(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
Bakı finalının rekordları

Bakı finalının rekordları

Bakı Olimpiya Stadionunda keçirilən Avropa Liqasının final qarşılaşması "Çelsi"nin "Arsenal" üzərində qələbəsi ilə nəticələnib - 4:1. Oyun həm də bir sıra maraqlı statistik məqamlarla yadda qalıb.
 
"Zadəganlar" bu mövsüm bütün turnirlərdə 39-cu qələbəsini qazanıb. Mauritsio Sarri ilk mövsümündəki bu nailiyyətlə yalnız Joze Mourinyodan geri qalıb. Çünki portuqaliyalı London klubundakı debüt mövsümündə 42 qələbəyə sevinib.
 
Sarri 1999-cu ildən bəri Avropa Liqasının qalibi olan ilk italyan məşqçi kimi tarixə düşüb. Axırıncı dəfə 20 il əvvəl Alberto Malezani "Parma" ilə bunu bacarmışdı.
 
Bu, həm də Sarrinin məşqçilik karyerasında ilk titulu olub. 60 yaşlı mütəxəssis "Napoli" ilə A seriyasının 2-cisi və 3-cüsü olmağı bacarmışdı.
 
Həlledici qarşılaşmada dubl edən və ən yaxşı oyunçu seçilən "Çelsi"nin vingeri Eden Hazard turnirin son 5 mövsümünün finalında bunu gerçəkləşdirən 4-cü oyunçu olub. 2015-ci ildə Karlos Bakka ("Sevilya"), 2016-cı ildə Koke Moreno ("Sevilya"), ötən il isə Antuan Qrizmann ("Atletiko") finalda 2 qol vurub.
 
İkinci hissədə hesabı açan Olivye Jiru qələbənin təməlini qoymaqla yanaşı, turnirin də bombardiri olub. 13-cü oyununda 11-ci qolunu vuran "Çelsi"nin fransalı forvardı Luka Yoviç ("Ayntraxt") və Vissam Ben Yedderi ("Sevilya") qabaqlayıb.
 
Jiru həm də fransızların finalda fərqlənmək seriyasını davam etdirib. Ona qədər əvvəlki 3 mövsümdə Kevin Qameyro ("Sevilya"), Pol Poqba ("Mançester Yunayted") və Antuan Qrizmann ("Atletiko") həlledici görüşdə fransızları sevindirib.
 
Jirunun digər rekordu bir mövsümdə ən çox qol vuran fransızla bağlıdı. Bir mövsümdə avrokubokda 11 qol vuran 32 yaşlı forvard 1958-59 mövsümündə 10 dəfə fərqlənən həmyerlisi Jüst Fontenin rekordunu yeniləyib. Jiru eyni zamanda Premyer Liqa klubunun heyətində Alan Şirerdən sonra avrokubokda 11 qol vuran ilk oyunçu olub. Şirer 2004-05 mövsümündə buna nail olmuşdu.
 
"Çelsi" bu mövsüm Avropa Liqasını məğlub olmadan başa vurub. Komanda keçirdiyi 15 görüşün 12-də qələbə qazanıb, 3-də heç-heçə edib. "Zadəganlar" son 11 ildə bunu bacaran ilk klub olub. Axırıncı dəfə 2007-08 mövsümündə "Mançester Yunayted" bunu bacarmışdı.
 
"Zadəganlar" tarixində 2-ci dəfə Avropa Liqasının kubokunu muzeyinə aparıb. Komanda 2013-cü ilin həlledici qarşılaşmasında "Benfika"ya qalib gələrək buna nail olmuşdu.
 
Bu, "Çelsi"nin tarixində 6-cı avrokubok titulu olub. Komanda 2 dəfə Avropa Liqasını, 2 dəfə Kuboklar Kubokunu, 1 dəfə Çempionlar Liqasını, 1 dəfə isə UEFA Superkubokunu qazanıb. Bu baxımdan ən yaxşı göstərici 11 kubokla "Liverpul"a məxsusdu.
 
Bakı finalında meydana çıxan futbolçular 15 ölkənin nümayəndəsi olublar. Bu, avrokubokda rekordun təkrarlanması deməkdi. 2010-cu ildə "Atletiko" - "Fulhem", 2017-ci ildə isə "Ayaks" - "Mançester Yunayted" finalında 15 müxtəlif ölkənin üzvü meydana çıxıb.
 
Bundan başqa, "Çelsi"nin start heyətində ingilis futbolçunun olmaması diqqət çəkib. İlk dəfə 2010-cu ildə "İnter" final qarşılaşmasına yerli oyunçu olmadan çıxmışdı.
 
Premyer Liqada ilk "4-lüy"ə düşə bilməyən və AL-in finalında məğlub olan "Arsenal" ardıcıl 3-cü mövsümdə də Çempionlar Liqasından kənarda qalıb. "Topçular" yenə AL-dəki mübarizə ilə kifayətlənməli olacaqlar.
 
Finalda rəqibi 2 dəfə mərkəzə dəvət edən Hazard geridə qalan mövsüm bütün turnirlərdəki qol sayını 21-ə çatdırıb. Bu, belçikalının karyerasındakı ən yaxşı göstəricidi. O, 2014-15 mövsümündə vurduğu 19 qolluq göstəricini yaxşılaşdırıb.
 
"Çelsi"nin vingeri Pedro Rodriges tarixə düşüb. İspaniyalı həm Avropa Liqası, həm Çempionlar Liqasının finalında, həm də UEFA Superkubokunda qol vuran ilk futbolçu olub. 

 
tarix: 30-05-2019 11:31


 
Xəbər lenti
27.06.2019
26.06.2019

22:30  Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

19:45  “Neftçi”nin Rumıniya klubu ilə oyunu yarıda qaldı

18:33  İtaliya millisində baş məşqçi ayrılığı

18:00  “Messiyəm” dedi, 23 qadını aldadaraq…

17:30  “Sumqayıt”da ispan məşqçi - RƏSMİ

17:00  “Qəbələ”dən “Sabah”a – RƏSMİ

16:40  Paytaxt klubunda yeni təyinat

16:21  “Neftçili Yay” futbol düşərgəsi başa çatdı

16:00  “Qarabağ”ın rəqibi milli üzvü ilə gücləndi

15:40  “Neftçi”nin rəqibindən kubokda darmadağın

15:20  “Barselona”nın qapıçısı rəsmən “Valensiya”da

15:00  “Qəbələ”nin 3 yetirməsi “Şüvəlan”da

14:40  Aftandil Hacıyevdən darmadağına şərh

14:20  “Səbail”dən növbəti transfer - RƏSMİ

14:00  Çempionlar Liqasında yeni mövsümə start verildi

13:30  “Fənərbaxça”da ayrılıq

13:00  “Mançester Siti”dən Belçika klubuna - RƏSMİ

12:30  “Sent-Etyen”dən Super Liqa klubuna

12:02  “Mançester Siti”də ayrılıq

11:41  Kamerun qələbə, Qana heç-heçə ilə başladı

11:20  Azərbaycan klubu ispaniyalı məşqçi gətirdi

11:00  “Barselona” hücumçusunu satdı

10:30  FİFA-dan Türkiyə klubuna sərt cəza

10:00  “Barselona”dan “Everton”a - RƏSMİ

09:30  Azərbaycan çempionuna ÇL püşkü öncəsi şad xəbər

09:00  “Zalsburq”dan Super Liqa klubuna

00:27  Mirabdulla icarə müqaviləsi imzaladı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az