(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
Ramil Şeydayev: “İslam adətləri ilə evlənmək istəyirəm”

Ramil Şeydayev: “İslam adətləri ilə evlənmək istəyirəm”

"Türkiyədə insanlar futbol xəstəsidir. Demək olar ki, hər oyunda stadion dolur. Rusiyada isə ikinci səkkizlikdə qərarlaşan komandalar o qədər də populyar deyil. “Rubin” – “Anji” oyununa nə qədər azarkeş gəlmişdi? Türkiyədə belə hallar yalnız federasiya klubun tribunlarını bağlayanda baş verir”.

Futbolinfo.az xəbər verir ki, bu sözləri “Krılya Sovetovun azərbaycanlı futbolçusu Ramil Şeydayev Rusiyanın “sport24.ru” saytına geniş müsahibəsində deyib. Rusiya və Türkiyə futbolunu müqayisə edən millimizin üzvü türk azarkeşlərin çılğınlığından danışıb:

“Türkiyədə fanatlar yaxşı mənada psixdirlər. Bir dəfə səfərdə “Qalatasaray”ı udmuşduq. Yerli azarkeşlər dəli olmuşdu. Bizə su şüşələri atırdılar. Prinsipial oyunlar çox çətin keçir. Ancaq adamlar azarkeşlik etməyi də bacarırlar. Stadion ümumiyyətlə susmur. Daim mahnı oxuyurlar. Trabzonda futboldan başqa məşğuliyyət yoxdur. Yəqin ki, Türkiyənin ən darıxdırıcı şəhərlərindən biridir. Futbolçusansa, hamı səni tanıyır. Uduzmusansa, ən yaxşısı evdən küçəyə çıxmamamaqdır. Udsan da, çıxma. Çünki adi kafedə belə oturmaq olmur. Hamı yaxınlaşır, şəkil çəkdirir, avtoqraf istəyir”.
Şeydayev “Qarabağ”dakı karyerasını da yada salıb: “Azarkeşlər stadiona gəlirlər. Hətta Çempionlar Liqasında oyunumuza 50 min adam toplaşmışdı. Yerli çempionat matçlarında isə stadionda 2-3 min və daha az azarkeş olur. Azərbaycanda futbol hələ inkişaf mərhələsindədir”.

Yenidən Avropada oynamağı arzulayan Şeydayev Türkiyə və Slovakiyada çıxış etmək istəmir: “Məsələn, İspaniya və Almaniya ola bilər. Aydın məsələdir ki, söhbət top-klublardan getmir. Ancaq təklif gəlsə, dərhal razılaşaram. Hər şey məndən və oyunumdan asılıdır”.

“Spartak”ın yarımmüdafiəçisi Ayaz Quliyevlə münasibətlərindən də söz açan millimizin hücumçusu azərbaycanlı oyunnçunun bir müddət öncə Moskvada ABŞ-lı turisti vurmasına münasibət bildirib: “Ayaz “Spartak”da, mən isə “Zenit”də yetişsəm də, onunla qardaş kimiyik. Həmin vəziyyətdə mənəvi olaraq ona dəstək verərdim ki, ruhdan düşməsin. Ayaz səhv etdiyini özü də başa düşür. Əsas olan da budur. O, özü də deyir ki, dəlilik edib. Şadam ki, sonda hər şey yaxşı qurtardı. Mən özüm də çılğın insanam. Bilmirəm, həmin vaxt necə hərəkət edərdim. Ayazın niyə elə davrandığını bilmirik. Bəlkə də evdə problemləri olub. Sevinirəm ki, bir daha belə hadisənin olmayacağına söz verib”.

Son vaxtlar qol vura bilməməsinin onu narahat etmədiyini deyən Ramil Almaniya futbolunun əfsanələrindən Miroslav Klozeni misal göstərib: “Bəzən belə şeylər olur ki, hücumçular ardıcıl qollar vurur, amma sonra dayanırlar. Əsas boşalmamaq və məşqlərdə çox işləməkdir. Hətta Kloze kimi forvardın da 10 oyunluq qolsuzluq seriyası olub. Uşaqlıqdan bu, mənim yadımdadır. Məncə, hazırda əvvəlkindən də yaxşı formadayam. Çünki daim meydana çıxıram, daha çox oyun təcrübəm var”.

Dinə hər gün daha çox bağlandığını söyləyən futbolçu islam adətləri ilə ailə qurmaq istədiyini vurğulayıb: “Komandaya istirahət veriləndə oruc tuturam. Oyun və məşq vaxtı çətin olur. Hər il, hətta hər gün dinə daha çox yaxınlaşıram və hansısa məqamları başa düşürəm. İslam adətləri ilə evlənmək istəyirəm. Bizdə elədir ki, bu gün heç nə yoxdur, sabah isə ailə qurursan. Buna görə də nəyisə təxmin etmək istəmirəm. 5 il görüşüb, 2 il birlikdə yaşayıb, daha sonra ayrılmaq mənə görə deyil. Hər şeyin öz vaxtı var”. (qol.az)


 
tarix: 29-05-2019 19:49


 
Xəbər lenti
18.08.2019

23:10   “Leyptsiq” yeni mövsümə darmadağınla başladı

22:50   “Mən ancaq cibimdəki pulun nə qədər olduğunu deyə bilərəm”

22:39   Samir Abasov: “Kanallar qarışmışdı”

22:11   Premyer Liqada 2-ci turun oyun cədvəli açıqlandı

21:56   “Səbail”ə bir qol bəs etdi

21:33   “Çelsi” doğma meydanda xal itirdi

19:42   Əliyev üçün 62 dəqiqə və 3 xal

19:37   CONCACAF-ın qalibi “Sabah”la müqavilə imzalamağa gəlib

18:51   “Borussiya”dan “Bavariya”ya

17:23   İsrafilovsuz və uğursuz start

16:38   Əli Şirinov oynamadı, komandası uduzdu

16:14   Novruzov “Zimbru”ya qarşı 80 dəqiqə oynadı

15:15   “Neftçi”nin sabiq prezidenti "Astana" - BATE görüşündə

15:07   Fəriddən Çexiyada növbəti qol

14:51   Xavinin məşqçi kimi ilk titulu

14:31   “İdman Azərbaycan”ın şərhçisi Kanteyə görə cəzalandı

11:03   Oyuncaq klub: “Keşlə” yenə həvəskarcasına idarə olunur

10:48   Hasan Şaş “Qalatasaray”dan ayrıldı

10:39   Modriçin “siftə”si

10:27   Qurbanovla itiriləcək daha bir mövsüm

09:59   Frey icarəyə getdi

09:47   Kovaçı məmnun edən transfer

09:39   “Barselona”ya qol vurub, Messiyə şərik oldu

09:25   Balotelli “Breşia”da

09:15   “Keşlə”nin 500-cü məyusluğu

09:00   “Qarabağ” Zubiri satmağın əleyhinə deyil

01:53   Vurğun 300 həddinə çatan 21-ci futbolçu oldu

01:31   "Monako"nu 3 qolla devirdilər

01:19   "Real" mövsümə qələbə ilə başladı – VİDEO

01:11   6 oyuna 21 qol

01:01   "Valensiya" son dəqiqədə büdrədi

00:51   "Beşiktaş" darmadağın oldu

00:37   “Sumqayıt”ın Qəbələdə ilk qələbəsi - VİDEO

00:24   "Qarabağ"ın oyunu isveçrəlilərə tapşırıldı

00:01   “Siti” büdrədi, “Liverpul” yox

17.08.2019

21:50  "Qarabağ"ın rəqibi uduzdu

21:42  Abbasov qalib komandasından narazıdı

21:29  Sənan Qurbanov yenə nağıl danışdı

21:00  "Sumqayıt" Qəbələdən 3 xalla dönür - YENİLƏNİB

20:19  Emilin ardıcıl 3-cü “quru oyunu”

20:02  “Qarabağ” hamıdan öndə - UEFA açıqladı

18:31  Faydasız Dadaşov

17:45  Nazarovla məğlubiyyət

17:19  Eddi hələ hazır deyil

17:01  Poçettino titul istəyir

16:47  İlk dəfə səfərdə

16:28  “Kəpəz” yenə qalib gələ bilmədi

16:07  “Bavariya”dan daha bir transfer

15:47  "Sabah"da 2 itki

15:23  "Real" Pulişiçi istəyir

14:55  "Qarabağ"ın oyununa biletlər satışda

14:12  “Zirə” Ərdəbil klubuna qalib gəldi

13:38  Rüfət Dadaşov yenə milliyə çağırıldı

13:27  "Qarabağ"a gəlmədi

12:42  Premyer Liqaya yeni sponsor tapıldı – Ramin Musayev açıqladı

12:29  Zubir Fransaya qayıtmaq istəyir

11:49  Suares sıradan çıxdı

11:37  Siasia futboldan qovuldu - ömürlük

11:20  Koutinyo icarəyə verildi

10:59  Fransızlar təsdiqlədi: “Zubirlə maraqlanırıq!”

10:29  “Zirə”nin 5-ci mövsümü

10:18  Gürcüstan və Ermənistan klubları arasında danışılmış oyun şübhəsi

10:09  Kamran Quliyev “avtobus”dan şikayət etdi: “Hamımız günahkarıq”

09:51  “Qəbələ” - “Sumqayıt”: ardıcıl üçüncü dəfə

09:40  Levandovskinin dublu "Bavariya"ya qələbə gətirmədi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az