(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
“Karyeramı “Real”da başa vurmaq istəyirəm” - Kapitandan təkzib

“Karyeramı “Real”da başa vurmaq istəyirəm” - Kapitandan təkzib

Futbol üzrə İspaniya yığmasının kapitanı Serxio Ramos son günlər Madrid “Real”ını tərk edəcəyi barədə yayılan xəbərlərə münasibət bildirib.

Futbolinfo.az xəbər verir ki, təcrübəli futbolçu Çin klubundan sərfəli təklif aldığı və bu üzdən də “Real”dan ayrılmaq istədiyi barədə iddialarla bağlı təşkil etdiyi mətbuat konfransında hər şeyi təkzib edib.

33 yaşlı futbolçu karyerasını Madrid təmsilçisində başa vurmaq istədiyi bəyan edib:

“15 gün sonra toyum olacaq. Belə bir ərəfədə rahat olmaq istəyirəm. Bu üzdən də gələcəyimlə bağlı sizinlə səmimi danışacam. Heç vaxt klub rəhbərliyi ilə aramda böyük bir problem olmayıb. Müqaviləmin sonunadək komandada qalmaq istəyirəm. Ayrılacağım gün çatanda da böyük qapıdan çıxmaq istəyirəm. Klubun ən çox qazanan futbolçusuyam? “Real”da pulsuz da oynayaram. Pul, ən kiçik problemdi. Klub prezidenti ilə də ötən gün söhbətimiz oldu və bu məsələni yoluna qoyduq. Çin klubundan təklif gəlsə də, bu, mənim planlaşdırdığım bir məsələ deyildi. Bu barədə həqiqəti əks etdirməyən xəbərlər yayılmaqdadı. Artıq bəsdi. Toyumdan 15 gün öncə vəziyyəti düzəltmək istədim. Toyumda Florentino Pereslə qucaqlaşacağam. Mən beləyəm. Nəsə yolunda getməsə, danışaram və yoluna qoyaram. “Real”la müqaviləmin müddəti 2021-ci ilin yayına qədərdi. Fiziki olaraq özümü yaxşı hiss edirəm. Karyeramı məhz burada başa vurmaq istəyirəm”.


 
tarix: 31-05-2019 09:30


 
Xəbər lenti
26.08.2019

01:32   “Qalatasaray” xal itirdi

01:22   “Barselona” ilk qələbəsini darmadağınla qazandı

01:11   PSJ-dən darmadağın

00:58   “Milan”dan ilk oyunda məğlubiyyət

00:05   “Qarabağ” - “Qəbələ” 3:0 - VİDEO

25.08.2019

23:51  Sənan Qurbanov: “Getmək mənim üçün problem deyil”

23:34  Qurban Qurbanov: “Yeni yarımmüdafiəçi axtarışındayıq”

23:10  “Volfsburq”dan darmadağın

22:53  “Qarabağ”dan darmadağın, “Keşlə”dən qələbə

22:29  “Mançester Siti” qalib gəldi, “Tottenhem” uduzdu

22:07  “Keşlə”yə 1 qol bəs etdi - VİDEO

21:59  Elşad Əhmədov: “Bu səhvləri təkrarlamamalıyıq”

21:57  Tərlan Əhmədov: “Onun bilərəkdən vərəqə aldığını düşünmürəm”

19:53  Turabov Super Liqada debüt etdi

19:19  “Volfsburq”un forvardı Super Liqa klubunda

18:35  Millimizin üzvü darmadağını kənardan izlədi

17:47  Premyer Liqada rekord təkrarlandı

17:37  Tanınmış futbolçu karyerasını başa vurdu

16:56  Argentinalı hücumçu Super Liqa klubunda

16:24  “Fənərbaxça” Reyeslə vidalaşdı, Ramini alır - RƏSMİ

15:38  Türkiyə millisinin üzvü ilə 5 illik müqavilə

14:31  İkardinin yeni forma nömrəsi bilindi

13:54  Qana millisinin üzvü Super Liqa klubunda

13:21  “Fənərbaxça” 6 mövsüm sonra

13:05  Dadaşov debüt etdi, yeni komandası ilk xalını qazandı

12:10  “Qarabağ”ın 200 minlik təklifini qəbul etmədilər

11:53  “Qarabağ” bizim qanımızı içmək istəyəcək”

11:30  Əsgərov ehtiyatda qaldı, “Liepaya” uduzdu

10:44  "Neftçi"nin məşqçisi təltif olundu

10:32  Mamadu Mbodj: “Yenilik olsa, biləcəksiz”

10:25  “Sabah”la “Keşlə”nin 5-ci dueli

10:08  “Qəbələ”nin “Qarabağ”la 54-cü qarşılaşması

09:43  Paşayev ehtiyatda qaldı, komandası darmadağına üzüldü

09:21  Əhmədov oyunu gözləyir: “Daha istəkli olmalıyıq”

09:12  “Beşiktaş” Kuaresmanı transferə çıxardı - RƏSMİ

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az