(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
“Neftçi” “Səbail”dən şikayət edə bilər

“Neftçi” “Səbail”dən şikayət edə bilər

Məhəmməd Mirzəbəyov, Petru Raku və Qoran Paratski ilə vidalaşan “Neftçi” yeni oyunçularıyla bağlı hər hansı addım atmayıb. Bir çox oyunçunun adı bakılılarla yanaşı hallansa da, hələlik real nəticə yoxdu.
 
Lakin “ağ-qaralar” narahat deyil. Avrokuboklarda yeni mövsümün startına xeyli vaxt var və klub rəhbərliyi tələsmək niyyətində deyil. Transferləri xüsusi titizliklə seçən bakılılar səhv etməməyə çalışır.
 
Heyəti qorumaqla məşğul olan “Neftçi” Səlahət Ağayevin düşərgədə qalmasına nail oldu. İndi isə Mirabdulla Abbasovun məsələsi həll olunur. “Səbail”ə can atan hücumçunun daha bir illik müqaviləsi var və gedişi mümkünsüzdü. Düzdü, anlaşmada Mirabdullanın sərbəst qalması üçün ödənilməsi gərəkən məbləğ qeyd olunub. Belə ki, 100 manat ödəyən klub futbolçunu trnsfer edə bilər. Lakin bunun üçün də son söz “Neftçi”nindi və klub razılıq verməlidi.
 
Aparıcı yerli oyunçuların qıt olduğu bir vaxtda bakılıların Abbasovu itirməsi yerinə düşməz. “Neftçi” də hücumçusunu saxlamağa cəhd edir. Hətta “Səbail”dən AFFA-ya şikayət edilməsi də mümkündü. Onlar müqaviləli oyunçuya klubundan xəbərsiz təklif göndəriblər və bunu etiraf ediblər. Bu isə doğru addım deyil. Məsələ ciddiləşsə və “Səbail” israrını davam etdirsə, “Neftçi” məsələni hüquqi müstəvidə həll etməyə çalışacaq.
 
Əslində, Abbasovun daha çox maaş dalınca, həm də daim oynayacağı yerə qaçmaq istəməsi gözləniləndi. Amma daim çempionluq üçün yarışan kollektivi dünənin komandasına dəyişmək arzusu ağılsızlıq, geriyə addımdı. Mirabdulla qalıb özünü sübut etmək istəsə, daha yaxşı olar. Çünki “Səbail”də böyük perspektiv yoxdu və hücumçunun 1-2 ildən sonra olan-qalan istedadının da üstündən xətt çəkiləcək.
 
Düzdü, bəlkə də Abbasov indiki komandasında lazımi qədər şans qazanmır, baş məşqçidən incikdi. Lakin bunun üçün qaçmaq yox, bir az da çox çalışmaq lazımdı. Ötən mövsüm göstərdi ki, Mirabdullanın da qüsurları çoxdu və heç də həmişə ümidləri doğrultmur. Küsmək, tənbəllik etmək ona uğur gətirməyəcək.
 
“Neftçi”nin heyətinə qatmaq istədiyi Stiven Monroz və Vojislav Stankoviç isə tezliklə rəsmi anlaşmaya imza atacaq. “Qəbələ”dən ayrılan bu legionerlərin keçidinə əngəl qalmayıb. Yəqin ki, qarşıdakı həftədə onların təqdimatı reallaşacaq. Daha sonra bakılılar yeni futbolçuların transferləri ilə məşğul olacaq.

 
tarix: 01-06-2019 13:25


 
Xəbər lenti
16.06.2019

10:45   Tocuz və Gəncə: bölgə fanatları da Elxan Məmmədovun yalanlarından bezib

10:30   Serb hücumçu Bundesliqa klubunda

09:31   Super Liqa klubunda bir transfer, iki ayrılıq

00:24   Emil Balayev oynadı, “Tobol” qalib gəldi - VİDEO

15.06.2019

23:29  Ukrayna dünya çempionu oldu

22:28  Millimizdən heç-heçə

22:11  “Səbail”dən daha 2 transfer - RƏSMİ

22:00  “Qəbələ” Polşa klubuna qalib gəldi, “Mançester Yunayted”ə uduzdu

21:31  “Neftçi”nin Türkiyə toplanışı başladı

21:05  “Qəbələ”dən növbəti transfer

19:30  “Qarabağ” “Səbail”ə qalib gəldi

19:00  Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

18:31  Yunanıstan millisinin forvardı Super Liqa klubunda

18:00  “Qəbələ”dən ilk transfer - RƏSMİ

17:44  “Qəbələ” Türkiyədə Ukrayna klubu qarşılaşacaq

17:00  “Fənərbaxça”dan ilk transfer

15:21  İtaliya klubu baş məşqçiylə vidalaşdı

14:17  Baş məşqçisindən Ramil Şeydayevlə bağlı transfer açıqlaması

13:40  Ponomaryovla B planı

13:19  İtaliya klubu baş məşqçi ilə bağlı qərarını açıqladı

12:54  “Neftçi” Türkiyəyə getdi

12:04  Braziliya Amerika Kubokuna qələbə ilə başladı

11:58  Bezotosnı “Keşlə”yə keçmədi

11:52  “Səbail” “Zirə”nin daha bir “sabiq”ini istəyir

11:45  Tanışlarla güclənən “Neftçi”

10:55  Çeferin ingilisləri tənqid etdi: "Londonda Azərbaycanın iki komandası oynasaydı..."

10:24  Leonardo yenidən PSJ-də

10:12  La Liqada klubunu dəyişdi

10:00  “Udineze”dən Super Liqa klubuna

09:47  PSJ yetirməsini 15 milyon avroya satdı

09:32  Superkubok matçının vaxtı və yeri açıqlandı

09:00  “Portu”nun futbolçusu Super Liqa klubunda

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az