(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
PFL-də Avropa Futbol Liqalarının baş katibi ilə görüş

PFL-də Avropa Futbol Liqalarının baş katibi ilə görüş

Avropa Futbol Liqalarının baş katibi Georq Pranql Peşəkar Futbol Liqasında işgüzar səfərdə olub.

Futbolinfo.az xəbər verir ki, görüşdə avstriyalı Georq Pranql, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, baş direktor Məlik Həsənov, Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev və başqa əməkdaşlar iştirak ediblər. 

Tərəflər salamlaşdıqdan sonra bir-birinə hədiyyələr təqdim ediblər. PFL prezidenti Ramin Musayev qonağa milli xalça və dəqiqlik göstəricisi saat, Pranql isə Avropa Futbol Liqalarının atributunu təqdim edib. Bakı haqqında ilkin təəssüratlarını bölüşən baş katib şəhərimizi çox bəyəndiyini, buranın Monako və ya Parisdən fərqlənmədiyini dilə gətirib. 

Musayev isə öz növbəsində 2007-ci ildə “Neftçi”də çalışarkən Avstriyada təlim-məşq toplanışında olduğunu, elə həmin il də avrokuboklarda eyni ölkənin “Rid” komandası ilə qarşılaşdıqlarını və oradan xoş xatirələrlə ayrıldıqlarını qeyd edib. 

10 il Avstriya Professional Futbol Liqasının prezidenti olmuş, 5 ildi Avropa Futbol Liqalarında çalışan, ümumilikdə futbol sahəsində 30 illik təcrübəyə sahib olan Georq Pranql ölkəsinin Peşəkar Futbol Liqasının keçdiyi yoldan danışıb:

“2004-cü ildə, 12-13 nəfərlə hər şeyi sıfırdan başlamışıq. Əvvəllər çox çətin idi, pis təşkilatlanmışdıq, lazımi inventarlar çatışmırdı, ofisimiz belə yox idi. Stadionlardan birində kiçik otaq kirayələmişdik. Lakin, biz pillə-pillə inkişaf etməyə nail olduq. Hal-hazırda Avstriya Professional Futbol Liqasının (APFL) öz ofisi, 3-3.5 milyon dollarlıq büdcəsi var. Biz komandalara göstərdik ki, onların APFL-ə ödədikləri məbləğlər qurumun böyüməyi ilə yanaşı, maliyyənin sponsorlar vasitəsilə yenidən onlara qayıtmasına və özlərinin də faydalanmasına səbəb olur. APFL çempionatı yayımladığına görə telekanallardan gələn ümumi məbləğin 10 faizi, titul sponsorluğu, ölkənin rəsmi bukmeyker kontorunun ayırdığı pul hesabına maliyyələşir”.

Daha sonra avstriyalı slayd təqdimatlar edib. İlk təqdimat Avropa Futbol Liqaları haqqında ümumi məlumat xarakterli olub. Əsas məqsədlərdən birinin klublar arasında balansı qorumaq olduğunu bildirən qonaq 990 klubu əhatə edən qurumda 452 klubun büdcəsinin 0-10, 124 klubun 10-50, 47-sinin 50-100, 42 klubda 100-300 milyon avro aralığında, 12 klubda isə 300 milyon avrodan çox olduğunu nəzərə çatdırıb. 2017-ci ildə keçirilən Avropa Liqasının “Mançester Yunayted” – “Ayaks” finalını xatırladan Pranql, büdcə fərqlərinə görə mütəxəssislərin oyundan əvvəl 85% ehtimalla ingilisləri qalib təxmin etdiklərini və bu kimi faktların komandalar arasındakı ayrı-seçkiliyin hansı səviyyədə qabartdığını göstərib. O, futbolun “təxmin edilə bilməzliyə” ehtiyacı yarandığını diqqətə çatdırıb.

İkinci slayd daha çox UEFA-nın yeni qərarları, qarşıdakı illərdə keçiriləcək Avropa Liqası-2, klubların gəlirlərinin təmin edilməsi və artırılması kimi məsələləri əhatə edib. Onun fikrincə, yeni qərarlar ölkə çempionatlarının reytinqində 15-ci pillədən aşağıda olan ölkələrin klublarına maddi cəhətdən mənfi təsir edəcək. Avropa Futbol Liqasının qarşısında duran əsas prioritetlərdən birinin avrokuboklarda iştirak etməyən və ya az iştirak etmiş komandaların maliyyə gəlirlərinin azalmasının qarşısını almaq olduğunu bildirən baş katib, həmrəyliyi təmin etməyin vacibliyini vurğulayıb: 

“Təşkilat az büdcəli klublara gələn 7%-lik gəliri 20%-ə qaldırılmağına nail olmağa çalışır. Avrokuboklarda iştirak etməyən klublara 8.5%-lik gəlirin 7.3%-ə endirilməsi, UEFA-nın turnirlərinin televiziya gəlirlərinin artması fonunda klubların öz çempionatlarının yayımından gələn məbləğlərdə eniş yaşaması qəbuledilməzdi. Yeni yaranan turnir az gəlirli olacaq. Yüksək gəlirlər qazanmaq bütün klubların haqqıdı. Əks təqdirdə komandalar arasındakı büdcə fərqləri uçurum səviyyəsinə çatacaq. Avropa Liqası-2 çempionatı, yüksək maliyyə dayaqları olacağı halda qəbul edilə bilər”.

Sonda PFL prezidenti Ramin Musayev qonağa gəldiyinə və vacib məlumatları bölüşdüyünə görə minnətdarlıq edib. Qonaqpərvərliyə görə təşəkkürünü bildirən Avropa Futbol Liqalarının baş katibi Georq Pranql bundan sonra da qurumlar arasındakı əlaqələrin inkişaf edəcəyinə inandığını vurğulayıb.


 
tarix: 30-05-2019 14:10


 
Xəbər lenti
24.08.2019

01:52   “Sevilya” qalib gəldi, “Vilyarreal” uduzdu

00:58   “Aston Villa” “Everton”u məğlub yola saldı

00:48   “Qarabağ” - “Linfild” matçında rusiyalı hakimlər

00:25   “Borussiya”dan inamlı qələbə

23.08.2019

23:38  “Beşiktaş”dan darmadağın

22:43  Nazarov üçün 63 dəqiqə və 1 xal

21:03  Təbriz klubu yeni mövsümə qələbə ilə başladı

20:33  Dabo “Neftçi” azarkeşlərindən üzr istədi

18:44  “Turan Tovuz”la “Ağsu” yeni mövsümə qələbə ilə başladı

18:22  “Neftçi”nin futbolçusu Haiti yığmasına çağırıldı

17:41  Ozan Can rəsmən “Sabah”da

17:33  “Beşiktaş” – “Göztəpə” matçını buradan canlı izlə! - Azərbaycanda ilk dəfə

17:27  Larsson istefa verdi

16:47  “Mançester Yunayted”də itki

16:00  Yığmamızın heyətində dəyişiklik

15:30  Azərbaycanlı hakim ÇL-ə təyinat aldı

15:00  İngiltərə millisinin sabiq üzvü “Seltik”də

14:36  Premyer Liqada 2-ci tur rəqəmlərin gözü ilə

14:00  Meksika millisinin üzvü rəsmən “Napoli”də

13:32  Fernando Torres vida matçına çıxır

13:06  “Qəbələ” Kamal Mirzəyevin transferinin detallarını açıqladı

12:53  “Trabzonspor”un Yunanıstan zəfəri - VİDEO

12:00  “Qalatasaray”ın futbolçusu rəsmən İspaniya klubunda

11:39  Azərbaycanlı futbolçu rəsmən Küveyt klubunda

11:17  "Linfild"in müdafiəçisi Bakıda sürpriz istəyir

11:08  "Səbail"in legioneri üçün il bitdi

11:03  Nazarov “Ştutqart”a meydan oxudu

10:54  Qonşumuz dəyişdi

10:32  “Qarabağ”a qalib gəlmək inanılmazdı”

10:00  Kompani istefaya göndərildi

09:30  “Liverpul”da yeni müqavilə

09:12  “Real”ın futbolçusu digər La Liqa klubunda

09:00  "Tarixin ən yaxşı komandası" və yarıhəvəskarlar

01:57  Qurban Qurbanov: “Cavab matçında böyük şansımız var”

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az