(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
Şeydayev: “Mxitaryan Bakıya getməməklə düzgün etmir”

Şeydayev: “Mxitaryan Bakıya getməməklə düzgün etmir”

Futbol üzrə Azərbaycan yığmasının və Rusiyanın “Krılya Sovetov” klubunun hücumçusu Ramil Şeydayev "Arsenal"ın erməni futbolçusu Henrix Mxitaryanın Avropa Liqasının "Çelsi" ilə keçiriləcək finalı üçün Bakıya gəlməkdən imtina etməsinə münasibət bildirib.

Futbolinfo.az xəbər verir ki, o, Rusiyanın sport.ru saytına müsahibəsində Bakının dinc şəhər olduğunu və futbolçunun qərarını anlamadığını qeyd edib:

“Bu, normal hal deyil. İdmanla siyasəti qarışdırmaq düzgün deyil. Hərtərəfli təhlükəsizlik zəmanəti aldığın halda Bakıya getməmək məsələni siyasiləşdirməkdi. Bakıda kiməsə toxunulduğunu xatırlamıram. Yəqin ki, hansısa təxribatçılar ona nəsə deyib. 

Bakıda keçirilən boks üzrə dünya çempionatında erməni idmançılar iştirak edib. Mən bir il Bakıda yaşamışam. Heç vaxt orada xoşagəlməz halla üzləşmədim. Bakı çox dinc və sülhsevər şəhərdi. Sənə hər şeyin yaxşı olacağı deyildiyi halda səfərdən imtina edirsənsə, bu, ümumiyyətlə səhv addımdı. Bəlkə də, onun Azərbaycana getməməyinin səbəbi Dağlıq Qarabağa səfəri ilə bağlıdı. Amma ermənilər Azərbaycanda yaşayırlar. Buna əminəm”.


 
tarix: 29-05-2019 18:30


 
Xəbər lenti
17.06.2019

10:32   Larsson yenidən baş məşqçi təyin olundu

10:00   Super Liqa klubunda baş məşqçi istefası

09:30   La Liqaya son vəsiqə üçün son 2 namizəd

09:00   Turalla Vüqar oynadı, “Dauqavpils”...

01:00   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

16.06.2019

23:18  “Neftçi”nin Türkiyədəki 2-ci günü - VİDEO

23:06  “Qəbələ” Polşada 9-cu oldu

22:49  “Səbail”in Bolqarıstandakı bütün rəqibləri məlum oldu

19:37  Premyer Liqada hamı bu topun arxasınca qaçacaq - FOTO

18:57  Argentina yığması 40 il idi bu aqibəti yaşamırdı

17:27  “Yuventus”un yeni baş məşqçisi rəsmən açıqlandı

16:07  “Neftçi”dən yeni transferi ilə 2 illik müqavilə

15:34  Monroz “Neftçi”də - VİDEO

15:16  Dünya çempionatının ən yaxşıları açıqlandı

13:39  “Neftçi”nin daha bir rəqibi müəyyənləşdi

12:24  Qurban Qurbanov: “Bizə son variant kimi baxırlar”

11:50  Argentina məğlubiyyətlə başladı

11:44  AFFA dövlətlə azarkeş (xalq) arasında uçurum yaradıb

11:01  “Zirə” Bolunu seçdi

10:45  Tovuz və Gəncə azarkeşləri də Elxan Məmmədovun yalanlarından bezib

10:30  Serb hücumçu Bundesliqa klubunda

09:31  Super Liqa klubunda bir transfer, iki ayrılıq

00:24  Emil Balayev oynadı, “Tobol” qalib gəldi - VİDEO

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az