(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Qəbələ” avrokubokdan imtina edir? – klub rəsmisindən açıqlama

“Qəbələ” avrokubokdan imtina edir? – klub rəsmisindən açıqlama

“Qəbələ”dəki məlum durum klub ətrafında söz-söhbətlərin yaranmasına rəvac verib. Klubun dağıla biləcəyi ehtimalı, avrokuboklardan imtinası və s. söyləntilər var. Klubun aparıcı, təcrübəli futbolçularla vidalaşması, legionerləri yola salması və heç bir transfer etməməsi şaiyələrin artmasına şərait yaradır.
 
Bütün məsələlərə aydınlıq gətirmək üçün futbolinfo.az-ın əməkdaşı klubun baş meneceri Zaur Əzizovla danışıb. Bəlli olur ki, vəziyyət pisdi, amma ümidsiz deyil.
 
- Bəlli büdcə çərçivəsində saxlaya bildiyimiz futbolçular qalacaq. Yeni mövsümdə daha çox akademiya yetirmələrinə, gənc oyunçulara üstünlük verəcəyik. Legionerlərdən Davit Volkovun komandada qalmaq məsələsi var. Bizimlə müqaviləsi davam edənlərə təkliflər gəlir. Hələ gözləyirik, vaxtı çatanda qərar verəcəyik. Amma komandada yalnız azərbaycanlı uşaqlar yox, əcnəbi futbolçular da olacaq.
 
- Yeni mövsümdə hədəf nə olacaq?
- Avrokuboklara vəsiqə və ya çempionluq hədəfi olmayacaq, lakin ən yaxşısı üçün mübarizə aparacağıq. Komanda iyunun 17-də Qəbələdə bir araya gələcək. İki həftəlik hazırlıqdan sonra futbolçulara bir neçə günlük istirahət veriləcək. Daha sonra isə Türkiyə toplanışı olacaq. Yeni legionerlərin də məhz orada komandaya qoşulacağı gözlənilir.
 
- Bəlkə də bu sual indiki məqamda yersizdi, lakin soruşmalıyam: “Qəbələ-2” divizionda oynayacaqmı? AFFA İcraiyyə Komitəsinin qərarı var və ötən il imtina etdiyiniz yarışa yenə qoşulmamağınız bu dəfə cərimə ilə nəticələnəcək…
- Doğrusu, hazırda “Qəbələ-2”haqda düşünə bilmirik. Əvvəlcə əsas komandanın problemlərini yoluna qoymalıyıq. Alınsa, divizionda da komandamız olacaq, alınmasa, nə olacağına baxacağıq.
 
- Legioner axtardığınızı dedin. Yerli futbolçuları saxlaya bilmədiyiniz halda əcnəbilərin gəlişi nə dərəcədə realdı?
- Söhbət yüksək ödənişli oyunçulardan getmir. Elə legionerlər axtarırıq ki, yerli futbolçulardan daha az maaşa oynamağa razılıq versinlər.
 
- İcazə ver, indidən həmin oyunçuların səviyyəsinə şübhə edim…
- Biz oyunçuları alır, onların səviyyəsini yüksəldib digər komandalarımıza veririk (gülür). Bir çox klublarımızda bizdən gedən əcnəbilər oynayır, yenə də almaq fikirləri var, deməli, seçimimiz pis olmayıb. Yenə eyni işi görəcəyik.
 
- Hələ heyətinizdə belə bir oyunçu qalıb - Ceyms Adeniyinin müqaviləsi davam edir.
- Onu da satmaq istəyirik. Həm də ciddi məbləğə. Bir neçə şifahi təklifi var, düşünürük. Qiymət məsələsində razılaşmalıyıq. Deyək ki, 100 minə satmaq istəsək, indiyə kimi yola salmış olardıq. Onun üçün layiq olduğu məbləğ ödənilməlidi. İstəyənlər xarici klublardı. Zənnimcə, Azərbaycanda onun tələblərini qarşılayacaq, eyni zamanda bizə çatacaq pulu verəcək gücdə klub yoxdu. Onu satıb büdcəmizə əlavə etmək istəyirik.
 
- Avrokubokdan imtinanız mümkündümü?
- Haqqımızda belə ehtimalların yazılması, deyilməsi gözləniləndi. Vəziyyətimiz bir az çətin olduğu üçün söz-söhbətlər ortaya çıxır, nəsə ehtimallar irəli sürülür. Amma biz hazırda Avropa Liqasına hazırlaşırıq, planlarımızı buna görə qururuq.
 
- Bəhlul Mustafazadənin xarici klublara gedişi mümkündümü? Deyəsən, onu da satmaq istəyirsiz.
- Hansısa oyunçuyla bağlı klubumuza xaricdən təklif gəlsə, müsbət dəyərləndirməyə çalışacağıq.
 
- Akademiyanızda avrokuboklarda və çempionatda layiqli çıxışınızı təmin edəcək səviyyədə və sayda futbolçu varmı?
- Yaxşı komanda yaratmağa çalışacağıq. Problem olmamalıdı.
 
- Hətta “Sumqayıt”la icarə müqaviləsi bitən Ülvi İsgəndərov, Yusif Nəbiyev kimi oyunçular da “Qəbələ”yə qayıtmağa həvəsli deyil.
- İnanmıram belə bir şey olsun. Komanda qurmaqla bağlı çətinliyimiz olmayacaq. Komandanın bundan sonra Qəbələdə qalacağı bəlkə də futbolçuları narahat edir, eyni zamanda daha yüksək maaş təklifi alıblar. Lakin biz də problemin həlli üçün lazım olanı edəcəyik.
 
AĞA

 
tarix: 03-06-2019 16:19


 
Xəbər lenti
18.06.2019

09:40   “Qəbələ” də başladı

09:21   Biri tanış, biri qonşu, üçü yad

09:14   “Fənərbaxça”dan ayrıldı, Super Liqada qaldı

09:00   12 ilin güzgüsü: 1 həftədə 9 oyuna 1 qələbə

00:05   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

17.06.2019

21:17  “Neftçi” üçün 5, “Səbail” üçün 6 potensial rəqib

20:34  “Səbail”in futbolçusu “Stemford Bric”də qələbəyə sevindi

19:55  “Neftçili Yay” futbol düşərgəsi start götürdü

19:05  “Qarabağ” üçün ÇL-də 5 potensial rəqib

18:33  “Roma”nın əfsanəsi klubdan getdi

17:16  “Real”da braziliyalı hücumçu - RƏSMİ

16:10  “Keşlə” Yovanoviçin yolunu gözləyir

15:35  İsayevə görə Rəfiyev danlandı

15:27  ATV İlkin Xəlilovla bağlı bəyanat yaydı

15:11  “Keşlə”də argentinalı futbolçu - RƏSMİ

14:15  Mustivarla Dabo “Neftçi”dən ayrıldı

13:42  Milli komandada ciddi itki

13:14  ATV prezidentindən İlkin Xəlilovla bağlı rəsmi açıqlama

12:45  Deməli, gücünüz İlkin Fikrətoğluna çatdı?!

12:17  Mahir “Qarabağ”dan gedir?

11:50  “Qarabağ”lı üçün 90 dəqiqə

11:25  Paraqvaydan heç-heçə, Uruqvaydan darmadağın

11:00  Seneqal yığması Nigeriya üzərində qələbəyə sevindi

10:32  Larsson yenidən baş məşqçi təyin olundu

10:00  Super Liqa klubunda baş məşqçi istefası

09:30  La Liqaya son vəsiqə üçün son 2 namizəd

09:00  Turalla Vüqar oynadı, “Dauqavpils”...

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az