(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Monroz: "Azərbaycanda təhlükəsizliyin səviyyəsi məni təəccübləndirdi"

Monroz: "Azərbaycanda təhlükəsizliyin səviyyəsi məni təəccübləndirdi"

“Mənə Azərbaycandan təklif gələndə dərhal bu ölkənin harda olması, ailəm üçün riskin olub-olmaması barədə düşündüm. Əsla yox. Təhlükəsizliyin səviyyəsi məni təəccübləndirdi. İki il ərzində heç bir problem görmədim” - bunu son iki mövsümü "Qəbələ"də keçirən Stiven Jozef-Monroz deyib.
 
Bu yay "Qəbələ"dən ayrılan və “Neftçi”yə keçidi gündəmdə olan fransalı hücumçu ölkəsində verdiyi müsahibədə Bakı və Azərbaycan barədə danışıb: “Bütün dinlərə hörmətlə yanaşılır. Bakı çox gözəl şəhərdi. Asudə vaxtı keçirməklə bağlı çətinlik yoxdu. Azərbaycan tam inkişafdadı. Qətərdəki kimi binalar tikməyə və bu tip işlər görməyə çalışırlar”.
 
Azərbaycan futbolunun səviyyəsinə də toxunan 29 yaşlı forvard Premyer Liqada komanda sayının az olduğunu söyləyib: “Futbol Qərbi Avropadan fərqlənir. Səviyyə bir az aşağı, komandaların sayı azdı. Aşağı divizionda pul və peşəkar olmaq məcbur deyil. Amma Premyer Liqada komandaların sayını artırmaq istəyirlər. Bu ölkədə insanlar futbola o qədər çox baxmırlar. Yalnız “Qarabağ” və “Neftçi”nin böyük sayda azarkeşləri var”.
 
Monroz Avropa Liqasının final matçının Bakıda keçirilməsinə də münasibət bildirib: “Avropa Liqasının finalının Bakıda keçirilməsinə təəccübləndim. Lakin bu, insanları stadiona gətirəcək. Bakıda azarkeşlərin bu oyunu buraxmaması ilə bağlı plakatlar çoxdu. Azərbaycan futbolda da inkişaf edir. “Qarabağ” Avropa Liqasında, bir dəfə isə Çempionlar Liqasında qrupa düşüb”.
 
Fransalı futbolçu futbolumuzda inkişafın olduğunu da vurğulayıb: “Mən ora gedəndə cəmi iki fransalı çıxış edirdi. İndi isə sayımız 8-9 nəfərdi. Əvvəl süni örtüklü meydançalar çox idi, indi daha çox təbii örtüyə üstünlük verməyə başlayıblar. Eyni komandalarla oynamağımız bir az darıxdırıcıdı. Futbolçular “Qarabağ”la görüşdə daha motivasiyalı olur. Amma mən bütün matçlara köklənirəm. Çünki bizə buna görə pul verirlər. “Qarabağ” kimi klublarda çıxış edən legionerlər ildə 400-600 min avro qazanırlar. Bu, Fransanın 2-ci liqasında olduğu kimidi. Bir müddət əvvəl Maykl Essyen “Səbail”lə müqavilə imzalayıb. Onun keçidi barədə çox yazıldı. Lakin o qədər də çox şans qazanmır. Məncə, hələ fiziki cəhətdən hazır deyil. Lakin onun bir illik müqaviləsi qalıb”.

 
tarix: 29-05-2019 11:30


 
Xəbər lenti
18.06.2019

19:04   Emin Mahmudov: “Qalib gəlib, mərhələni keçməyə çalışacağıq”

18:45   Bordin: “Rəqibin fiziki hazırlığı bizimkindən daha yaxşıdı”

18:28   Avroliqada 1-ci təsnifat mərhələsinin bütün cütləri

18:06   Rəşad Sadıqov: “ÇL-də hər bir rəqib təhlükəlidi”

17:51   “Neftçi” və “Səbail”in Avroliqadakı rəqibləri bəlli oldu

17:45   “Sənan Qurbanov komandanı ən çətin vaxtda qəbul etdi”

17:30   Qurban Qurbanov: “Bizi çətin qarşılaşmalar gözləyir”

17:15   13 ildi avrokubokda qələbəyə həsrət Albaniya çempionu

17:00   Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin cütləri

16:42   “Qarabağ”ın ÇL-də rəqibi məlum oldu

16:24   “Borussiya”dan baş məşqçi ilə yeni müqavilə

16:00   UEFA Super Kubok matçına bilet satışına start verdi

15:31   PSJ-nin prezidentindən Mbappe açıqlaması

15:08   “Barselona”nın sabiq futbolçusu Hollandiya klubunda

15:00   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

14:43   “Neftçi”nin futbolçusu rəsmən “Sabah”da

14:26   “Qarabağ” Avstriyaya yola düşdü

14:04   Platini həbs olundu

13:47   Messi Fransa klubunda

13:29   Milli komandada ciddi itki

13:08   Nesta İtaliya klubunda

12:42   Nazim Süleymanov bu dəfə Buzovnada

12:29   “Qarabağ”ın oyununda 6 qol

12:08   Uelbeklə danışıqlar dayandırıldı

11:57   Çili millisi darmadağına sevindi

11:42   Poqbaya yeni təklif

11:21   "Səbail"dən Avstriya klubuna

11:11   Lemezis ölkəmizə gəlməməsinə sevinir

11:00   Emin Mahmudov: “Belə bir komandanın kapitanı olmaq çox xoşdu”

10:47   “Ayaks”dan “Bayer”ə 5 milyon avroluq transfer

10:21   “Arsenal”da yeni məşqçi

10:00   Super Liqa klubunda rumın müdafiəçi

09:40   “Qəbələ” də başladı

09:21   Biri tanış, biri qonşu, üçü yad

09:14   “Fənərbaxça”dan ayrıldı, Super Liqada qaldı

09:00   12 ilin güzgüsü: 1 həftədə 9 oyuna 1 qələbə

17.06.2019

21:17  “Neftçi” üçün 5, “Səbail” üçün 6 potensial rəqib

20:34  “Səbail”in futbolçusu “Stemford Bric”də qələbəyə sevindi

19:55  “Neftçili Yay” futbol düşərgəsi start götürdü

19:05  “Qarabağ” üçün ÇL-də 5 potensial rəqib

18:33  “Roma”nın əfsanəsi klubdan getdi

17:16  “Real”da braziliyalı hücumçu - RƏSMİ

16:10  “Keşlə” Yovanoviçin yolunu gözləyir

15:35  İsayevə görə Rəfiyev danlandı

15:27  ATV İlkin Xəlilovla bağlı bəyanat yaydı

15:11  “Keşlə”də argentinalı futbolçu - RƏSMİ

14:15  Mustivarla Dabo “Neftçi”dən ayrıldı

13:42  Milli komandada ciddi itki

13:14  ATV prezidentindən İlkin Xəlilovla bağlı rəsmi açıqlama

12:45  Deməli, gücünüz İlkin Fikrətoğluna çatdı?!

12:17  Mahir “Qarabağ”dan gedir?

11:50  “Qarabağ”lı üçün 90 dəqiqə

11:25  Paraqvaydan heç-heçə, Uruqvaydan darmadağın

11:00  Seneqal yığması Nigeriya üzərində qələbəyə sevindi

10:32  Larsson yenidən baş məşqçi təyin olundu

10:00  Super Liqa klubunda baş məşqçi istefası

09:30  La Liqaya son vəsiqə üçün son 2 namizəd

09:00  Turalla Vüqar oynadı, “Dauqavpils”...

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az