(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Emerinin etirafı: “Çelsi” bizdən yaxşı oynadı”

Emerinin etirafı: “Çelsi” bizdən yaxşı oynadı”

"Bilirdik ki, çətin olacaq. Çalışdıq, qalib gəlmək istəyirdik. Rəqibi təbrik edirik. “Çelsi” bizdən yaxşı oynadı. İkinci qolu buraxandan sonra məğlubiyyət qaçılmaz oldu" - bu sözləri "Arsenal"ın baş məşqçisi Unay Emeri Avropa Liqasının Bakıda "Çelsi" ilə keçirilən finalından (1:4)  sonra mətbuat konfransında deyib.
 
- Finalda məğlub olmaq normaldır. Ancaq 1:4 hesabı ilə uduzmaq komandanın mental problemlərinin göstəricisidir.
- Bəli, amma rəqibin yaxşı futbolçuları var. Bilirdik ki, çətin olacaq. Azarkeşlərə demək istəyirəm ki, yolun başlanğıcındayıq. Hədəfimizə yaxın idik. Xüsusilə də Premyer Liqada. Bəzi hədəflərimizə çatsaq da, məyusuq. Ancaq müəyyən mənada irəli addım atdıq.
 
- Çempionlar Liqasına vəsiqə şansınızı itirdiniz. Bu, sizin transfer siyasətinizə mənfi təsir edə bilər?
- “Arsenal” böyük klubdur. Bir çox futbolçu burada oynamaq istəyir. Biz komanda kimi rəqabətə davamlı olmağa çalışırdıq. Hələlik hədəfimizə tam çata bilməmişik. Ancaq bu fikir bizdə qalır. Klub işləyir, inkişaf etməyə çalışır. Heyətimizdə kifayət qədər gənc oyunçu var. Bu final onların ilk təcrübəsi idi. Düşünürəm ki, onların gələcəyi daha yaxşı olacaq.
 
- Biz çox oyuçunun "Arsenal"la müqaviləsi başa çatır. Onların taleyi necə olacaq?
- Bu barədə danışmağın mənası yoxdur. Biz əvvəlcə futbolçularla söhbət etməliyik. Ötən mövsüm komandaya gələn gənc oyunçularla yola davam etməliyik. İşimizlə fəxr edirəm. Hədəfimizə çatmaq üçün futbolçularımız əllərindən gələni etdilər. Məncə, komanda bu heyətlə daha yaxşı ola bilər.
 
- Növbəti addımı atmaq üçün “Arsenal”da nələr dəyişilməlidir?
- Bizim yaxşı futbolçularımız var. Onlar təcrübəlidirlər. Ona görə də ötən mövsümlə müqayisədə daha yaxşı çıxış etdilər. Bəlkə yeni futbolçular da aldıq.

 
tarix: 30-05-2019 10:48


 
Xəbər lenti
25.08.2019

01:06   “Fənərbaxça”dan əzmkar qələbə

00:55   “Real” doğma meydanda xal itirdi

00:41   “Yuventus”la “Napoli” qələbə ilə başladı

24.08.2019

23:55  “Bordo”dan səfərdə inamlı qələbə

23:16  Azərbaycanlı futbolçuların komandası “Zenit”ə qalib gəldi

23:03  Riad Rəfiyev AFFA-ya üsyan etdi: “Hakim qərəzli idi”

22:45  “Bavariya”dan darmadağın

22:00  “Səbail”dən “Sumqayıt”a 3 cavabsız qol - VİDEO

22:00  “Liverpul” “Arsenal”a qalib gəldi, MY evdə uduzdu

21:51  Ayxan Abbasov: “Hakim matçı alt-üst etdi”

21:37  “Səhvlərdən daha yaxşı istifadə edən biz olduq”

20:56  “Sumqayıt” “Səbail”ə böyük hesabla uduzdu

20:23  Bundesliqada yeni rekordçu

19:51  Emil Balayevli “Tobol”dan inamlı qələbə - VİDEO

19:11  Dadaşov üçün 90 dəqiqə və 1 xal

18:39  Vensan Kompaniyə daha bir zərbə

17:36  “Linfild”in oyunu təxirə salındı – “Qarabağ”a görə

17:10  “Dinamo”dan Şeydayevsiz qələbə

15:11  “Sumqayıt”la oyuna 4 itki ilə

15:01  “Zirə”nin “Neftçi” ilə 17-ci sınağı

14:21  “Neftçi”nin futbolçusu Qvineya yığmasında

13:47  Millimizin heyəti açıqlandı

12:49  Portuqaliyalı futbolçu rəsmən “Monako”da

11:59  İsrafilovsuz qələbə

11:03  UEFA “Qarabağ”ı cərimələdi

09:47  "Neftçi"nin legioneri Hindistan klubunda

09:21  “Bavariya”nın futbolçusu rəsmən “Lill”də

09:14  Kamran Quliyev oynadı, komandası yenə uduzdu

09:00  Əhmədov maksimum nəticə istəyir: “Kaş yadıma salmazdız”

01:52  “Sevilya” qalib gəldi, “Vilyarreal” uduzdu

00:58  “Aston Villa” “Everton”u məğlub yola saldı

00:48  “Qarabağ” - “Linfild” matçında rusiyalı hakimlər

00:25  “Borussiya”dan inamlı qələbə

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az