(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
Final matçı üçün “skybox” alveri

Final matçı üçün “skybox” alveri

Avropa Liqasının Bakı finalı bitdi. Ölkəmizin reklamı və müsbət imicinin nümayişi baxımından ideal fürsəti əla dəyərləndirdik. Dünyanın dörd bir yanından gələn qonaqlar rahatca paytaxt küşələrini gəzdi, bayram etdi, tariximizlə, mədəniyyətimizlə tanış oldu.
 
Amma bu şansdan şəxsi məqsədləri üçün istifadə edənlər də oldu. Final matçı biletlərini qara bazarda satıb, cibini dolduranlara rast gəlinirdi. Həm də bu, fərdi şəkildə deyil, qrup halında edildi.
 
“Çelsi” – “Arsenal” görüşü ərəfəsidə sosial şəbəkələrdə “skybox”ların satılması ilə bağlı xeyli elana rast gəldik. Bakı Olimpiya Stadionunun xüsusi tribunaları məhz bu şəkildə turistlərə paylandı. Araşdırdıqda bəlli oldu ki, 30-40 min qarşılığında öncədən əldə olunan “skybox”lar məhz bu şəkildə “əldən çıxarılıb”. 150, 160, hətta 200 min manata satılan “skybox” biletlərini təşkil edən də xüsusi qruplar idi.
 
AFFA-nın baş katibi ElxanMəmmədovun bibisi oğlu Ayaz Əhmədovun rəhbərlik etdiyi “Sport Marketing Group” belə biletlərin satışı ilə bağlı sosial şəbəkədə elanlar yerləşdirdi və tez də sildi. Bildiyimizə görə, bu yolla vasitəçilər onlara xeyli ərəb müştəri tapıb və bir neçə “skybox” dəyərindən qat-qat baha satılıb. Hətta yarım milyon təklif edənlər və arzusuna çatanlar olub.
 
Belə biletlərin satışıyla məşğul olan digər şəxs isə Əliağa Kürçaylı idi. Bakı Olimpiya Stadionunun direktoru Cavid Qarayevə məxsus olduğu deyilən “LEDAZ Events”in rəhbəri olan bu şəxs də müdirinin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinin meyvələrini toplayırdı. Finalın təşkili ilə bağlı bir çox məsələləri - işıqlandırma, reklam və s. – monopoliyasına alan şirkət “skybox” alverində də seçilirdi.
 
Fotosunu təqdim etdiyimiz elanın araşdırılması bizim işimiz deyil. Amma diqqətimizdədi, prosesi izləyəcəyik. Ölkə futbolunun inkişafına töhfə baxımından heç bir bacarığı olmayan bu şəxslər sadəcə, bizneslərini inkişaf etdirmək, ciblərini doldurmaq üşün futbola daraşıblar. Böyük yarışların, oyunların ölkəmizə həvalə edilməsi onların marağındadı. Təşkilati işlərin yoluna qoyulmasında tendersiz-filansız qalib gələn, sifarişlə, göstərişlə qazanclı layihələri ələ keçirən bu adamlar bilet satışından da gəlir əldə edir.
 
İndi bildinizmi bu səriştəsizlər yığını nəyə görə futboldan dördəlli yapışıb? Onlar mütərəqqi qüvvələri gözdən salmaq, kənarda saxlamaq üçün hər şey edirlər. Çünki bu insanlara futbol oynanması yox, futbolla oynanılması lazımdı.
 
Bakı Olimpiya Stadionunda müxtəlif tutumlu 127 “skybox” var. Və bunların xeyli hissəsi məhz adı çəkilən şəxslərin əlində olub. Və onlar da...
 
AĞA
 
 
 
 
Cavid Qarayev

 
tarix: 30-05-2019 13:15


 
Xəbər lenti
27.06.2019
26.06.2019

22:30  Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

19:45  “Neftçi”nin Rumıniya klubu ilə oyunu yarıda qaldı

18:33  İtaliya millisində baş məşqçi ayrılığı

18:00  “Messiyəm” dedi, 23 qadını aldadaraq…

17:30  “Sumqayıt”da ispan məşqçi - RƏSMİ

17:00  “Qəbələ”dən “Sabah”a – RƏSMİ

16:40  Paytaxt klubunda yeni təyinat

16:21  “Neftçili Yay” futbol düşərgəsi başa çatdı

16:00  “Qarabağ”ın rəqibi milli üzvü ilə gücləndi

15:40  “Neftçi”nin rəqibindən kubokda darmadağın

15:20  “Barselona”nın qapıçısı rəsmən “Valensiya”da

15:00  “Qəbələ”nin 3 yetirməsi “Şüvəlan”da

14:40  Aftandil Hacıyevdən darmadağına şərh

14:20  “Səbail”dən növbəti transfer - RƏSMİ

14:00  Çempionlar Liqasında yeni mövsümə start verildi

13:30  “Fənərbaxça”da ayrılıq

13:00  “Mançester Siti”dən Belçika klubuna - RƏSMİ

12:30  “Sent-Etyen”dən Super Liqa klubuna

12:02  “Mançester Siti”də ayrılıq

11:41  Kamerun qələbə, Qana heç-heçə ilə başladı

11:20  Azərbaycan klubu ispaniyalı məşqçi gətirdi

11:00  “Barselona” hücumçusunu satdı

10:30  FİFA-dan Türkiyə klubuna sərt cəza

10:00  “Barselona”dan “Everton”a - RƏSMİ

09:30  Azərbaycan çempionuna ÇL püşkü öncəsi şad xəbər

09:00  “Zalsburq”dan Super Liqa klubuna

00:27  Mirabdulla icarə müqaviləsi imzaladı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az