(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
Kançelskis: “Mxitaryan qorxaqdı, qoy özünə pampers alsın”

Kançelskis: “Mxitaryan qorxaqdı, qoy özünə pampers alsın”

İngiltərənin “Mançester Yunayted” və “Everton” klublarının sabiq futbolçusu Andrey Kançelskis bu gün Bakıda baş tutacaq Avropa Liqasının “Çelsi” - “Arsenal” finalından, eləcə də “topçular”ın erməni oyunçusu Henrix Mxitaryanın Azərbaycana səfərdən imtina etməsindən danışıb. 

Futbolinfo.az xəbər verir ki, “Rusfootball” nəşrinə müsahibəsində bunları söyləyib:

“Finalda yaxşı futbol olacağına əminəm. Komandaların şansına gəldikdə, məncə, "Çelsi" qələbə qazanmağa daha çox yaxındı. Çünki komanda bütün xətt üzrə balanslaşdırılmış oyun oynayır. Düşünürəm ki, qələbə onların olacaq. Amma final finaldı. Məncə, penalti seriyasına ehtiyac qalmayacaq və məsələ 90 dəqiqə ərzində həll olunacaq. İstənilən halda, əla oyun olacaq. Çünki ingilislər açıq futbol oynayırlar. Məhsuldar oyun gözləyirəm”.

Kançelskis “Arsenal”ın yarımmüdafiəçisi Mxitaryanın Bakıya gəlməkdən imtinasından da danışıb və onu sərt tənqid edib: “Onun bu qərarını anlamıram. Kimdən qorxursan? Hansı siyasi münasibət? Sən futbol oynayırsansa, get və oyna. Bu, nə axmaqlıqdı?. Sadəcə, gülməlidi. Futbol futboldu, siyasət siyasətdi. Get, oyna! Sənə nə edəcəklər ki? Azərbaycan və Ermənistan arasındakı münasibətlərə baxmayaraq, getməlisən. Çünki heç kəs sənə barmağı ilə toxunmayacaq. Mxitaryan belə qorxursa, özünə pampers alsın. Etiraf et ki, sən qorxaqsan. Mən rəhbərliyin yerinə olsam, onu cərimələyərəm. “Arsenal” Avropa Liqasını qazana bilməsə, günahkar Mxitaryandı. Çünki getmədi və komandasına kömək etmədi”.


 
tarix: 29-05-2019 12:21


 
Xəbər lenti
17.06.2019

10:32   Larsson yenidən baş məşqçi təyin olundu

10:00   Super Liqa klubunda baş məşqçi istefası

09:30   La Liqaya son vəsiqə üçün son 2 namizəd

09:00   Turalla Vüqar oynadı, “Dauqavpils”...

01:00   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

16.06.2019

23:18  “Neftçi”nin Türkiyədəki 2-ci günü - VİDEO

23:06  “Qəbələ” Polşada 9-cu oldu

22:49  “Səbail”in Bolqarıstandakı bütün rəqibləri məlum oldu

19:37  Premyer Liqada hamı bu topun arxasınca qaçacaq - FOTO

18:57  Argentina yığması 40 il idi bu aqibəti yaşamırdı

17:27  “Yuventus”un yeni baş məşqçisi rəsmən açıqlandı

16:07  “Neftçi”dən yeni transferi ilə 2 illik müqavilə

15:34  Monroz “Neftçi”də - VİDEO

15:16  Dünya çempionatının ən yaxşıları açıqlandı

13:39  “Neftçi”nin daha bir rəqibi müəyyənləşdi

12:24  Qurban Qurbanov: “Bizə son variant kimi baxırlar”

11:50  Argentina məğlubiyyətlə başladı

11:44  AFFA dövlətlə azarkeş (xalq) arasında uçurum yaradıb

11:01  “Zirə” Bolunu seçdi

10:45  Tovuz və Gəncə azarkeşləri də Elxan Məmmədovun yalanlarından bezib

10:30  Serb hücumçu Bundesliqa klubunda

09:31  Super Liqa klubunda bir transfer, iki ayrılıq

00:24  Emil Balayev oynadı, “Tobol” qalib gəldi - VİDEO

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az