(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
Final oyunu üçün gələn əcnəbi jurnalistlərin Bakı təəssüratları

Final oyunu üçün gələn əcnəbi jurnalistlərin Bakı təəssüratları

Xəbər verdiyimiz kimi sabah Bakıda UEFA Avropa Liqasının finalı keçiriləcək.

Futbolinfo.az xəbər verir ki, “Çelsi” və “Arsenal” arasında baş tutacaq tarixi qarşılaşma üçün xeyli sayda azarkeşlə yanaşı, 400-ə yaxın xarici jurnalist də ölkəmizə gəlib. 

Onlardan bir neçəsi “qafqazinfo”ya açıqlama verərək paytaxtımızda baş tutacaq qarşılaşmadan danışıb və təşkilatçılıqdan razılıqlarını bildiriblər:

Niels Harild (“Eurosport”):  “İngiltərə ilə müqayisədə, Danimarka Bakıya daha uzaqdır. Amma burada olduğum üçün xoşbəxtəm. Bakını gəzmişəm, çox gözəl şəhərdir. İnsanlar olduqca mehribandır. Finalın burada keçirilməsi çox yaxşıdır. Təşkilatçılıq yüksək səviyyədədir. İnsanlar həm Avropadan, həm Asiyadan, həm də Afrikadan rahat gələ bilərlər. Bakı multikulturalizm nümunəsidir”.

Jules Breç (“Optus Sport”): “Bakını hələ gəzməsəm də, çox sevimli şəhər olduğunu deyə bilərəm. Bakı Olimpiya Stadionu möhtəşəmdir. Bakıya səfər etmək mənim üçün problem deyil. Frankfurtda 2 saat gözlədikdən sonra bura uçdum. Londondan Azərbaycana çox asan gəldim. Burada məni çox yaxşı qarşıladılar. Mətbuatda həmişə müxtəlif mövzularda neqativ xəbərlər olur. Amma bunu problemə çevirməyə gərək yoxdur. Bakıya gəlmək və finalı izləmək lazımdır”.

Mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq finalda İngiltərənin “Çelsi” və “Arsenal” komandaları qarşılaşacaq.


 
tarix: 29-05-2019 16:50


 
Xəbər lenti
27.06.2019
26.06.2019

22:30  Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

19:45  “Neftçi”nin Rumıniya klubu ilə oyunu yarıda qaldı

18:33  İtaliya millisində baş məşqçi ayrılığı

18:00  “Messiyəm” dedi, 23 qadını aldadaraq…

17:30  “Sumqayıt”da ispan məşqçi - RƏSMİ

17:00  “Qəbələ”dən “Sabah”a – RƏSMİ

16:40  Paytaxt klubunda yeni təyinat

16:21  “Neftçili Yay” futbol düşərgəsi başa çatdı

16:00  “Qarabağ”ın rəqibi milli üzvü ilə gücləndi

15:40  “Neftçi”nin rəqibindən kubokda darmadağın

15:20  “Barselona”nın qapıçısı rəsmən “Valensiya”da

15:00  “Qəbələ”nin 3 yetirməsi “Şüvəlan”da

14:40  Aftandil Hacıyevdən darmadağına şərh

14:20  “Səbail”dən növbəti transfer - RƏSMİ

14:00  Çempionlar Liqasında yeni mövsümə start verildi

13:30  “Fənərbaxça”da ayrılıq

13:00  “Mançester Siti”dən Belçika klubuna - RƏSMİ

12:30  “Sent-Etyen”dən Super Liqa klubuna

12:02  “Mançester Siti”də ayrılıq

11:41  Kamerun qələbə, Qana heç-heçə ilə başladı

11:20  Azərbaycan klubu ispaniyalı məşqçi gətirdi

11:00  “Barselona” hücumçusunu satdı

10:30  FİFA-dan Türkiyə klubuna sərt cəza

10:00  “Barselona”dan “Everton”a - RƏSMİ

09:30  Azərbaycan çempionuna ÇL püşkü öncəsi şad xəbər

09:00  “Zalsburq”dan Super Liqa klubuna

00:27  Mirabdulla icarə müqaviləsi imzaladı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az