(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
“Zirə” “Qəbələ”dən daha birini gətirdi

“Zirə” “Qəbələ”dən daha birini gətirdi

“Qəbələ”dən “Zirə”yə “köç” davam edir. Cavid Hüseynov və Elvin Camalovun ardınca daha bir futbolçu “qırmızı-qaralar”la vidalaşaraq, “qartal” olacaq.
 
Həftə bitməmiş “Zirə” İlqar Qurbanovun transferini rəsmən açıqlayacaq. Təcrübəli oyunçu ilə müqavilənin ikiillik olması gözlənilir.
 
Sağ cinah müdafiəçisinin gəlişi İlkin Qırtımovun “Zirə”ylə vidasını tezləşdirməlidi. Baş məşqçi Samir Abasovun istəmədiyi, lakin məcburiyyətdən heyətdə saxladığı oyunçu ilə “Keşlə” maraqlanır. “Sumqayıt”ın da diqqətdə saxladığı oyunçunun paytaxt təmsilçisinə keçidi daha realdı.
 
İlkin “Zirə”dən ayrılan sonuncu futbolçu olmayacaq. Kamal Mirzəyev də özünə yeni iş yeri axtarır. Dayaq yarımmüdafiəçisi başa çatmış müqaviləni uzatmamaq qərarına gəlib.

 
tarix: 06-06-2019 09:35


 
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az