(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
“Sumqayıt” qabıq dəyişir: hədəf kiçildi, büdcə böyümədi

“Sumqayıt” qabıq dəyişir: hədəf kiçildi, büdcə böyümədi

“Sumqayıt”da sular durulur. Baş məşqçi Ayxan Abbasovun rəhbərliklə anlaşıb, qalmağa qərar verməsi ilə klubda işlər yoluna düşür. Amma…
 
…“Sumqayıt” yenə də Premyer Liqanın ən az büdcəli klubu olacaq. Daha çox menecer kimi tanıdığımız qondarma prezident Riad Rəfiyevin sponsorları inandırmağa gücü çatmayıb. Minimal şərtlərlə ölkə kubokunun finalına yüksələn, elitada qalmağı bacaran “Sumqayıt”a ötən mövsümdəkindən çox büdcə ayrılmayacaq.
 
Bu, Rəfiyevə etimadsızlıqdan irəli gələn addımdı. “Keşlə”, “Səbail” kimi klublara 5-6 milyon manat ayırmağı lazım bilən AFFA (sponsor adları fərli ola bilər, lakin pulun haradan gəldiyi hamıya aydındı – red.) paytaxtda oynamayan iki komandadan biri olan bu kollektivə daha çox paranı qıymayıb. Riad başını girləməli, məşqçi və futbolçuların bacarığı sayəsində sonuncu pillədən qaçmalıdı.
 
Abbasov bu şərtlərlə işləmək istəmədiyini, istefa verə biləcəyini bildirmişdi. Büdcədə dəyişiklik yoxdu, amma Ayxan bəy yenə işinin başında olacaq. Əcəba, niyə?
 
Bildiyimizə görə, məşqçi şəraitin yaxşılaşdırılması baxımından bir sıra istəklərinə nail olub. Komanda artıq didərgin kimi yaşamayacaq, oyunlaröncəsi toplanışlar üçün məkanlar olacaq. Bundan başqa, az qala 10 yaşı olacaq kluba məhz indi avtobus alınıb. İllərdi icarəyə götürülən nəqliyyat vasitələri ilə gün keçirən, bu yolla böyük pulların “silindiyi” klubun indi öz avtobusu olacaq.
 
Ən əsası, artıq Abbasovdan yüksək nəticələr istənməyəcək. Daha çox gənclərin oynayacağı “Sumqayıt” avrokuboklar üçün döyüşməyəcək. Sponsorlar yaratdıqları şəraitə münasib olaraq, belə tələbdən imtina edib. Ayxan bəy sakitcə komandasını yığıb, ortabab kollektiv formalaşdırmalıdı. Məhz buna görə baş məşqçi postunda qalmağa razılıq verib. Onun klubla müqaviləsinin bitməsinə bir il qalırdı və eyni şərtlərlə yola davam ediləcək.
 
“Sumqayıt” yüksək ödənişli futbolçuların bəzilərindən imtina edəcək. Artıq Cavid Tağıyevin “Sabah”a, Elvin Məmmədovun “Zirə”yə yollandığı bəllidi. Rəşad Əzizli “Keşlə”yə gedirsə, Əfran İsmayılov da eyni istiqaməti götürməyə əsas namizəddi. Əli Babayev İsrailə qayıdır, Aleksey İsayevsə satılacaq – ona real müştəri var. Heyətə düşməyə çətinlik çəkən Elvin Bədəlov, Arif Daşdəmirov, eləcə də “Qəbələ”yə dönən Yusif Nəbiyev “Sumqayıt”da olmayacaq.
 
Bugündən başlayaraq, yeni futbolçuların gətirilməsi gözlənilir. Orta səviyyəli, maaşı yüksək olmayan yerli oyunçularla (məsələn, Amil Yunanov - red.) danışıqlar başlayıb, bir neçə milliləşdiriləcək oyunçular da gəlməlidi. Onlardan biri qışda transferi alınmayan iranlı Peyman Keşvarazdı. Şəhriyar Əliyev, Rail Məlikov, Vurğun Hüseynov kimi təcrübəlilər də heyətdə qalacaq. Büdcənin imkan verdiyi qədər oyunçu alındıqdan sonra isə “Sumqayıt”ın əvəzedici heyətindən istedadlı uşaqlar əsas komandaya cəlb olunacaq.
 
Beləliklə, yeni mövsümdən daha gənc, eyni zamanda elitada qalmaq uğrunda mübarizə aparacaq “Sumqayıt” görəcəyik. Bununla da Rəfiyevin prezidentliyi dövründə “Sumqayıt”ın ən pis mövsümün keçirməsi və tarixinin ən pis nəticəsinə imza atması realdı. Yenilənən komandanın daha yaxşı olması üçün heç bir ümid yoxdu. Riadın əsas “uğur”u imkan daxilində milliləşdirilmiş futbolçu gətirmək və menecer kimi müştərisi olan oyunçuları komandaya yerləşdirmək olacaq. Futbolu sevən Sumqayıt camaatının arzuları onun vecinə də deyil, təki öz biznesi çiçəklənsin.
 
FƏRİD

 
tarix: 03-06-2019 09:00


 
Xəbər lenti
26.08.2019

01:32   “Qalatasaray” xal itirdi

01:22   “Barselona” ilk qələbəsini darmadağınla qazandı

01:11   PSJ-dən darmadağın

00:58   “Milan”dan ilk oyunda məğlubiyyət

00:05   “Qarabağ” - “Qəbələ” 3:0 - VİDEO

25.08.2019

23:51  Sənan Qurbanov: “Getmək mənim üçün problem deyil”

23:34  Qurban Qurbanov: “Yeni yarımmüdafiəçi axtarışındayıq”

23:10  “Volfsburq”dan darmadağın

22:53  “Qarabağ”dan darmadağın, “Keşlə”dən qələbə

22:29  “Mançester Siti” qalib gəldi, “Tottenhem” uduzdu

22:07  “Keşlə”yə 1 qol bəs etdi - VİDEO

21:59  Elşad Əhmədov: “Bu səhvləri təkrarlamamalıyıq”

21:57  Tərlan Əhmədov: “Onun bilərəkdən vərəqə aldığını düşünmürəm”

19:53  Turabov Super Liqada debüt etdi

19:19  “Volfsburq”un forvardı Super Liqa klubunda

18:35  Millimizin üzvü darmadağını kənardan izlədi

17:47  Premyer Liqada rekord təkrarlandı

17:37  Tanınmış futbolçu karyerasını başa vurdu

16:56  Argentinalı hücumçu Super Liqa klubunda

16:24  “Fənərbaxça” Reyeslə vidalaşdı, Ramini alır - RƏSMİ

15:38  Türkiyə millisinin üzvü ilə 5 illik müqavilə

14:31  İkardinin yeni forma nömrəsi bilindi

13:54  Qana millisinin üzvü Super Liqa klubunda

13:21  “Fənərbaxça” 6 mövsüm sonra

13:05  Dadaşov debüt etdi, yeni komandası ilk xalını qazandı

12:10  “Qarabağ”ın 200 minlik təklifini qəbul etmədilər

11:53  “Qarabağ” bizim qanımızı içmək istəyəcək”

11:30  Əsgərov ehtiyatda qaldı, “Liepaya” uduzdu

10:44  "Neftçi"nin məşqçisi təltif olundu

10:32  Mamadu Mbodj: “Yenilik olsa, biləcəksiz”

10:25  “Sabah”la “Keşlə”nin 5-ci dueli

10:08  “Qəbələ”nin “Qarabağ”la 54-cü qarşılaşması

09:43  Paşayev ehtiyatda qaldı, komandası darmadağına üzüldü

09:21  Əhmədov oyunu gözləyir: “Daha istəkli olmalıyıq”

09:12  “Beşiktaş” Kuaresmanı transferə çıxardı - RƏSMİ

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az