(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
“Sumqayıt”ın oyunçusunu Rusiyada təriflədilər

“Sumqayıt”ın oyunçusunu Rusiyada təriflədilər

"Birvaxtlar komandamızda 1993-1995-ci il təvəllüdlülərdən ibarət çox istedadlı futbolçu qrupumuz var idi. Onlardan biri də Azərbaycana üz tutan və daha yüksək səviyyədə çıxış edən Aleksey İsayevdi" - bunu "Yenisey"in əvəzedici komandasının baş məşqçisi Aleksandr Alekseyev deyib.
 
Geridə qalan mövsüm sonuncu yeri tutaraq Premyer Liqanı tərk edən klubun gənclərdən ibarət komandasını çalışdıran Alekseyev Rusiya mətbuatına müsahibəsində bir çox məqamlara toxunub. Krasnoyarskın yetişdirdiyi istedadlı futbolçulardan bəhs edən çalışdırıcı "Sumqayıt"ın yarımmüdafiəçisi Aleksey İsayev haqda xüsusi danışıb. O, milli komandamızın üzvünü izlədiyini bildirib: "Krasnoyarsk həmişə yaxşı oyunçular yetişdirir. İsayev isə istedadlı olmaqla yanaşı, həm də futbola böyük sevgi bəsləyən biridi. O, toplanış oldu-olmadı, daim öz üzərində çalışır. Buna görə də Alekseydə inkişaf baş verdi və o, artıq Azərbaycan millisi səviyyəsinə yüksəldi. Oyunlarını izləyirəm, hərdən danışırıq. "Sumqayıt"da uğurlu çıxış edir, komandanın hücumlarının qurulmasında əsas rolu oynayır. Aleksey peşəkar cəhətdən işini çox yaxşı görür".
 
Qeyd edək ki, Alekse İsayev ötən ilin yayından "Sumqayıt"da çıxış edir.

 
tarix: 01-06-2019 12:38


 
Xəbər lenti
27.06.2019
26.06.2019

22:30  Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

19:45  “Neftçi”nin Rumıniya klubu ilə oyunu yarıda qaldı

18:33  İtaliya millisində baş məşqçi ayrılığı

18:00  “Messiyəm” dedi, 23 qadını aldadaraq…

17:30  “Sumqayıt”da ispan məşqçi - RƏSMİ

17:00  “Qəbələ”dən “Sabah”a – RƏSMİ

16:40  Paytaxt klubunda yeni təyinat

16:21  “Neftçili Yay” futbol düşərgəsi başa çatdı

16:00  “Qarabağ”ın rəqibi milli üzvü ilə gücləndi

15:40  “Neftçi”nin rəqibindən kubokda darmadağın

15:20  “Barselona”nın qapıçısı rəsmən “Valensiya”da

15:00  “Qəbələ”nin 3 yetirməsi “Şüvəlan”da

14:40  Aftandil Hacıyevdən darmadağına şərh

14:20  “Səbail”dən növbəti transfer - RƏSMİ

14:00  Çempionlar Liqasında yeni mövsümə start verildi

13:30  “Fənərbaxça”da ayrılıq

13:00  “Mançester Siti”dən Belçika klubuna - RƏSMİ

12:30  “Sent-Etyen”dən Super Liqa klubuna

12:02  “Mançester Siti”də ayrılıq

11:41  Kamerun qələbə, Qana heç-heçə ilə başladı

11:20  Azərbaycan klubu ispaniyalı məşqçi gətirdi

11:00  “Barselona” hücumçusunu satdı

10:30  FİFA-dan Türkiyə klubuna sərt cəza

10:00  “Barselona”dan “Everton”a - RƏSMİ

09:30  Azərbaycan çempionuna ÇL püşkü öncəsi şad xəbər

09:00  “Zalsburq”dan Super Liqa klubuna

00:27  Mirabdulla icarə müqaviləsi imzaladı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az