(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
“Arsenal” Mxitaryanı satır - səbəbi açıqlandı

“Arsenal” Mxitaryanı satır - səbəbi açıqlandı

İngiltərənin “Arsenal” klubu yay fasiləsində futbolçusu Henrix Mxitaryanı satmaq istəyinin əsl səbəbi müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, bu, Ermənistan yığmasının 30 yaşlı yarımmüdafiəçisinin müqavilə şərtlərinə əməl etməməsi ilə əlaqədardır. Mxitaryanın UEFA Avropa Liqasının final oyunu üçün Bakıya gəlməkdən imtinasını futbolçunun özü və ailəsinin qərarı kimi təqdim edən London klubu sözdə onu dəstəkləsə də, reallıq başqadır.

Azərbaycanın və UEFA-nın təhlükəsizliklə bağlı ən yüksək səviyyədə təminat verməsinə rəğmən, erməni futbolçunun “Arsenal” üçün böyük önəm daşıyan matça gəlməkdən boyun qaçırması klubda ciddi narazılığa səbəb olub. London təmsilçisinin rəhbərliyi Mxitaryanın təxribatçı davranışını müqavilə şərtlərinə əməl etməmək kimi qiymətləndirib.

Düzdür, “Arsenal” rəsmiləri əsas heyətə düşməkdə çətinlik çəkən Mxityaryanın qərarına indiki məqamda düşərgədəki ab-havaya xələl gətirməməkdən ötrü hörmətlə yanaşdıqlarını bildiriblər. Lakin finalda sonra klub onun barəsində ölçü götürərək, sözləşməsinə əməl etməyən erməni oyunçunu transferə çıxaracaq.

Bundan başqa, yaxın günlərdə Mxitaryanın məsələsi ilə bağlı Londonda idman hüquqşünaslarının toplantısı planlaşdırılıb. İclasda Ermənistan yığmasının üzvünün peşəkar müqaviləsinə riayət etməməsi müzakirə olunacaq. Həmçinin İngiltərə klublarına siyasi qalmaqallarda iştirak edən futbolçuların transfer edilməməsi tövsiyə olunacaq.

“Arsenal” 2018-ci ilin yanvarında hücumçusu Aleksis Sançesi “Mançester Yunayted”də çıxış edən Mxitaryanla dəyişib. Erməni futbolçu ilə 2021-ci ilin yayına qədər müqavilə bağlanılıb.

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçında İngiltərənin “Arsenal” və “Çelsi” komandaları qarşılaşacaq. (Report) 


 
tarix: 27-05-2019 19:00


 
Xəbər lenti
22.08.2019

00:55   “Olimpiakos” “Krasnodar”ı darmadağınla yola saldı

21.08.2019

22:25  “Hiss olunur ki, “Linfild” olduqca istəklidi” - Qurban Qurbanov

21:22  David Hili: “Qarabağ”ın aqressiv olacağını düşünmürəm”

20:20  Maaşının azaldılmasına razı oldu - “Fənərbaxça”da qalmaq üçün

19:44  “Liverpul”un futbolçusu Türkiyə klubunda - RƏSMİ

18:55  “Kəpəz” yeni mövsümə 17 futbolçu ilə başlayır

18:21  Xorvatiyalı futbolçu İtaliyada klubunu dəyişdi

18:00  “Keşlə”də kadr dəyişikliyi

17:45  “Monako”da yeni hücumçu

17:12  “Qarabağ” - “Linfild” matçının biletləri satışda

16:50  Premyer Liqada 2-ci turun hakimləri bəlli oldu

16:36  Paytaxt klubunun zədəli futbolçusu sıraya döndü

16:16  “Qarabağ”la oyunlarda Avropaya yaxşı bir səs salmaq istəyirik”

15:50  I Divizionda mövsümün təqvimi açıqlandı

15:36  Super Liqa klubu milli üzvləri ilə “nikah təzələdi”

15:12  La Liqa klubunda 5 illik müqavilə

14:43  Riberinin yeni klubu rəsmən bəlli oldu

14:26  “İnanıram ki, bu mövsüm komandamız üçün çox uğurlu olacaq”

14:01  “Beşiktaş”ın futbolçusu Fransa klubunda

13:42  “Zirə”nin yeni transferi: “Burdakı səviyyəyə təəccübləndim”

13:25  AFFA yeni mövsümün ilk cəzalarını açıqladı

13:08  Azərbaycanla oyundan əvvəl yeni məşqçi

12:40  Ayaz Quliyev rəmzi heyətdə

12:21  Millimizin baş məşqçisi: “Bu iki oyundan maksimum istifadə etməliyik”

12:00  AFFA-dan 1 illik müqavilə

11:40  Uels millisinin Azərbaycanla oyun üçün heyəti açıqlandı

11:21  Millimizin futbolçusu oynadı, komandası ilk qələbəsini qazandı

11:00  DÇ-2022-nin loqosu nə vaxt təqdim olunacaq?

10:41  Daha bir türk futbolçu A Seriyasında

10:23  Millimizlə oyundan öncə klubunu dəyişdi

10:00  Paytaxt klubunda daha bir yeni müqavilə

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az