(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
Lixtenşteyndə biabırçı nəticə

Lixtenşteyndə biabırçı nəticə

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsində bu gün ilk oyununu keçirib.

Futbolinfo.az xəbər verir ki, Milan Obradoviçin rəhbərlik etdiyi kollektiv səfərdə Lixtenşteynin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Eşen şəhərindəki “Sportpark Eşen Mauren” stadionunda, yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 21:00) başlayan oyunu Şimali İrlandiyadan olan hakimlər briqadası idarə edib.

Oyundan əvvəl 1990-2007-ci illərdə UEFA-nın prezidenti olmuş Lennart Yohanssonun vəfatı ilə əlaqədar bir dəqiqəlik sükut elan olunub.

Qarşılaşmanın taleyini isə meydan sahiblərinin matçın əvvəlində penaltidən vurduqları yeganə qol həll edib.

Bu, Lixtenşteyn U-21 millisinin tarixində ilk qələbəsi olub. Sözügedən komanda əvvəlki 61 rəsmi oyununda nəinki qalibiyyət üzü görməmişdi, heç xal da qazana bilməmişdi.

Maraq üçün qeyd edək ki, bu, Azərbaycan millisinin Lixtenşteyn futbolu tarixinə ilk dəfə düşməsi deyil. Bu ölkənin əsas yığması da ilk qalibiyyətini millimizlə görüşdə əldə edib. AÇ-2000-in seçmə mərhələsində 1998-ci ildə keçirilən görüşdə Lixtenşteyn millisi Azərbaycanı 2:1 hesabı ilə məğlub edərək, tarixində ilk qələbəsini qazanıb.

AÇ-nin seçmə mərhələsi
6 iyun

Lixtenşteyn U-21 – Azərbaycan U-21 1:0
Qol: N.Frik, 10-pen.
Baş hakim: Tim Marşall
Baş hakimin köməkçiləri: Paul Robinson, Stefen Donaldson (hamısı Şimali İrlandiya)
Dördüncü hakim: Şeyn Andrevs.

Lixtenşteyn: 1. Armando Mayer, 2. Lukas Qraber, 3. Noa Qraber, 4. Rafael Qrünenfelder, 5. Fabian Unterrayner, 6. Simon Lüçinqer, 7. Benjamin Voqt, 8. Noa Frommelt (k), 9. Tim Şreyber, 10. Noa Frik, 11. Paskal Koller.
Ehtiyat oyunçular: 12. Raffael Loosli, 13. Martin Marxer, 14. Roman Spiriq, 15. Yonas Hilti, 16. Lukas Büxel, 17. Niklas Bek, 18. Marko Marxer, 19. Aaron Salanoviç, 20. Menderes Çağlar.
Baş məşqçi: Martin Stoçklasa. 
Azərbaycan: 12. Kamran İbrahimov, 2. Amin Seydiyev, 3. Turan Manafov, 5. Nihad Tamazov, 6. Hacıağa Hacılı (k), 9. Rövlan Muradov, 10. İsmayıl İbrahimli, 11. Şakir Seyidov, 13. Murad Qayalı, 17. Barış Ekincier, 23. Musa Qurbanlı.
Ehtiyat oyunçular: 1. Şahin Zəkiyev, 7. Nicat Süleymanov, 14. Ziya Əzizov, 15. Hüseyn Seyliğli, 16. Süleyman Əhmədov, 18. Emin Qasımov, 19. Tural Bayramlı, 20. Elçin Mustafayev, 21. Arziman Rizvanov.
Baş məşqçi: Milan Obradoviç.


 
tarix: 06-06-2019 22:53


 
Xəbər lenti
27.06.2019
26.06.2019

22:30  Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

19:45  “Neftçi”nin Rumıniya klubu ilə oyunu yarıda qaldı

18:33  İtaliya millisində baş məşqçi ayrılığı

18:00  “Messiyəm” dedi, 23 qadını aldadaraq…

17:30  “Sumqayıt”da ispan məşqçi - RƏSMİ

17:00  “Qəbələ”dən “Sabah”a – RƏSMİ

16:40  Paytaxt klubunda yeni təyinat

16:21  “Neftçili Yay” futbol düşərgəsi başa çatdı

16:00  “Qarabağ”ın rəqibi milli üzvü ilə gücləndi

15:40  “Neftçi”nin rəqibindən kubokda darmadağın

15:20  “Barselona”nın qapıçısı rəsmən “Valensiya”da

15:00  “Qəbələ”nin 3 yetirməsi “Şüvəlan”da

14:40  Aftandil Hacıyevdən darmadağına şərh

14:20  “Səbail”dən növbəti transfer - RƏSMİ

14:00  Çempionlar Liqasında yeni mövsümə start verildi

13:30  “Fənərbaxça”da ayrılıq

13:00  “Mançester Siti”dən Belçika klubuna - RƏSMİ

12:30  “Sent-Etyen”dən Super Liqa klubuna

12:02  “Mançester Siti”də ayrılıq

11:41  Kamerun qələbə, Qana heç-heçə ilə başladı

11:20  Azərbaycan klubu ispaniyalı məşqçi gətirdi

11:00  “Barselona” hücumçusunu satdı

10:30  FİFA-dan Türkiyə klubuna sərt cəza

10:00  “Barselona”dan “Everton”a - RƏSMİ

09:30  Azərbaycan çempionuna ÇL püşkü öncəsi şad xəbər

09:00  “Zalsburq”dan Super Liqa klubuna

00:27  Mirabdulla icarə müqaviləsi imzaladı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az