(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
David Luis: “Bizim üçün düşərli olan Bakıda tarix yazmaq istəyirik”

David Luis: “Bizim üçün düşərli olan Bakıda tarix yazmaq istəyirik”

İngiltərənin “Çelsi” klubunun futbolçusu David Luis və kapitanı Sesar Aspilikueta Avropa Liqasının finalı ərəfəsində Bakı Olimpiya Stadionunda təşkil edilən mətbuat konfransına qatılıb.

Futbolinfo.az xəbər verir ki, braziliyalı müdafiəçi klubdan ayrılmaq məsələsi gündəmdə olan baş məşqçi Mauritso Sarriyə dəstək olub:

“Sarrinin böyük ürəyi var. Futbol hər gün yeni insanlarla tanış olmaq imkanı yaradır. Avropa Liqası böyük yarışdı. Bütün komandalar qalib olmağa çalışır. Hər şey özümüzdən asılıdı. Mövsümə yaxşı başlasaq da, sonra problemlər oldu. Ancaq yekunda iki finala vəsiqə qazandıq. Liqa Kubokunun finalında uduzduq. Sabah da bizim üçün böyük oyundu. Məqsədimiz kuboku götürməkdi. Böyük bir final olacaq. Biz tarix yazmaq istəyirik. Hamı qalib barədə danışacaq”.

David Luis “Çelsi”nin sabiq futbolçusu Maykl Essyenin “Səbail”ə keçidindən də danışıb: “Maykl Essyen “Çelsi” üçün əfsanədi. Onunla Azərbaycan haqqında danışmamışam. Bura gəlibsə, demək, bunu lazım bilib”.

Braziliyalı futbolçu Çempionlar Liqasının qrup mərhələsində Bakıda qalib gəldikləri oyunu da xatırladıb: “Qarabağ”a 4:0 hesabı ilə qalib gəldik. Bizim üçün düşərli stadiondu. Ümid edirik ki, sabah da belə olacaq”.

Aspilikueta da çıxışının əvvəlində baş məşqçiyə dəstək nümayiş etdirib: “İyuldan etibarən baş məşqçimiz Mauritso Sarri ilə gərgin işləyirik. Yüksəliş və enişlər oldu. Amma bütün bu gərgin işin nəticəsində burdayıq. Sarrinin gələcəyi barədə danışmaq istəmirəm. Biz həmişə birgə probemlərdən həll yolları axtarırdıq və bunu bacardığımızı düşünürəm”.

İspaniyalı futbolçu “Çelsi” kimi komandaların üzərində hər zaman təzyiq olduğunu deyib: “Biz titul aclığı yaşayırıq. Mövsümün əvəlində mübarizəyə böyük həvəslə başlayırıq. Hər bir oyuna qələbə qazanmaq istəyi ilə çıxırıq. Sabah bizim üçün böyük bir fürsətdir. Daha öncə də Avropa Liqasını qazanmışıq. Bunu təkrar etmək istəyirik. Bu komandaya kapitanlıq etmək mənim üçün böyük şərəfdir. İndi kuboku başım üzərimdə qaldırmaq haqda düşünmürəm. Oyuna köklənməliyik. Hər iki klub üçün önəmli matçdır”.

Qeyd edək ki, “Çelsi” mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək finalda İngiltərənin digər təmsilçisi “Arsenal” ilə qarşılaşacaq.


 
tarix: 28-05-2019 21:12


 
Xəbər lenti
17.06.2019

10:32   Larsson yenidən baş məşqçi təyin olundu

10:00   Super Liqa klubunda baş məşqçi istefası

09:30   La Liqaya son vəsiqə üçün son 2 namizəd

09:00   Turalla Vüqar oynadı, “Dauqavpils”...

01:00   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

16.06.2019

23:18  “Neftçi”nin Türkiyədəki 2-ci günü - VİDEO

23:06  “Qəbələ” Polşada 9-cu oldu

22:49  “Səbail”in Bolqarıstandakı bütün rəqibləri məlum oldu

19:37  Premyer Liqada hamı bu topun arxasınca qaçacaq - FOTO

18:57  Argentina yığması 40 il idi bu aqibəti yaşamırdı

17:27  “Yuventus”un yeni baş məşqçisi rəsmən açıqlandı

16:07  “Neftçi”dən yeni transferi ilə 2 illik müqavilə

15:34  Monroz “Neftçi”də - VİDEO

15:16  Dünya çempionatının ən yaxşıları açıqlandı

13:39  “Neftçi”nin daha bir rəqibi müəyyənləşdi

12:24  Qurban Qurbanov: “Bizə son variant kimi baxırlar”

11:50  Argentina məğlubiyyətlə başladı

11:44  AFFA dövlətlə azarkeş (xalq) arasında uçurum yaradıb

11:01  “Zirə” Bolunu seçdi

10:45  Tovuz və Gəncə azarkeşləri də Elxan Məmmədovun yalanlarından bezib

10:30  Serb hücumçu Bundesliqa klubunda

09:31  Super Liqa klubunda bir transfer, iki ayrılıq

00:24  Emil Balayev oynadı, “Tobol” qalib gəldi - VİDEO

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az