(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Qəbələdən “Neftçi”yə “böyük köç”

Qəbələdən “Neftçi”yə “böyük köç”

Premyer Liqa klubları yeni mövsüm üçün heyətin komplektləşdirilməsinə başladı. Hami göndərdiyi oyunçuları müəyyənləşdirib və indi də vidalaşanlar var.
 
Bir neçə transfer də edilib. Xüsusilə “Zirə” bu baxımdan fəaldı. “Qartallar” yerli oyunçuya olan ehtiyaclarını qarşılamağa çalışır və vacib mövqelərə oyunçular alınır.
 
Ölkəmizi avrokuboklarda təmsil edənlər isə nədənsə susqundu. “Səbail” ilk addımları atıbsa, “Qəbələ”, “Neftçi” və “Qarabağ” hələ də axtarır. Xüsusilə “Neftçi”dən daha ciddi transferlər gözlənilir. Həm də yeni mövsümdən çempionluq uğrunda mübarizə aparacağından bakılıların güclənməsi lazımdı.
 
Əslində, “Neftçi” yeni heyətlə bağlı müəyyən işlər görüb. Xeyli futbolçu ilə danışıq aparılıb, bəziləri ilə razılıq əldə edilib, lakin onların təqdimatı yubanır. Klubdan hər hansı problemin olmadığı, keçidlərin rəsmiləşməsi üçün xırda detalların qaldığı vurğulanır. Stiven Monroz və Vojislav Stankoviç özləri də açıqlamalarında paytaxta köçəcəklərini etiraf edib. Rauf Əliyevin “Neftçi” ilə ilkin müqavilə bağladığını da hamı bilir. Yəqin ki, qarşıdakı günlərdə bu transferlər bir-bir açıqlanacaq.
 
Adı çəkilən futbolçuların “Neftçi”yə faydalı olacağı ehtimal edilir. Amma “Qəbələ”dən ayrılan 3 oyunçunun cəm halında Bakıya gəlməsi bir az qəribədi. Elə təəssürat yaranır ki, bu klubun maddi vəziyyəti pisləşməsəydi, “Neftçi” transferlərdə çətinlik çəkəcəkdi. Seçim imkanı geniş ikən eyni klubdan bu qədər futbolçunun gətirilməsinə nə ehtiyac var? Daha yaxşıları yoxdumu?
 
Stankoviç etibarlı oyunu ilə seçilib, lakin yaş öz işini görüb, serb mərkəz müdafiəçisi əvvəlki qədər yaxşı deyil. Sentyabrda 32 yaşını tamamlayacaq oyunçunun “Neftçi”yə uzun müddət xidmət edə bilməyəcəyini nəzərə alsaq, bu keçid risklidi. Artıq bir dəfə Neftçi“dən qovulan Rauf da həmin hücumçu deyil. Əzmkardı, qol duyumu var, lakin bakılılara nə dərəcədə xeyir verəcəyini proqnozlaşdırmaq çətindi. Monrozun istedadına şübhə yoxdu, ərköyün fransızın dilini tapmaq olsa, azarkeşlərin sevimlisinə çevriləcək.
 
Ötən mövsüm Baqali Dabonu Qəbələdən Bakiya gətirən “Neftçi” bunun faydasını gördü – o, komandanın ən yaxşılarından oldu. Amma yalnız əyalət klubuna göz dikmək gümüş medalçıya baş ucalığı gətirməz. Kvame Karikari, Qoran Paratski, Canluka Sansone, Petru Raku, Slavko Braliç və başqa uğursuz transferlər göstərir ki, “Neftçi”nin əcnəbi seleksiyası uğurlu olmur. Bəlkə də buna görə klubun idman direktoru Ceyhin Sultanov risk etməyərək, hamımızın tanıdığı futbolçulara üz tutur.
 
Faciəvi deyil, lakin xoş mənzərə də sayılmamalıdı. “Neftçi”yə yeni adlar gətirmək və onları ölkə futboluna qazandırmaq yaraşar. Sultanov mövsüm boyu hər ay onlarca futbolçu izləyib. Görünür, o, ya seçə bilmir, ya da lazımi futbolçulara baxmayıb. Heyət “Qəbələ”nin hesabına gücləndiriləcəkdisə, o zaman axtarışa, xarici səfərlərə xərc çəkməyə nə lüzum var idi?
 
İstənilən halda, ittiham etməyə tələsməyək. Hələlik “Neftçi” kiminləsə rəsmi müqavilə bağlamayıb. Bəlkə bakılılar hamını təəccübləndirəcək və həqiqətən də yeni mövsümə damğa vuracaq oyunçular gətirəcək...
 
AĞA

 
tarix: 04-06-2019 12:19


 
Xəbər lenti
16.06.2019

10:30   Serb hücumçu Bundesliqa klubunda

09:31   Super Liqa klubunda bir transfer, iki ayrılıq

00:24   Emil Balayev oynadı, “Tobol” qalib gəldi - VİDEO

15.06.2019

23:29  Ukrayna dünya çempionu oldu

22:28  Millimizdən heç-heçə

22:11  “Səbail”dən daha 2 transfer - RƏSMİ

22:00  “Qəbələ” Polşa klubuna qalib gəldi, “Mançester Yunayted”ə uduzdu

21:31  “Neftçi”nin Türkiyə toplanışı başladı

21:05  “Qəbələ”dən növbəti transfer

19:30  “Qarabağ” “Səbail”ə qalib gəldi

19:00  Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

18:31  Yunanıstan millisinin forvardı Super Liqa klubunda

18:00  “Qəbələ”dən ilk transfer - RƏSMİ

17:44  “Qəbələ” Türkiyədə Ukrayna klubu qarşılaşacaq

17:00  “Fənərbaxça”dan ilk transfer

15:21  İtaliya klubu baş məşqçiylə vidalaşdı

14:17  Baş məşqçisindən Ramil Şeydayevlə bağlı transfer açıqlaması

13:40  Ponomaryovla B planı

13:19  İtaliya klubu baş məşqçi ilə bağlı qərarını açıqladı

12:54  “Neftçi” Türkiyəyə getdi

12:04  Braziliya Amerika Kubokuna qələbə ilə başladı

11:58  Bezotosnı “Keşlə”yə keçmədi

11:52  “Səbail” “Zirə”nin daha bir “sabiq”ini istəyir

11:45  Tanışlarla güclənən “Neftçi”

10:55  Çeferin ingilisləri tənqid etdi: "Londonda Azərbaycanın iki komandası oynasaydı..."

10:24  Leonardo yenidən PSJ-də

10:12  La Liqada klubunu dəyişdi

10:00  “Udineze”dən Super Liqa klubuna

09:47  PSJ yetirməsini 15 milyon avroya satdı

09:32  Superkubok matçının vaxtı və yeri açıqlandı

09:00  “Portu”nun futbolçusu Super Liqa klubunda

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az