(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Baki finalı: hər şey arzulandığı kimidi

Baki finalı: hər şey arzulandığı kimidi

Bakı Avropa Liqasının finalına hazırdı. İngiltərə nəhəngləri – “Arsenal” və “Çelsi”nin Bakı Olimpiya Stadionundakı titul savaşı üçün heç bir əngəl yoxdu.
 
Oyunöncəsi tədbirlərdən anlaşılır ki, finalı futbol bayramına çevirə bilmişik. Və bu, yüksək təşkilatçılıq bacarığının nəticəsidi. Bakı-2015 Avropa Oyunlarından sonra Avroliqa finalını təşkil etmək dövlətimiz üçün çətin olmamalı idi, belə olduğunu da görürük. Hər şey yüksək səviyyədə təşkil olunub, bütün detallar nəzərə alınıb, hamı finalı gözləyir.
 
Yerli Təşkilat Komitəsinin əməliyyat qrupunda olan AFFA əməkdaşlarının da xidmətini danmaq olmaz. Amma bunu assosiasiyanın yox, dövlətin uğuru kimi qiymətləndirməliyik. Henrik Mxitaryan olayı göstərdi ki, AFFA rəsmiləri mühüm problemlərin həllində səriştəsizdi və yüksək səviyyədə müdaxilə olmadan problem yoluna qoyulmur.
 
Açığı, son günlər “Arsenal”ın erməni oyunçusu ilə bağlı açıqlamalar, bəyanatlar çox maraqlıdı. Hökumət nümayəndələri işini ustalıqla gördü, sakitcə dayandı və londonluların məlum qərarından sonra psixoloji qələbənin dadını çıxarırlar. Ustalıqla bütün məsuliyyət o mənfurun üzərinə atılır və gəlməməklə bağlı qərarın bumeranq effektindən faydalanırlar.
 
Məhz belə lazım idi. Avroliqa finalı ölkə təbliğatından əlavə, həm də siyasi iradənin nümayişidi. Qarabağ konflikti bir daha çılpaqlığı ilə dünya ictimaiyyətinin nəzərinə çatdırılır və bu məsələdəki tutumumuz, israrımız nümayiş etdirilir.
 
Bu psixoloji qələbə ən yüksək səviyyədə təmin edildi, istədiyimiz oldu. Yəqin ki, Mxitaryan olayı çoxlarına dərs olacaq. Britaniya, Rusiya mətbuatının təbliğatı heç nəyi dəyişmədi, soyuqqanlı, ağıllı davranan Azərbaycan dövləti mütləq qalib oldu. Henrixin Bakıya gəlməkdən boyun qaçırması isə qorxaqlığın, səhvini etiraf etməyin nümunəsidi.
 
Şişirdilməsinə cəhd edilən xırda problem həll olundu. İndi finaldan zövq almaq, futbol bayramını yaşamaq lazımdı. Elxan Məmmədovun pivə satmaq arzusu tam reallaşmayacaq, ingilis qonaqların sayı az olacaq. Ayrılan biletlərin azlığından şikayət edib fəryad qoparan London klubları indi heç nəzərdə tutulan qədər azarkeşi də Bakıya gətirə bilmir. Əvəzində digə Avropa ölkələrindən, qonşu dövlətlərdən xeyli turist Bakıya axın edir, ərəblər pul xərcləməkdən çəkinmir. Ola bilsin, pivə az satılacaq, amma anşlaq qaçılmazdı.
 
Finalın təşkili, qonaqların qarşılanması ən yüksək səviyyədə həll olunur. Olimpiya stadionu qaydasındadı, yalnız final fitinin verilməsi qalıb. Bakıdakı London finalı uzun illər yaddaşlarda qalacaq. Ölkənin tanıtımında müstəsna rol oynayacaq matç idman imicimizə də müsbət təsir edəcək. Kaş AFFA əsas işini keyfiyyətli görəydi və həm də futbolumuzun inkişafı ilə öyünəydik. Səriştəsizlər bunu bacarmasalar da, dövlətin əvəzsiz dəstəyi sayəsindəki təşkilatçılıq bacarığımızla öyünməyə dəyər.
 
FƏRİD

 
tarix: 27-05-2019 10:01


 
Xəbər lenti
17.06.2019

16:10   “Keşlə” Yovanoviçin yolunu gözləyir

15:45   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

15:35   İsayevə görə Rəfiyev danlandı

15:27   ATV İlkin Xəlilovla bağlı bəyanat yaydı

15:11   “Keşlə”də argentinalı futbolçu - RƏSMİ

14:15   Mustivarla Dabo “Neftçi”dən ayrıldı

13:42   Milli komandada ciddi itki

13:14   ATV prezidentindən İlkin Xəlilovla bağlı rəsmi açıqlama

12:45   Deməli, gücünüz İlkin Fikrətoğluna çatdı?!

12:17   Mahir “Qarabağ”dan gedir?

11:50   “Qarabağ”lı üçün 90 dəqiqə

11:25   Paraqvaydan heç-heçə, Uruqvaydan darmadağın

11:00   Seneqal yığması Nigeriya üzərində qələbəyə sevindi

10:32   Larsson yenidən baş məşqçi təyin olundu

10:00   Super Liqa klubunda baş məşqçi istefası

09:30   La Liqaya son vəsiqə üçün son 2 namizəd

09:00   Turalla Vüqar oynadı, “Dauqavpils”...

16.06.2019

23:18  “Neftçi”nin Türkiyədəki 2-ci günü - VİDEO

23:06  “Qəbələ” Polşada 9-cu oldu

22:49  “Səbail”in Bolqarıstandakı bütün rəqibləri məlum oldu

19:37  Premyer Liqada hamı bu topun arxasınca qaçacaq - FOTO

18:57  Argentina yığması 40 il idi bu aqibəti yaşamırdı

17:27  “Yuventus”un yeni baş məşqçisi rəsmən açıqlandı

16:07  “Neftçi”dən yeni transferi ilə 2 illik müqavilə

15:34  Monroz “Neftçi”də - VİDEO

15:16  Dünya çempionatının ən yaxşıları açıqlandı

13:39  “Neftçi”nin daha bir rəqibi müəyyənləşdi

12:24  Qurban Qurbanov: “Bizə son variant kimi baxırlar”

11:50  Argentina məğlubiyyətlə başladı

11:44  AFFA dövlətlə azarkeş (xalq) arasında uçurum yaradıb

11:01  “Zirə” Bolunu seçdi

10:45  Tovuz və Gəncə azarkeşləri də Elxan Məmmədovun yalanlarından bezib

10:30  Serb hücumçu Bundesliqa klubunda

09:31  Super Liqa klubunda bir transfer, iki ayrılıq

00:24  Emil Balayev oynadı, “Tobol” qalib gəldi - VİDEO

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az