siyasi mövqeyini futbol karyerasına daxil edib. Öz istəyi ilə Azərbaycana gəlməkdən vaz keçən oyunçu, bu qərarının məcburi surətdə qəbul etdiyini nümayiş etdirməyə çalışır. Görünür ki, ictimai əlaqələrini gücləndirmək üçün ona belə daha çox sərf edir".

Bəyanatda bildirilir ki, Azərbaycan hakimiyyəto futbolçunun təhlükəsizliyinə rəsmi surətdə zəmanət verib.

Sənəddə həmçinin Mxitaryanın Bakıya getməkdən imtina etdiyi bir vaxtda iki erməni idmançının Bakıda olduğu deyilir və onlar haqqında ətraflı məlumat verilir.

Bəyanatda idmançılardan əlavə, Ermənistan siyasi partiyalarının, Ermənistan parlamentinin təmsilçilərinin də Azərbaycanda olduqları haqqında məlumat verilir, onların nəinki təhlükəsizliyinə heç bir təhdidin olmadığı, hətta səfərlərdən razı qayıtdıqları da bildirilir.


 
tarix: 26-05-2019 19:28


 
Xəbər lenti
25.08.2019

01:06   “Fənərbaxça”dan əzmkar qələbə

00:55   “Real” doğma meydanda xal itirdi

00:41   “Yuventus”la “Napoli” qələbə ilə başladı

24.08.2019

23:55  “Bordo”dan səfərdə inamlı qələbə

23:16  Azərbaycanlı futbolçuların komandası “Zenit”ə qalib gəldi

23:03  Riad Rəfiyev AFFA-ya üsyan etdi: “Hakim qərəzli idi”

22:45  “Bavariya”dan darmadağın

22:00  “Səbail”dən “Sumqayıt”a 3 cavabsız qol - VİDEO

22:00  “Liverpul” “Arsenal”a qalib gəldi, MY evdə uduzdu

21:51  Ayxan Abbasov: “Hakim matçı alt-üst etdi”

21:37  “Səhvlərdən daha yaxşı istifadə edən biz olduq”

20:56  “Sumqayıt” “Səbail”ə böyük hesabla uduzdu

20:23  Bundesliqada yeni rekordçu

19:51  Emil Balayevli “Tobol”dan inamlı qələbə - VİDEO

19:11  Dadaşov üçün 90 dəqiqə və 1 xal

18:39  Vensan Kompaniyə daha bir zərbə

17:36  “Linfild”in oyunu təxirə salındı – “Qarabağ”a görə

17:10  “Dinamo”dan Şeydayevsiz qələbə

15:11  “Sumqayıt”la oyuna 4 itki ilə

15:01  “Zirə”nin “Neftçi” ilə 17-ci sınağı

14:21  “Neftçi”nin futbolçusu Qvineya yığmasında

13:47  Millimizin heyəti açıqlandı

12:49  Portuqaliyalı futbolçu rəsmən “Monako”da

11:59  İsrafilovsuz qələbə

11:03  UEFA “Qarabağ”ı cərimələdi

09:47  "Neftçi"nin legioneri Hindistan klubunda

09:21  “Bavariya”nın futbolçusu rəsmən “Lill”də

09:14  Kamran Quliyev oynadı, komandası yenə uduzdu

09:00  Əhmədov maksimum nəticə istəyir: “Kaş yadıma salmazdız”

01:52  “Sevilya” qalib gəldi, “Vilyarreal” uduzdu

00:58  “Aston Villa” “Everton”u məğlub yola saldı

00:48  “Qarabağ” - “Linfild” matçında rusiyalı hakimlər

00:25  “Borussiya”dan inamlı qələbə

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az