(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Yurçeviç: “Onun durumunu eşidəndə mənim üçün şok oldu”

Yurçeviç: “Onun durumunu eşidəndə mənim üçün şok oldu”

Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviç yoxlama oyununda U-21 komandasını 3:0 hesabı ilə məğlub etdiləri görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb. 

Futbolinfo.az həmin müsahibəni təqdim edir...

- Oyun barədə fikirləriniz necədir?
- Ümumi götürsək, yaxşı oyun alındı. Həm gənclərdən ibarət yığma komandamızın oyunçuları özlərini yaxşı tərəfdən göstərdi, onların oyunlarını bəyəndim, həm də əsas milli komandanın oyunu pis deyildi. Bu görüş bizim üçün məğz etibarı ilə məşqi əvəz edən oyun idi. Bu matça baxıb gələcək üçün nələrsə düşünmək olar. Oyundan razı qaldım.

- Renat Dadaşov bu gün meydanda idi. Onunla bağlı fikirlərinizi necədir?
- Təxminən bir həftədir ki, bizimlə birgə məşq edir, məçqlərdə özünü yaxşı tərəfdən göstərir, deyə bilmərəm ki, bu onun gələcəkdəki oyunlar üçün heyətdə olmasına nə qədər bəs edəcək, hər halda qətiyyətlə qeyd edə bilərəm ki, Renat milli komanda üçün maraqlı və potensialı olan futbolçudur. Ondan gələcəkdə nəsə gözləyirik.

- Rüfət Dadşov ikinci hissədə meydana daxil oldu, amma sonradan yenə əvəzləndi, bu nə ilə bağlı idi?
- Heyətdə olan futbolçularımızın hamısı oynadı. Ola bilər kimsə daha çox, kimsə daha az oyun vaxtı əldə etdi. Söhbət sırf Rüfətdən gedirsə, bizdə mərkəz hücumçu mövqeyində oynamalı olan 3 futbolçu var. Həmin 3 futbolçunu razılaşmışdırmışdıq ki, onların hamısı oyun vaxtı əldə etsin. Bunu əvvəlcədən planlaşdırmışdıq. Bir mövqedə 3 futbolçu oynayırsa, onları öz aralarında bölüşdürüb oyuna buraxdım. Burada narazılıqdan söhbət gedə bilməz.

- Macarıstan və Slovakiya ilə oyunlar üçün müdafiə xəttinin mərkəzində hansı futbolçuların oynayacığını dəqiqləşdirmisinizmi?
- Deyə bilərəm ki, futbolçular arasında ciddi fərqlər yoxdur. Hər birinin üstün cəhətləri var. Hələ ki, kimin oynayacağını müəyyən etməmişəm. Düşünürəm ki, qarşıdakı günlərdə futbolçular bunu bizə göstərəcək.

- Ramil Şeydayev, Emil Balayev və Pavel Paşayevin komandaya gec qoşulmağı və Edi İsrafilovun olmamağı komandanın planına necə təsir edəcək?
- Yaxşı hal deyil ki, Emil Balayev, Pavel Paşayev və Ramil Şeydayev bizə bir qədər gec qoşulacaq və bizimlə cəmi 3-4 məşqdə iştirak edə biləcəklər. Eddi İsrafilovun durumunu eşidəndə mənim üçün şok oldu. O, özünü Xorvatiya və Litva ilə oyunlarda yaxşı tərəfdən göstərdi. Eddi fiziki gpstəricilərinə görə meydanın mərkəzində bizim üçün əsas oyunçulardan biri idi. Amma o, yoxdursa, digər oyunçular üçün şansdır. Bizə gec qoşulacaq futbolçuların daha tez düşərgəyə gəlməsini istəyərdik, amma bu alınmırsa, vəziyyətlə barışmalıyıq. (Report)


 
tarix: 01-06-2019 22:04


 
Xəbər lenti
14.11.2019

22:52   Lippi Suriyaya məğlubiyyətə görə istefa verdi

22:32   Anrinin yeni iş yeri bəlli oldu

21:42   Super Liqa klubunda xorvat baş məşqçi

20:35   “Heyəti müəyyənləşdirərkən oyunçuların hansı klubdan olmasına baxmıram”

20:21   “Azərbaycan yığmasıyla heç-heçə edə bilərdik”

19:55   Millimiz Lixtenşteynə qalib gəldi

18:50   “Qarabağ”ın futbolçusu millidə fərdi məşq etdi

18:25   Şkriniar: "Azərbaycanla matça daha ümidli çıxacağıq"

18:00   “Azərbaycan fəth edilməlidi”

17:40   “Xəyallarımızı gerçəkləşdirə bilərik” - slovakiyalı hücumçu

17:19   Arda Turanla bağlı qərar verildi

16:59   “Neftçi” “Qəbələ” ilə oyunun hazırlığına başladı

16:35   Prosineçki Beqoviçə cavab verdi

16:17   “Neftçi”də qvineyalı futbolçu

15:53   “Bu ölkələrin siyasi səhnəsində vicdanlı insanlar yoxdu”

15:13   Yenə Levandovski

14:46   Millidə üsyan - Yoxlama oyununa çıxmaqdan imtina etdilər

14:12   Oktyabrın ən yaxşısı PSJ-li oldu

13:55   Baş məşqçini yıxan kapitana 7 oyunluq cəza

13:51   Seçki Konfransının vaxtını İK müəyyən edəcək

13:26   Hamşik Azərbaycanla oyunu səbirsizliklə gözləyir

12:51   İsrafilov Slovakiya ilə oyuna gələcəkmi?

12:43   ABŞ millisinin üzvü rəsmən “Borussiya”da

12:16   İbrahimoviçin ABŞ karyerası başa çatdı

11:53   UEFA “Qarabağ”ın hesabına pul köçürdü

11:30   “Azərbaycan millisinə hörmətlə yanaşacağıq”

11:00   Komanda yoldaşı ilə zarafata görə 1 oyunluq cəza

10:30   İngiltərə yığması üçün tarixi matç

10:12   Vengerin yeni iş yeri bəlli oldu

09:51   Milli faciə davam edir: bu dəfə 1:6 ilə

09:30   Kamran Əliyevli “Ximki” yenə uduzdu

09:00   Musayevin püşk atmaqlığı

13.11.2019

23:42  “Penaltidən sonra oyunun gedişi rəqibin lehinə dəyişdi”

22:06  “Qarabağ” rəsmisinə ECA-da daha bir etimad

20:46  Türkiyə millisində ciddi itki

19:03  Millimiz Yunanıstana biabırçı hesabla məğlub oldu

18:20  “Milan”dan ayrıldı, karyerasını başa vurdu

18:00  Ramin Musayev: “Komanda sayının azlığı bizdən asılı məsələ deyil”

17:40  AÇ-2020 üçün yeni sponsor – 21 illik əməkdaşlığa son qoyuldu

17:21  AFFA Həmkarlar İttifaqı Masallıda da təşkilat yaratdı

17:00  Modriç mükafatlandırıldı

16:41  “Atletiko”nun futbolçusu 9 ay sonra qayıtdı

16:20  “Qazaxıstan, Azərbaycan və ya Farer adalarına uçmaq istəyim yoxdu”

16:00  PSJ “Le Man”a, “Monako” “Lill”ə rəqib oldu

15:47  9 kluba texniki məğlubiyyət, hakimi vuran məşqçiyə 10 oyunluq cəza

15:32  “Fənərbaxça”nın sabiq baş məşqçisinə həbs cəzası

15:16  Azərbaycan kubokunun püşkü atıldı

15:00  Azərbaycan - Uels matçı Deniz Aytekinə tapşırıldı

14:45  Dadaş Dadaşlinski Elxan Məmmədovdan əl çəkmir - VİDEO

14:30  Divizion klublarının da cəzası açıqlandı

14:15  AFFA 4 klubu 800 manat cərimə etdi

14:00  “Azərbaycanla oyunda qələbə qazanmasaq…”

13:41  Nazirdən “Düdelanj” – “Qarabağ” oyunundakı təxribatla bağlı açıqlama

13:20  “Aston Villa”nın futbolçusu millimizə qarşı oynamayacaq

13:00  David Vilya karyerasını başa vurur

12:40  Emil Balayev mövsümün rəmzi komandasında

12:21  Millimiz Yunanıstana qarşı

12:01  Asim Xudiyevə beynəlxalq təyinat

11:40  Azərbaycan - Uels: Mətbuat konfranslarının vaxtı bilindi

11:34  Dani möcüzə gözləyir: “Buna inanmasaq, elə Bakıda qalarıq”

11:21  Misir yığmasında Salah şoku

11:00  Maldini “Milan”la müqavilə imzaladı

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az