(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

“6 finalda uduzmağın günahkarı mən deyiləm”

“6 finalda uduzmağın günahkarı mən deyiləm”

"Liverpul"un baş məşqçisi Yurgen Klopp UEFA Çempionlar Liqasının finalında "Tottenhem"lə qarşılaşacaqları oyundan öncə mətbuat konfransında fikirlərini bölüşüb. Alman mütəxəssis baş məşqçisi olduğu komandalarda ardıcıl 6 final görüşündə uduzmasından danışıb: "Finalda favorit olmur, bu, fərqli oyun olur. Əvvəlki finallarım fərqli olub. Hər zaman həlledici oyunlara fərqli heyət və şərtlə getmişəm. Rəqiblər də bizdən fərqli olub. Ardıcıl altı finalda uduzmağın səbəkarı mən olsaydım, həqiqətən də narahat olmalı məqamdır. Əgər belə deyilsə, deməli, bizim həmişə şansımız var. Ötən ildən tam fərqli komandayıq. 2012-2017-ci illərdə final oynamışam. Bəzilərinə şansla gəldik. Son 7 ildə yarım finalların kralıyam. Bununla bağlı bir kitab yazsaydım, böyük ehtimalla, alan olmayacaqdı. Mən də normal insanam. Otağımda oturub hər şeyin mənə məxsus olduğunu və ya özümü uduzan insan kimi düşünə bilmərəm. Hamının problemləri olur. Bəxtsiz adam olduğumu düşünmürəm. Finallarda oynadım, heç vaxt şans gətirmədi və bunu dəyişdirə bilmərəm. Hələ karyeramın sonu deyil, bir neçə il qalıb. Daha yaxşı və ya daha da pis ola bilərdi. Vəziyyətdən razıyam".
 
Klopp ötən mövsüm ÇL-in finalında Madrid "Real"ın uduzduqları oyunu xatırlayıb: "Kiyevdə başverənlərin özümüzü yaxşılaşdırmaq üçün fürsət olduğunu düşünürəm. Həmin oyunda normal olmayan üç qol buraxdıq. Həmin oyundan sonra çox çalışdıq və komanda şəklində gücləndik. Ancaq dürüst olmaq lazımdırsa, həmin matçdan çox şey öyrənmədik".
 
"Qırmızılar"ın çalışdırıcısı finalda favorit olmadıqlarını deyib: "Premyer Liqadakı xallara görə favorit olduğumuzu söyləyənlər ola bilər. Ancaq mən belə düşünmürəm. "Tottenhem"ə son matçda 2:1 hesabı ilə qalib gəldik. Ancaq qələbə qolu sıradan idi. Bu matçda şanslar bərabərdir".
 
Final görüşü bu gün İspaniyanın Madrid şəhərində baş tutacaq. İngiltərə klublarının dueli Bakı vaxtı ilə 23:00-da başlayacaq.

 
tarix: 01-06-2019 12:45


 
Xəbər lenti
12.12.2019

02:50   “Qarabağ” “Düdelanj”a qarşı - YENİLƏNİR

02:00   ÇL-də qrup mərhələsinə yekun vuruldu

11.12.2019

21:44  “Napoli” yeni baş məşqçisini rəsmən açıqladı

19:52  Conatan Juber: “Sabah bunun öhdəsindən gələcəyik”

18:00  “Barselona” bunu ardıcıl 3 mövsümdü bacarır

17:39  4 qol buraxan qapıçı ÇL-də rekordçu oldu

17:14  Çempionlar Liqasında eşşək pankartı - FOTO

16:53  Cabir İbrahimov: “Versin məhkəməyə, hər şeyi sənədlərlə sübut edim”

16:37  Azərbaycanlı futbolçu 2 qol vurdu, komandası…

16:07  Lippertlə veteranlara münasibətdəki fərq

15:58  Bir həftədə 7-ci ayrılıq

15:33  Mourinyo onları Almaniyaya aparmadı

15:00  AFFA-dan beş komandaya texniki məğlubiyyət

14:20  Bakıda FİFA-nın təcrübə mübadiləsi seminarı

14:00  “Əsl azarkeşlər bizə dəstək verməlidilər” - Maksim Medvedev

13:50  AFFA-dan baş məşqçiyə 5 oyunluq cəza

13:40  Qurban Qurbanov: “Turniri qələbə ilə başa vurmaq istəyirik”

13:30  “Qəbələ”nin futbolçusuna 4 oyunluq cəza

13:23  Şəxsi karyera üçün düşünülmüş mükafat

13:17  “Benfika” “Zenit”i qrup sonuncusu etdi - VİDEO

13:10  “Zirə” əsasnaməni pozduğuna görə cərimə olundu

13:00  Sampaoli istefaya göndərildi

12:40  “Liverpul” inamlı qələbə ilə pley-offda - VİDEO

12:20  Özbəkistan millisinin üzvü rəsmən “Keşlə”də

12:00  “Barselona” “İnter”i pley-offa buraxmadı - VİDEO

11:42  “Barselona”nın futbolçusu ÇL-in tarixinə düşdü

11:21  “Napoli” Ançelottini qovdu

11:00  Premyer Liqa klubu baş məşqçisini qovur

10:30  Bakıda məyus olan Knup: “Türkiyə ilə oyunumuz səfər matçı kimi olacaq”

10:00  “Liverpul” bunu 11 il sonra bacardı

09:30  Fransa yığmasında Deşamla yeni müqavilə

09:00  UEFA-dan gələn pullar: ilk qanunsuzluğu AFFA özü reallaşdırıb

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az