(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Bilaldan “tərif yağışı”: “Vergini klubun özü ödəyir”

Bilaldan “tərif yağışı”: “Vergini klubun özü ödəyir”

"Kipr macəramdan sonra məni Azərbaycana dəvət etdilər. İnsanlar Azərbaycanı eşidəndə düşünürlər və "bu nədi?" deyirlər. Ancaq buranın necə yer olduğunu gördükdən sonra müsbət mənada təəccüblənirlər" - bu sözləri "Zirə"nin yarımmüdafiəçisi Bilal Həmdi deyib (matc.az).
 
Əlcəzairli futbolçu Fransa mətbuatına müsahibəsində Azərbaycan haqda xoş fikirlər səsləndirib. O, ölkə çempionatının müsbət və mənfi cəhətlərindən danışıb: "Mənfi hal çox komandanın olmamasıdı. Premyer Liqada 8 klub var. Komandalar mövsüm ərzində bir-biriləri ilə 4 dəfə qarşılaşır. Onların da hamısı Bakıda məşq edir. Bölgə komandaları isə qonşu şəhərlərdədi. Bütün futbolçular paytaxtda yaşayır. Yalnız Qəbələ Bakıdan saatyarımlıq məsafədədi. Digərləri 30-45 dəqiqəlik uzaqlıqda yerləşir. Yerli futbolçuların səviyyəsi pis deyil. Əslində, təslim olmayan oyunçulardı. Texniki baxımdan avropalılar səviyyəsində olmasa da, çox maraqlı elementlər var. Fiziki cəhətdən vəziyyət yaxşıdı. Uşaqlar qaçmaqdan yorulmur, əsla təslim olmurlar. Çempionatda oyunlar əsasən qapalı keçir, çox qol olmur".
 
28 yaşlı vinger Azərbaycan futbolunu əvvəllər oynadığı Fransa və Kiprlə müqayisə edib: "Stadionlarda ot örtüyünün durumunun Fransa Liqa2-si ilə heç bir oxşarlığı yoxdu. Liqa2-də çox oynamışam, qışda fəlakət olur. Kiprdə bunun tam tərsidi: 4-5 peşəkar klub istisna olmaqla, qalanlarında vəziyyət qarışıqdı. "Zirə"də iki masajçımız, həkimimiz, hər şeyimiz var. Xoş sürprizlə qarşılaşacağımı demişdilər. Belə də oldu. Həmişə beşulduzlu otellərdə məskunlaşırıq. Hazırkı klubum Fransa Liqa2-dən tanıdığım klublardan peşəkardı. Bu, daha çox strukturlaşma ilə bağlıdı. O ki qaldı maaşa, vergini klub özü ödəyir. Bu, pis deyil. Burda orta əmək haqqı təxminən 300 avrodu. Sizin necə futbol oynadığınızı təsəvvür edə bilirəm. Çox rahat yaşayırsınız. Biz əsasən Liqa2 səviyyəsinə uyğun maaş alırıq. Futbolda pul var. Heç bir klubda maaş gecikməsi olmur. Hər şey tənzimlənib".
 
Həmdi Azərbaycanda təhlükəsizliklə bağlı sualı da cavablandırıb. O, ölkəmizdə hər şeyin ürəyincə olduğunu deyib: "Avropa Liqasının finalı ilə bağlı ölkədə canlanma var. Onlar hər şeyi hazırlayıblar. İki ingilis klubu möhtəşəm stadionda oynayacaq. Bu oyun ətrafında tənqidlər olduğunu bilirəm. Ancaq insanlar gəlib şəhəri görən kimi... Burda "Formula-1" yarışı təşkil edilir. Hər yerdə belə şey olmur. Yeganə problem çox uzaqda olmasıdı. Gəlməzdən əvvəl tanışlardan yaşam səviyyəsini öyrəndim. Dedilər ki, Bakı gözəl şəhərdi. Texnoloji cəhətdən çox inkişaf edib. Bu, həyatın reallığıdı. Ailəm üçün kiçik bir fransız cəmiyyəti var, fransız və ingilis məktəbləri mövcuddu. İnsanlar açıq fikirlidi. Burda yaşayaraq özümü görürəm. Uşaqların təhsili üçün gözəl yerdi. Tam təhlükəsiz ölkədi. Müsəlman ölkəsidi və heç bir problem olmur".

 
tarix: 29-05-2019 12:01


 
Xəbər lenti
18.06.2019

09:21   Biri tanış, biri qonşu, üçü yad

09:14   “Fənərbaxça”dan ayrıldı, Super Liqada qaldı

09:00   12 ilin güzgüsü: 1 həftədə 9 oyuna 1 qələbə

00:05   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

17.06.2019

21:17  “Neftçi” üçün 5, “Səbail” üçün 6 potensial rəqib

20:34  “Səbail”in futbolçusu “Stemford Bric”də qələbəyə sevindi

19:55  “Neftçili Yay” futbol düşərgəsi start götürdü

19:05  “Qarabağ” üçün ÇL-də 5 potensial rəqib

18:33  “Roma”nın əfsanəsi klubdan getdi

17:16  “Real”da braziliyalı hücumçu - RƏSMİ

16:10  “Keşlə” Yovanoviçin yolunu gözləyir

15:35  İsayevə görə Rəfiyev danlandı

15:27  ATV İlkin Xəlilovla bağlı bəyanat yaydı

15:11  “Keşlə”də argentinalı futbolçu - RƏSMİ

14:15  Mustivarla Dabo “Neftçi”dən ayrıldı

13:42  Milli komandada ciddi itki

13:14  ATV prezidentindən İlkin Xəlilovla bağlı rəsmi açıqlama

12:45  Deməli, gücünüz İlkin Fikrətoğluna çatdı?!

12:17  Mahir “Qarabağ”dan gedir?

11:50  “Qarabağ”lı üçün 90 dəqiqə

11:25  Paraqvaydan heç-heçə, Uruqvaydan darmadağın

11:00  Seneqal yığması Nigeriya üzərində qələbəyə sevindi

10:32  Larsson yenidən baş məşqçi təyin olundu

10:00  Super Liqa klubunda baş məşqçi istefası

09:30  La Liqaya son vəsiqə üçün son 2 namizəd

09:00  Turalla Vüqar oynadı, “Dauqavpils”...

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az