(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
Milli maraqlar olan yerdə

Milli maraqlar olan yerdə

Futbol böyük qüvvədir. Çoxdan öz əhatə dairəsindən çıxıb. Nə qədər idmanın siyasətdən uzaq olması dönə-dönə vurğulansa da, futbolun ölkələrə, xalqlara, münasibətlərə təsir gücü ağlasığmaz dərəcədə yüksəkdir.

Müxtəlif dövrlərdə dövlətlər, siyasətçilər futboldan öz maraqları üçün istifadə ediblər. 
Futbolda olan adrenalin insanları özünə cəlb edir, emosiyaları pik həddə çatdırır. Futbol fəlsəfəsini, psixologiyasını bilməyənlər hər zaman bunun acısını yaşayırlar.

Bakı Avroliqa finalının keçirilməsini qazananda hansı klubların Azərbaycana gələcəyi bilinmirdi. Futbol tanrısının final seçimi bumeranq rolunu oynadı. Sanki ölkədə futbolun durumuna, təşkilatçılara təbii etirazı idi...

Düşmən ölkənin futbolçusunun çıxış etdiyi aparıcı bir klub ola, o da finala vəsiqə qazana. UEFA-nın sərt tələbləri və finalın səviyyəsi nəinki federasiyanı, təşkilatçı kimi ölkəni çətin duruma salmışdı. Bir yanlış addım Azərbaycanın nüfuzuna böyük zərbə vura bilərdi...

Düşmənlərimiz, istəməyənlərimiz onsuz da çoxdur. Səhv etməyə bir faiz də olsun şans yox idi. Fikirlər müxtəlif olsa da, xalqın kəsərli sözü, etirazı narahatlıqla yanaşı müvafiq qurumlarda bir inam yaratmışdı. Sonrakı gedişlər göstərdi ki, məsələnin ciddiliyi tam olaraq dərk olunurdu.

Futbol idmanın şahıdır, zarafatı, səhlənkarlığı qəbul etməz. Nə qədər deyilsə də ki, Bakıya yüzlərlə idmançı gəlib-gedib, futbolun çəkisi daha böyük, daha təsirlidir. Avropaya səs-küyün yayılması buna bir daha sübutdur.

Gərginliklə yanaşı bütün dünya Qarabağ məsələsinin necə dərin olduğunu əyani olaraq bir daha görmüş oldu. Bu amilin özü çox müsbət məqamlardan biri idi. Ingiltərə, Rusiya mətbuatının süni ajiotaj yaratması da istəmədən belə Qarabağ probleminin yenidən qabardılmasına şərait yaratdı.

Avroliqanın təbliğatı ilə məşğul olan AFFA eyforiyaya qapılaraq milli ruhu, dövlətçiliyi, xalqı unudaraq bəsit, kommersiya xarakterli açıqlamalarla gündəmə gəlirdi. Britaniya tərəfi tam hücuma atılmışdı. Vəziyyəti düzgün analiz edən dövlət, müvafiq strukturlar məsuliyyəti, məsələnin həllini tam olaraq öz üzərinə götürdü.

Milli maraqlar olan yerdə futbol da, digər narazılıqlar da kənara qoyulmalıdır. Dövlətçilik, xalqın mövqeyi ön planda olmalıdır. Futbol elə bir cazibə qüvvəsinə malikdir ki, xırda bir nüansın gözdən qaçırılması böyük fəsadlara, hətta faciələrə səbəb ola bilər.

Futbolda baş verən qığılcımlar, iğtişaşlar ölkələr arasında müharibələrə səbəb olub, münasibətləri gərgin olan dövlətlər arasında atom bombası rolunu oynayıb...

1969-cu ildə millilər arasında görüşlərdə intihar edən, döyülən, öldürülən futbolçular, fanatlardan sonra onsuz da münasibətləri gərgin olan Salvador-Honduras müharibəsi baş verib. Bir həftəlik genişmiqyaslı döyüşlərdə hər iki tərəfdən 5(!) mindən artıq insan qırılıb.

1990-cı ildə "Maksimir" stadionundakı Prosineçkinin də üzvü olduğu "Srvena Zvezda"nın yerli "Dinamo" ilə oyunundakı qarşıdurması, fanatlar arasında dava-dalaş, Bobanın polisi vurması Xorvatiya Serbiya müharibəsinin başlanmasına təkan verib.

Futbolda ciddi səhvlərə yol vermək olmaz, "şah" düşüncəsiz "piyada" gedişlərini bağışlamır. Stadionlarda emosiyaların cilovlanması, həddinin aşmaması mütləqdir. Qızışdırıcı, təxribat dolu çağırışlar fəlakətlər gətirə bilir.

Futbolun hansı gücə sahib olmasını bilən UEFA təşkilatçılıqla, futbol səviyyəsinin təmin olunması ilə yanaşı təhlükəsizliyə xüsusi önəm verir. "Arsenal"ın "xox" əməliyyatına da təmkinlə yanaşdı və kəsərli sözünü sonda dedi...

Diplomatlarımızın son günlərdəki bəyanatları, tutarlı açıqlamaları problemin zərgər dəqiqliyi ilə yoluna qoyulduğunu, vaxtında lazımı tədbirlərin görülməsini, günahın tam olaraq əks tərəfdə olduğunu sübut etmiş oldu.
Artıq kəsərli hücuma Azərbaycan tərəfi keçib...

İstər futbolda, istərsə də həyatda məğlub psixologiyaya yol verilməməlidir. Xalqın aşağılanması qəbuledilməzdir. Zaman-zaman tarixdə uğursuz illər, hətta əsrlər olur...

Yaponiya yaxın keçmişdə Çin xalqının başına nə müsibətlər gətirib, Rusiya əsrlərlə əsarət altında olub. Sınmayıblar, dirçəliblər, bu gün söz sahibidirlər. İkinci dünya müharibəsində milyonlarla yəhudilər qırılıb, alçaldılıb, indi planeti idarə edirlər. Tarixdən belə nümunələr çox gətirmək olar...

Milli ideologiya, təbliğat düzgün istiqamətdə aparılmalıdır. Müvəqqəti məğlubiyyətlər xalqı, hər birimizi sarsıtsa da, daha da birləşdirməli, mətinləşdirməlidir. Hər bir xırdalı-böyüklü faktiki, psixoloji qələbələr xalqın birliyini təmin edərək sabaha inamı artırmalıdır...

Qələbələr tək səngərlərdə, yaşıl meydanlarda qazanılmır. Siyasi, iqtisadi, diplomatik uğurlar dövlətçilik, xalq olaraq gələcək möhtəşəm qələbələrin önəmli təminatçısıdır.

Son günlər Azərbaycan diplomatiyasının səbr, eyni zamanda ağılla, qətiyyətlə apardıqları danışıqlar, düşmənin Bakıda 60-70 min azarkeşin qarşısına çıxa bilməməsini təmin etdi, təhlükəsizliyinə tam təminat verilsə də, qorxaq erməni xislətini sübut etmiş oldu.

Futbol dünyanı ayağa qaldıran əlçatmaz bir zirvədir. Xalqın qarşısında düşmən ayağının yaşıl meydana dəyməsi bağışlanmaz, sağalmaz sarsıntı olardı. Qələbələrin təməli öncədən, doğru strategiya, taktiki hazırlıqla qoyulur.

Futbolun gücünü hər kəs bir daha görmüş oldu. Qalır Avroliqa finalının son akkordlarının möhtəşəm şəkildə vurulması və ən əsası da ölkə futbolunda nəhayət ki, dönüşün yaradılması...

Tahir Süleymanov


 
tarix: 27-05-2019 15:43


 
Xəbər lenti
27.06.2019
26.06.2019

22:30  Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

19:45  “Neftçi”nin Rumıniya klubu ilə oyunu yarıda qaldı

18:33  İtaliya millisində baş məşqçi ayrılığı

18:00  “Messiyəm” dedi, 23 qadını aldadaraq…

17:30  “Sumqayıt”da ispan məşqçi - RƏSMİ

17:00  “Qəbələ”dən “Sabah”a – RƏSMİ

16:40  Paytaxt klubunda yeni təyinat

16:21  “Neftçili Yay” futbol düşərgəsi başa çatdı

16:00  “Qarabağ”ın rəqibi milli üzvü ilə gücləndi

15:40  “Neftçi”nin rəqibindən kubokda darmadağın

15:20  “Barselona”nın qapıçısı rəsmən “Valensiya”da

15:00  “Qəbələ”nin 3 yetirməsi “Şüvəlan”da

14:40  Aftandil Hacıyevdən darmadağına şərh

14:20  “Səbail”dən növbəti transfer - RƏSMİ

14:00  Çempionlar Liqasında yeni mövsümə start verildi

13:30  “Fənərbaxça”da ayrılıq

13:00  “Mançester Siti”dən Belçika klubuna - RƏSMİ

12:30  “Sent-Etyen”dən Super Liqa klubuna

12:02  “Mançester Siti”də ayrılıq

11:41  Kamerun qələbə, Qana heç-heçə ilə başladı

11:20  Azərbaycan klubu ispaniyalı məşqçi gətirdi

11:00  “Barselona” hücumçusunu satdı

10:30  FİFA-dan Türkiyə klubuna sərt cəza

10:00  “Barselona”dan “Everton”a - RƏSMİ

09:30  Azərbaycan çempionuna ÇL püşkü öncəsi şad xəbər

09:00  “Zalsburq”dan Super Liqa klubuna

00:27  Mirabdulla icarə müqaviləsi imzaladı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az