(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Avropanın 26-cısı

Avropanın 26-cısı

Avropada başa çatan 2018-19 mövsümü ilə ölkələrin və klubların reytinq cədvəli açıqlanıb. Siyahı son 5 ildəki reytinq xallarına görə müəyyənləşib.
 
Azərbaycan qitənin 55 ölkəsi arasında 26-cı yerdə qərarlaşıb. 2018-19 mövsümündə klublarımız beynəlxalq arenada 2375 xal toplayıb ki, bu da ümumi reytinq xalının 19000-ə çatmasına səbəb olub. Avrokuboklarda 4 klubla təmsil olunan Azərbaycan Polşa və Qazaxıstandan cəmi 0.250 xal geridə qalıb.
 
Bu baxımdan liderlik İspaniyanın (103569 xal) olub. İngiltərənin 4 klubunun Çempionlar Liqası və Avropa Liqasında finala qədər irəliləməsinə baxmayaraq, Dumanlı Albion təmsilçiləri 85462 xalla ikinci sırada qərarlaşıb. İlk "üçlüy"ü isə İtaliya (74725) qapayır.
 
Klubların reytinq siyahısına gəlincə, ilk "100-lüy"ə düşən yeganə komandamız "Qarabağ"dı. Aktivində 22000 xal olan Azərbaycan çempionu "Leypziq", "Feyenoord" və "Lester"lə birlikdə 69-72-ci sıraları bölüşür. "Qarabağ" Türkiyə çempionu "Qalatasaray"dan cəmi 0.500 xal az toplayıb.
 
Azərbaycan kubokunun qalibi "Qəbələ" (6.250) "Düdelanj"la birlikdə 169-170-ci yerləri bölüşür. Siyahıya düşən digər klublarımızdan "Neftçi" (3250) 273-cü, "Keşlə" (3000) 274-cü, "Zirə" (0.500) 275-ci, "Kəpəz" isə (0.500) 276-cı yerləri tutublar.
 
Klubların reytinqinə "Real" başçılıq edir. Bu mövsümdəki uğursuzluğa baxmayaraq, əvvəlki illərdə topladığı xallar "kral klubu"nu (146000 xal) zirvədə saxlayıb. Digər İspaniya nəhəngi "Barselona" (138000) ikinci, Bundesliqa çempionu "Bavariya" isə (128000) üçüncü sırada qərarlaşıb. Çempionlar Liqasının qalibi "Liverpul" buna baxmayaraq, ilk "10-luğ"a düşə bilməyib. Yurgen Kloppun yetirmələri hazırda (91000) 11-ci yerdədi.

 
tarix: 04-06-2019 11:31


 
Xəbər lenti
18.06.2019

09:14   “Fənərbaxça”dan ayrıldı, Super Liqada qaldı

09:00   12 ilin güzgüsü: 1 həftədə 9 oyuna 1 qələbə

00:05   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

17.06.2019

21:17  “Neftçi” üçün 5, “Səbail” üçün 6 potensial rəqib

20:34  “Səbail”in futbolçusu “Stemford Bric”də qələbəyə sevindi

19:55  “Neftçili Yay” futbol düşərgəsi start götürdü

19:05  “Qarabağ” üçün ÇL-də 5 potensial rəqib

18:33  “Roma”nın əfsanəsi klubdan getdi

17:16  “Real”da braziliyalı hücumçu - RƏSMİ

16:10  “Keşlə” Yovanoviçin yolunu gözləyir

15:35  İsayevə görə Rəfiyev danlandı

15:27  ATV İlkin Xəlilovla bağlı bəyanat yaydı

15:11  “Keşlə”də argentinalı futbolçu - RƏSMİ

14:15  Mustivarla Dabo “Neftçi”dən ayrıldı

13:42  Milli komandada ciddi itki

13:14  ATV prezidentindən İlkin Xəlilovla bağlı rəsmi açıqlama

12:45  Deməli, gücünüz İlkin Fikrətoğluna çatdı?!

12:17  Mahir “Qarabağ”dan gedir?

11:50  “Qarabağ”lı üçün 90 dəqiqə

11:25  Paraqvaydan heç-heçə, Uruqvaydan darmadağın

11:00  Seneqal yığması Nigeriya üzərində qələbəyə sevindi

10:32  Larsson yenidən baş məşqçi təyin olundu

10:00  Super Liqa klubunda baş məşqçi istefası

09:30  La Liqaya son vəsiqə üçün son 2 namizəd

09:00  Turalla Vüqar oynadı, “Dauqavpils”...

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az