(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
“Finalın Bakıda keçirilməsi ölkə üçün böyük hadisədi”

“Finalın Bakıda keçirilməsi ölkə üçün böyük hadisədi”

“UEFA Avropa Liqasının finalının Bakıda keçirilməsi ölkə üçün böyük hadisədir”.

Futbolinfo.az xəbər verir ki, bunu “Keşlə”nin sabiq futbolçusu Conatan Ayite “France Football”a açıqlamasında deyib.

Başa çatan mövsümdə paytaxt klubunun formasını geyinmiş fransalı forvard Azərbaycan barədə xoş sözlər söyləyib: “Bakıda hər il “Formula 1” keçirilir. Finalda çox adam olacaq, hər yerdə plakatlar vurulub. Təhlükəsizliyə maksimum dərəcədə fikir verilir. Bu baxımdan, şəhərin səviyyəsi həqiqətən yüksəkdir. Cinayətkarlıq yox səviyyəsindədir. Ölkə üçün Avropa Liqasının təşkili müsbət hadisədir. Çünki Azərbaycanı bir qədər də tanıdır. Başa düşürəm, finalın burada keçirilməsi Qərbi Avropa ölkələri üçün bir qədər münasib deyil. Ancaq onlar gördüklərindən yaxşı mənada təəccüblənəcəklər. Başqa yerlərlə müqayisədə, bura demokratiyaya daha yaxındır. Qadınlar işləyə bilərlər, bu sarıdan heç bir porblem yoxdur. Azərbaycanla müqayisədə Türkiyədə bu baxımdan vəziyyət daha sərt və avtoritardır. Azərbaycan Qərbi Avropaya daha yaxındır”.

Toqo əsilli 34 yaşlı forvard Azərbaycandakı futbolun səviyyəsindən də söz açıb. O, “Qarabağ”ı digər komandalardan fərqləndirib: “Ölkədə futbol elə də pis deyil. İki-üç klubları daha güclüdür, qalanları yox. Amma çempionat elə də asan deyil. “Qarabağ” Fransada Liqa 1-də rahat çıxış edə bilər. Digər komandalar Liqa 1 və Liqa 2 səviyyəsindədirlər. Biz Premyer Liqanı sonuncu yerdə bitirdik. Faktiki olaraq, həyəcan qalmamışdı. Çünki yanvardan bilirdik ki, heç bir komanda I Diviziona düşməyəcək.Niyə? Ona görə ki, I Divizionun bütün klublarının büdcəsi yalnız həmin liqaya uyğundur. Yəni, büdcələr arasında ciddi fərq var. Futbol məktəblərinə gəlincə, bu baxımdan problem mövcuddur. Yerli oyunçular peşəkar futbola xammal şəklində gəlirlər. Azərbaycan futbol ölkəsi deyil. Stadionlarda azarkeş çox azdır. Futbolun inkişafı üçün daha çox investor və insanların idmanın bu növünə açıq olmaları lazımdır. Buradakı əhali İngiltərə və Fransa çempionatını izləyir. Amma İtaliya və İspaniya qədər yox. Əksəriyyət PSJ və ya “Lion”u tanıyır”.

Ayite Bakı və Paris arasında bənzərliklərin olduğunu deyib: “Burada həyat çox yaxşıdır. Ailəm Bakıda xoşbəxtdir. Bura kənd yox, böyük şəhərdir. Fransızlar bilmədikləri şeydən qorxurlar. Mən Türkiyəyə gedəndə, bəziləri elə düşünürdü ki, Eldoradoya yollanmışam. İndi orada çoxlu sayda fransalı var.Təxminən 4-5 il sonra Bakıda da elə olacaq. Burada əcnəbilərin durumu həqiqətən yaxşıdır. Maykl Essyenin gəlişi ilə əlavə qapılar açılmış olacaq. Onunla bir az danışdım. İşinin çox olduğunu söylədi. O, bir qədər səfirə bənzəyirdi. Buradakı insanların Fransadan xoşları gəlir. Niyəsini bilmirəm. Ağ Şəhər adlı böyük məhəllə var. Oradakı binalar Parisdəkilərinə bənzəyir. Fransa və digər dillərdə olan məktəblər mövcuddur”. (Sportnet)

Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda İngiltərənin "Arsenal" və "Çelsi" komandalarının iştirakı ilə keçiriləcək final matçı saat 23:00-da başlayacaq.


 
tarix: 29-05-2019 15:38


 
Xəbər lenti
26.08.2019

01:32   “Qalatasaray” xal itirdi

01:22   “Barselona” ilk qələbəsini darmadağınla qazandı

01:11   PSJ-dən darmadağın

00:58   “Milan”dan ilk oyunda məğlubiyyət

00:05   “Qarabağ” - “Qəbələ” 3:0 - VİDEO

25.08.2019

23:51  Sənan Qurbanov: “Getmək mənim üçün problem deyil”

23:34  Qurban Qurbanov: “Yeni yarımmüdafiəçi axtarışındayıq”

23:10  “Volfsburq”dan darmadağın

22:53  “Qarabağ”dan darmadağın, “Keşlə”dən qələbə

22:29  “Mançester Siti” qalib gəldi, “Tottenhem” uduzdu

22:07  “Keşlə”yə 1 qol bəs etdi - VİDEO

21:59  Elşad Əhmədov: “Bu səhvləri təkrarlamamalıyıq”

21:57  Tərlan Əhmədov: “Onun bilərəkdən vərəqə aldığını düşünmürəm”

19:53  Turabov Super Liqada debüt etdi

19:19  “Volfsburq”un forvardı Super Liqa klubunda

18:35  Millimizin üzvü darmadağını kənardan izlədi

17:47  Premyer Liqada rekord təkrarlandı

17:37  Tanınmış futbolçu karyerasını başa vurdu

16:56  Argentinalı hücumçu Super Liqa klubunda

16:24  “Fənərbaxça” Reyeslə vidalaşdı, Ramini alır - RƏSMİ

15:38  Türkiyə millisinin üzvü ilə 5 illik müqavilə

14:31  İkardinin yeni forma nömrəsi bilindi

13:54  Qana millisinin üzvü Super Liqa klubunda

13:21  “Fənərbaxça” 6 mövsüm sonra

13:05  Dadaşov debüt etdi, yeni komandası ilk xalını qazandı

12:10  “Qarabağ”ın 200 minlik təklifini qəbul etmədilər

11:53  “Qarabağ” bizim qanımızı içmək istəyəcək”

11:30  Əsgərov ehtiyatda qaldı, “Liepaya” uduzdu

10:44  "Neftçi"nin məşqçisi təltif olundu

10:32  Mamadu Mbodj: “Yenilik olsa, biləcəksiz”

10:25  “Sabah”la “Keşlə”nin 5-ci dueli

10:08  “Qəbələ”nin “Qarabağ”la 54-cü qarşılaşması

09:43  Paşayev ehtiyatda qaldı, komandası darmadağına üzüldü

09:21  Əhmədov oyunu gözləyir: “Daha istəkli olmalıyıq”

09:12  “Beşiktaş” Kuaresmanı transferə çıxardı - RƏSMİ

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az