(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Bakı darmadağının səbəbləri

Bakı darmadağının səbəbləri

Stadiondan 51 mindən çox azarkeşin izlədiyi Avropa Liqasının Bakı finalı tarixin yaddaşına köçdü. 

Azərbaycanı istəməyənlər, düşmən mövqeyindən çıxış edənlər, anti-təbliğat maşınını işə salanlar, tənqid edənlər, tərif söyləyənlər, emosional fikirlər... Hamısı oldu.

Finallara xas olmayan böyükhesablı nəticə qeydə alındı. Təşkilati, müxtəlif məsələlərlə bağlı çox rəylər səslənib, təkrarçılığa ehtiyac da yoxdur. "Çelsi" nəyin hesabına rəqibini darmadağın etdi, "Arsenal" niyə başıaşağı Londona qayıtdı!

Böyük futbolda xırdalıq olmur. Tələb olunan bütün komponentlərdə hazırlıq yüksək səviyyədə olmalıdır. Hər iki nəhəng klub bir-birinə layiq rəqiblərdir və hər biri kuboku qazanmaq iqtidarında idi. Komandaların maddi durumu, imkanı, heyəti baxımından kəskin səviyyə fərqi yoxdur.

Futbolda strategiya, planlaşdırma, konkret çempionata, turnirlərə hərtərəfli hazırlıq böyük əhəmiyyət daşıyır. Üstəgəl, mövsümün sonu, komandaların 60-dan çox rəsmi, gərgin qarşılaşmalarını nəzərə aldıqda, görünə biləcək hər xırda nüansın da təsir qüvvəsi yüksək olur.

Fiziki, psixoloji yorğunluq fonunda hər bir addım incəliyinə kimi tənzimlənməli, qələbə ruhunu qoruyub saxlamalıdır. "Arsenal"ın əfsanəsi Arsen Vengerin sözlərini xatırlatsaq, kifayət edər: "Müasir futbolda psixoloji hazırlıq ön plana çıxıb".

"Arsenal" finala hazırlıq planında müəllimlərinin bu fikirini unutdu. Müxtəlif bəhanələr, futboldankənar bəyanatlar, düşmən hiyləsinə aldanmaları oyunu unutdurmuşdu. Belə psixoloji yanaşma ilə 100% oyuna hazırlaşmaq, köklənmək mümkünsüzdür....

Əcaib olan o idi ki, rəqib də nəinki İngiltərəni, eyni şəhəri təmsil edirdi. Sadə dillə desək, onları bir-birindən Londonda elə bir tin ayırır. Yəni hər iki finalçı eyni şəraitdə, Bakıdan eyni uzaqlıqda yerləşir və Bakıya eyni məsafə qət edəcəkdi.

Yeganə fərqləri, komandaların birində əsrlərdi sağalmaz bir virusun olması idi. Kənardan çox əcaib görünürdü. Londonu təmsil edən iki böyük klubun biri özünü virusa yoluxmuş "küçə uşağı" kimi aparır, digəri isə özlərinə uyğun əsl zadəganlıqla rahat finala hazırlaşırdı.

Peşəkar futbolun əsas 4-5 mütləq faktorundan biri olan psixoloji hazırlıqda "Arsenal" Bakıya gəlməmiş artıq məğlub olmuşdu. Qonşu "Çelsi"nin təxribatlara uymayaraq təmkinli davranması, arsenalsız "topçu"ların çaşqınlığının fərqində olmasını göstərirdi...

Beyinlər yerində olmayanda səhv səhv dalınca gəlir. Psixoloji hazırlıqda tam məğlub olan "Arsenal" səfər proqramında da duruma uyğun bağışlanmaz addım atdı. Komanda paytaxtımıza 3 gün öncədən gəldi...

Böyük idman/futbolda saat qurşaqlarının idmançı/futbolçular üçün hansı mənfi fəsadlara səbəb olması elmi baxımdan çoxdan sübut olunub. Səfər edəcəyin ölkə nə qədər uzaqdırsa, saat fərqi çoxdursa, bir o qədər də təsiri çox olur.

Komanda/futbolçular yarışa gedərkən əsasən aşağıdakı səbəblərə görə təbii stres halına düşürlər:

- saat qurşağının dəyişməsi
- uzaq məsafəyə uçuş
- fərqli iqlimə düşməsi
- alışmadığı yaşayış mühiti
- qidalanmanın dəyişməsi
- məsul oyunöncəsi stres/gərginliyin artması.

Bakı və London arasında 3 saatlıq fərq var. Həddindən artıq çox olmasa da, futbolçu rejiminə mütləq təsir edir. Hətta qərbdən şərqə gediş daha mənfi təsirə malikdir. Belədə orqanizmdə təbii üsyan baş verir:

- halsızlıq
- konsentrasiyanın zəifləməsi
- motivasiyanın azalması
- psixoloji halın korlanması
- fiziki fəaliyyətin aşağı düşməsi
- qıcıqlanma hallarının çoxalması
- iştah/yeməyin korlanması
- yuxusuzluq və s...

Uzaq səfərlər və yuxarıda qeyd olunanlara görə ən mənfi stadiya səfərdə olduğun 4-7-ci günlər aralığında baş verir. Orqanizm keçmiş rejimdən yeni saata uyğunlaşmaq üçün ilk 3 gündə daxili enerjisini "xərcləyir" və ən zəif hala yetişir.

Təsəvvür edin, yüksək kateqoriyalı idmançı/futbolçu üçün bu nə deməkdir. "Arsenal" da 3 gün öncə Bakıya gələrək onsuz da psixoloji hazır olmayan futbolçuları tam olaraq üzdü, halsız vəziyyətə salıb finala çıxardı.

İkinci hissədə futbolçuların meydanda dözə bilməməsi, rəqibdən tam geri qalması açıq hiss olunurdu. "Arsenal"llıların üz cizgilərində bir əzab, yorğunluq, yuxusuzluq vardı. 3 gün ərzində Bakı rejiminə alışdırılan oyunçuların gecə yarısı meydanda olmağı yox, yatmaq vaxtı idi...

"Arsenal" kimi klubda funksional hazırlığa cavabdehlərin, tibb personalının sübut olunan elmi bilməməsi çətin görünür. Ən azından qəribədir. Klub olaraq finala hazırlığın düzgün aparılmaması düşərgədə bildiklərini də unutdurmuşdu...

"Çelsi" nə etdi? Oyuna bir gün qala Bakıya gələrək belə problemlər yaşamadı, minimum adaptasiya, enerji itkisiylə oyuna çıxdı. Meydanda hərtərəfli özlərinə inamı hər kəs gördü. Hesab daha biabırçı həddə çata bilərdi.

İnsan orqanizmində bədən funksiyalarına nəzarət edən təbii, bioloji, tənzimləyici "daxili saat" mövcuddur. Uzaq səfərlərdə, saat fərqi yarananda bədən üsyan edərək yeni vaxta uyğunlaşmağa çalışır. Belədə yeni şəraitdə futbolçuları fiziki, psixoloji yükləmək də doğru deyil.

"Çelsi" "s koroblya na bal", evdə planlı hazırlaşaraq futbolçuları lazımsız, ziyanlı adaptasiyadan qoruyaraq dərhal finala çıxarmış oldu. Belədə "daxili saat" hələ əvvəlki rejimdə çalışır, gücü qoruyub saxlaya bilir.

"Çelsi"li futbolçuların orqanizmi "Arsenal"dan fərqli dünən axşam özlərini saat 23.00-da yatmış halda oyunda hiss etmirdilər. Onlar üçün hələ London vaxtı, 20.00-idi. "Zadəganlar" mükəmməl psixoloji, funksional hazırlıqla "topçu"ları top atəşinə tutdular.

İstənilən komanda oyunöncəsi hazırlığı yaxşı keçirsə, futbolçular taktiki tapşırıqları, fərdi keyfiyyətlərini də meydanda istədikləri kimi göstərə bilirlər.

Böyük futbol elmdir. "Çelsi" də Avroliqa finalında möhtəşəm qələbə ilə yanaşı qarşılaşmaya hazırlıq mərhələsində daha elmli olmaqlarını da sübuta yetirmiş oldular.

Azərbaycanda belə mötəbər matçların keçirilməsi gözəldir. Bütün dünyadan minlərlə insan Bakıya axışdı. Düşmənlər, istəməyənlər hər zaman olsa da, Azərbaycanın gələcəyi üçün lazımlı addımlardır.

Futbol bir daha öz qüvvəsini sübut etmiş oldu. Stadionda yetərincə azarkeş olsa da, anşlaq olmadı. Biletlərin qiymətlərini UEFA müəyyən edir. Təbii, yaşayış səviyyəsinə uyğun yerli futbolsevərlər üçün baha idi. 5-10 min yerin boş qalmasının əsas səbəbi bu deyildi. Belə olsaydı, tribunalarda maksimum 25-30 min azarkeş olardı.

Əsas səbəb ölkədə futbola olan münasibətdi. İnsanların Azərbaycan futboluna inamı azalıb. Hətta Avroliqa kimi möhtəşəm final "pokazuxa" kimi qarşılanır. Bu tipli tədbirlər ölkədə, bölgələrdə futbolun inkişafı ilə paralel aparılmalıdır. Belə olarsa, inam da geri qayıdar.

Qarşıdan daha mötəbər yarış, AÇ-2020 gəlir. Tribunaların tam dolması, futbola inamın qayıtması üçün əsaslı islahatlar mütləqdir.

Futbolda dönüşün yaradılması üçün Azərbaycanda hər bir şərait var...

Tahir Süleymanov


 
tarix: 30-05-2019 18:23


 
Xəbər lenti
24.08.2019

01:52   “Sevilya” qalib gəldi, “Vilyarreal” uduzdu

00:58   “Aston Villa” “Everton”u məğlub yola saldı

00:48   “Qarabağ” - “Linfild” matçında rusiyalı hakimlər

00:25   “Borussiya”dan inamlı qələbə

23.08.2019

23:38  “Beşiktaş”dan darmadağın

22:43  Nazarov üçün 63 dəqiqə və 1 xal

21:03  Təbriz klubu yeni mövsümə qələbə ilə başladı

20:33  Dabo “Neftçi” azarkeşlərindən üzr istədi

18:44  “Turan Tovuz”la “Ağsu” yeni mövsümə qələbə ilə başladı

18:22  “Neftçi”nin futbolçusu Haiti yığmasına çağırıldı

17:41  Ozan Can rəsmən “Sabah”da

17:33  “Beşiktaş” – “Göztəpə” matçını buradan canlı izlə! - Azərbaycanda ilk dəfə

17:27  Larsson istefa verdi

16:47  “Mançester Yunayted”də itki

16:00  Yığmamızın heyətində dəyişiklik

15:30  Azərbaycanlı hakim ÇL-ə təyinat aldı

15:00  İngiltərə millisinin sabiq üzvü “Seltik”də

14:36  Premyer Liqada 2-ci tur rəqəmlərin gözü ilə

14:00  Meksika millisinin üzvü rəsmən “Napoli”də

13:32  Fernando Torres vida matçına çıxır

13:06  “Qəbələ” Kamal Mirzəyevin transferinin detallarını açıqladı

12:53  “Trabzonspor”un Yunanıstan zəfəri - VİDEO

12:00  “Qalatasaray”ın futbolçusu rəsmən İspaniya klubunda

11:39  Azərbaycanlı futbolçu rəsmən Küveyt klubunda

11:17  "Linfild"in müdafiəçisi Bakıda sürpriz istəyir

11:08  "Səbail"in legioneri üçün il bitdi

11:03  Nazarov “Ştutqart”a meydan oxudu

10:54  Qonşumuz dəyişdi

10:32  “Qarabağ”a qalib gəlmək inanılmazdı”

10:00  Kompani istefaya göndərildi

09:30  “Liverpul”da yeni müqavilə

09:12  “Real”ın futbolçusu digər La Liqa klubunda

09:00  "Tarixin ən yaxşı komandası" və yarıhəvəskarlar

01:57  Qurban Qurbanov: “Cavab matçında böyük şansımız var”

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az