(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Milli formadan şəxsi mənafeyi üçün istifadə edən Rəfiyev

Milli formadan şəxsi mənafeyi üçün istifadə edən Rəfiyev

“Sumqayıt” daha iki oyunçusunu itirəcək. Ötən yay komandaya cəlb olunan Əli Babayev və Aleksey İsayev yol üstədi.
 
Ölkə kubokunun finalçısının aparıcı oyunçuları fərqli istiqamətlərə gedir. Əli vətəni İsrailə dönürsə, Aleksey başqa kluba satılacaq.  Ötən mövsümə əla başlayan, sonra isə sıradan futbolçuya çevrilən cütlük artıq onları dəyərə mindirən, potensiallarını açmalarına yardımçı olan “Sumqayıt”ın verdiyi maaşı bəyənmir və daha çox qazanacaqları yer axtarırlar.
 
Futbolda gözlənilən proseslərdi – bu gün burdasan, sabah harada olacağını kimsə bilmir. Vəziyyətə, şəraitə görə hərəkət etməli olursan. İsayevlə Babayev də bu cür davranır, daha çox qazanacaqları yerə qaçırlar.
 
Lakin burada məntiqsiz olan bir məqam var. “Sumqayıt” bu köçəri quşları bir ayın içində milliləşdirdi, AFFA-dakı hamilərin hesabına yığma oyunçusu etdi. İndi onların vizit kartında Azərbaycan millisinin oyunçusu olmaları haqda bənd var. Bu isə futbolçuların daha çox qazanmasına, qiymətə minməsinə hesablanıb.
 
Klubun menecer prezidenti Riad Rəfiyevə də “Sumqayıt” zatən bunun üçün lazımdı. İndi bu futbolçular Rəfiyevə məxsus, ondarma rəhbər qoyduğu menecerlik şirkətinin – “3R”-in müştəriləridi. Və onların satışından əldə olunan gəlir, bağladığı müqavilədən gələn komisiyon haqqı Riada çatacaq. Azərbaycan polisini ələ salması ilə yadda qalan, İsrail qanı ilə fəxr edən Əli, ürəyi Rusiya üçün döyünən Aleksey millimizi yalnız öz dəyərlərini artırmaq üçün seçib, yığmamızdan məqsədləri naminə istifadə ediblər. Rəfiyev də bu işdə hər şey edib. Milli komandanın baş məşqçi postuna gətirdiyi Nikola Yurçeviç onun hər xahişinə “baş üstə” deyir, əl-ələ verib pul qazanırlar.
 
“Sumqayıt”ın sabahı isə kimsənin vecinə deyil. Adını gəncləşdirmə siyasəti qoyaraq, ölkənin əsas şəhərərindən birini rəzil günündə olan komandaya möhtac edəcəklər. Yerli azarkeşlərin hər oyun ürəyi ağzına gələcək, sevincə həsrət qalacaqlar, Rəfiyev isə qatladığı yüzminlərin kefini çıxaracaq. Kirvəsi Elşad Nəsirovun sayəsində gözəl həyat onun üçün bitməyəcək. Daydaylı həyar çox zövqlüdü.
 
FƏRİD

 
tarix: 06-06-2019 10:23


 
Xəbər lenti
21.08.2019

09:00   David Hili: “Qarabağ” məni təəccübləndirdi”

00:55   “Ayaks” APOEL-lə ilk oyunda bacarmadı

20.08.2019

21:44  “Qarabağ” Belfasta getdi - FOTOLAR

19:30  Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

19:00  “Real”ın yeni transferi sıraya döndü

18:44  Honduras millisinin forvardı rəsmən “Sabah”da

18:33  Riberi İtaliya klubu ilə anlaşdı

18:05  “Fənərbaxça”da ciddi itki

17:44  Azarkeşlər AÇ-2020 fristaylerlərini seçir

17:23  “Real”da ciddi itki

17:00  “Zirə”nin 2 futbolçusuna milli dəvət

16:42  Yaşar Vahabzadə: “Nəyin alınıb-alınmadığını oyunlar göstərəcək”

16:21  “Qarabağ”ın maraqlandığı qapıçı B Seriyasında

16:00  İtaliya klubu müraciət etdi, millimizdən uzaqlaşdırıldı

15:41  “Neftçi”nin futbolçusu milliyə çağırıldı

15:20  Şehiçə görə 250 min avro?

15:00  “Linfild” - “Qarabağ” matçı canlı yayımda

14:48  “Azərsun Arena” təmirə bağlanır – “Qarabağ” harada oynayacaq?

14:36  Kamran Quliyev azarkeşlərin tribunadan uzaqlaşdırılmasına aydınlıq gətirdi

14:14  “Yuventus” yeni transferini icarəyə verdi

13:52  “Qarabağ”ın futbolçusu İngiltərə ilə oyuna dəvət aldı

13:38  “Azərbaycan aldadıcı komandadı”

13:15  “Arsenal”dan Bundesliqa klubuna – RƏSMİ

12:51  “Barselona”da itki – 4-5 həftə olmayacaq

12:30  “Səbail”in yubiley qələbəsi

12:19  Əliyev də legionerə ehtiyac duyur: “Futbolçu yetişdirmək heç kimə maraqlı deyil”

12:00  Emil Balayevdən yeni “quru seriya”

11:41  Dabonun xanımından incik mesaj: “Şansı başqalarına buraxaq”

11:31  İlqar Qurbanov rəsmən “Sumqayıt”da

11:23  Millimizin heyəti açıqlandı

11:12  Radikal qərar zamanı

11:01  Mahir üçün seçim anı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az