(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
“Qəbələ” daha üç futbolçu ilə vidalaşdı - RƏSMİ

“Qəbələ” daha üç futbolçu ilə vidalaşdı - RƏSMİ

“Qəbələ” daha üç futbolçu ilə yollarını ayırıb. 

Futbolinfo.az xəbər verir ki, bunlar Stiven Monroz, Lalavele Atakora və Sabien Lilaydı. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Qeyd olunur ki, adı çəkilən legionerlər növbəti mövsümdən “qırmızı-qara” formada çıxış etməyəcəklər.

2017-ci ilin yayından “Qəbələ”nin şərəfini qoruyan Monroz iki mövsüm ərzində bu komandanın heyətində keçirdiyi 62 matçda 20 qol vurub. O, Premyer Liqada 47 (15 qol), Azərbaycan kubokunda 9 (3 qol), UEFA Avropa Liqasında 6 (2) qarşılaşmada iştirak edib. 29 yaşlı fransalı hücumçu “Qəbələ”də Premyer Liqanın gümüş mükafatını qazanıb, kubokun qalibi və finalçısı olub.

2018-ci ilin yayında komandaya qoşulan Atakora və Lilay “Qəbələ”də bir mövsüm keçirib. Onların hər ikisi 29 matça çıxıb ki, bunlardan 23-ü çempionat, 4-ü kubok, 2-si UEFA Avropa Liqasına təsadüf edib. Atakoranın hesabında Premyer Liqada vurulan bir qol var. Atakora və Lilay Azərbaycan kubokunun qalibi olublar.

“Qəbələ” İdman Klubu bu futbolçulara “qırmızı-qara” forma ilə keçirdiyi oyunlara və qazanılan qələbələrdəki paylarına görə təşəkkür edib, gələcək karyeralarında yeni-yeni uğurlar arzulayıb.


 
tarix: 04-06-2019 19:15


 
Xəbər lenti
17.06.2019

10:32   Larsson yenidən baş məşqçi təyin olundu

10:00   Super Liqa klubunda baş məşqçi istefası

09:30   La Liqaya son vəsiqə üçün son 2 namizəd

09:00   Turalla Vüqar oynadı, “Dauqavpils”...

01:00   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

16.06.2019

23:18  “Neftçi”nin Türkiyədəki 2-ci günü - VİDEO

23:06  “Qəbələ” Polşada 9-cu oldu

22:49  “Səbail”in Bolqarıstandakı bütün rəqibləri məlum oldu

19:37  Premyer Liqada hamı bu topun arxasınca qaçacaq - FOTO

18:57  Argentina yığması 40 il idi bu aqibəti yaşamırdı

17:27  “Yuventus”un yeni baş məşqçisi rəsmən açıqlandı

16:07  “Neftçi”dən yeni transferi ilə 2 illik müqavilə

15:34  Monroz “Neftçi”də - VİDEO

15:16  Dünya çempionatının ən yaxşıları açıqlandı

13:39  “Neftçi”nin daha bir rəqibi müəyyənləşdi

12:24  Qurban Qurbanov: “Bizə son variant kimi baxırlar”

11:50  Argentina məğlubiyyətlə başladı

11:44  AFFA dövlətlə azarkeş (xalq) arasında uçurum yaradıb

11:01  “Zirə” Bolunu seçdi

10:45  Tovuz və Gəncə azarkeşləri də Elxan Məmmədovun yalanlarından bezib

10:30  Serb hücumçu Bundesliqa klubunda

09:31  Super Liqa klubunda bir transfer, iki ayrılıq

00:24  Emil Balayev oynadı, “Tobol” qalib gəldi - VİDEO

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az