(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Kubemba “Sabah”da: bakılılar yerli oyunçu transfer etməyəcək

Kubemba “Sabah”da: bakılılar yerli oyunçu transfer etməyəcək

Qiymətlərini qaldırmaq üçün “Sabah”ın adından istifadə edən yerli futbolçular artıq bu imkandan məhrumdu. Çünki paytaxt klubu yerli oyunçu transferini yekunlaşdırıb.
 
“Sumqayıt”dan Cavid Tağıyevi, “Neftçi”dən Məhəmməd Mirzəbəyovu sıralarına qatan debutant bundan sonra heyəti qorumaqla və əsasən əcnəbi gətirməklə məşğul olacaq. Heç onların da sayı bir o qədər çox olmayacaq.
 
Son çempionat bitdikdən sonra yeni klub axtaran futbolçuların demək olar, hamısının adı “Sabah”la yanaşı çəkilirdi. Bu klubun guya fantastik pullar təklif etməsi, süni qiymət artırması iddia olunurdu. Amma zaman göstərdi ki, belə deyilmiş. Çünki Cavid Hüseynov, Elvin Camalov “Zirə”yə üz tutdu, Səlahət Ağayev “Neftçi”də qaldı. Və “Sabah” onları şirnikləndirəcək təkliflərə getmədi. Sadəcə, bəzi futbolçular yalançı fon yaradıb maaşlarını yüksəldə bildi.
 
Bakılılar həqiqətən böyük pullar xərcləsəydi, həmin futbolçuları heyətinə qatardı. Ancaq “Sabah” ehtiyac duyduğu mövqelərə futbolçu axtardı və yuxarıda qeyd etdiyimiz kimi, ikisi ilə anlaşdı.
 
Hazırda klubda əsas problem Təmkin Xəlilzadə ilə bağlıdı. İntizamsızlığına görə ötən mövsümün sonunda əsas heyətdən uzaqlaşdırılan cinah müdafiəçisi ilə bağlı yaxın günlərdə qərar veriləcək.
 
“Sabah”ın bundan sonrakı hədəfi əcnəbi transferləri ilə bağlıdı. Yüksək səviyyəli mərkəz müdafiəçisi axtaran klub rəhbərliyi cinah hücumçuları ilə də danışıq aparır. Stopper gətirilməsi vacibdi. Həm bu mövqedə rəqabəti artırmaq, həm də ehtiyat variantları çoxaltmaq üçün məşqçilər heyəti belə qərar verib. Hazirda heyətdə 3 belə oyunçu var və kifayət deyil.
 
Cinah hücumçularından biri ilə razılıq əldə olunub. “Səbail”dən tanıdığımız Kevin Kubemba bundan sonra “Sabah” forması geyəcək. Onun keçidinin böyük ölçüdə həll olunduğunu klubdan da təsdiqləyirlər. Digər cinah üçün isə axtarışlar davam edir. Klub rəhbərliyi elə oyunçulara diqqət edir ki, onların həm də hücumda oynamaq özəlliyi olsun. Kubemba məhz belə futbolçudu.
 
Belə düşünülməsində məqsəd əlavə hücumçu transfer etməməkdi. Marko Deviç varkən daha bir bahalı futbolçu  gətirmək, onlardan birini ehtiyatda oturtmaq ağılsızlıq olar. Ona görə də klub daha çox ehtiyac duyulan mövqelərə oyunçu axtarır. İstisna yalnız mərkəz yarımmüdafiəçisi ola bilər. Uyğun variant düşərsə, “Sabah” orta sahəni daha bir futbolçunun hesabına gücləndirəcək.
 
İyunun 17-də yeni mövsümün hazırlıqları üçün toplaşacaq komanda ovaxtadək transfer çalışmalarını bitirməyə cəhd edir. Yeni mövsümdə hədəf ilk “dördlüy”ə düşməkdi. Bu səbəbdən təlim-məşq toplanışına komanda tam heyətlə başlamağa cəhd edir.
 
AĞA

 
tarix: 06-06-2019 13:15


 
Xəbər lenti
24.08.2019

01:52   “Sevilya” qalib gəldi, “Vilyarreal” uduzdu

00:58   “Aston Villa” “Everton”u məğlub yola saldı

00:48   “Qarabağ” - “Linfild” matçında rusiyalı hakimlər

00:25   “Borussiya”dan inamlı qələbə

23.08.2019

23:38  “Beşiktaş”dan darmadağın

22:43  Nazarov üçün 63 dəqiqə və 1 xal

21:03  Təbriz klubu yeni mövsümə qələbə ilə başladı

20:33  Dabo “Neftçi” azarkeşlərindən üzr istədi

18:44  “Turan Tovuz”la “Ağsu” yeni mövsümə qələbə ilə başladı

18:22  “Neftçi”nin futbolçusu Haiti yığmasına çağırıldı

17:41  Ozan Can rəsmən “Sabah”da

17:33  “Beşiktaş” – “Göztəpə” matçını buradan canlı izlə! - Azərbaycanda ilk dəfə

17:27  Larsson istefa verdi

16:47  “Mançester Yunayted”də itki

16:00  Yığmamızın heyətində dəyişiklik

15:30  Azərbaycanlı hakim ÇL-ə təyinat aldı

15:00  İngiltərə millisinin sabiq üzvü “Seltik”də

14:36  Premyer Liqada 2-ci tur rəqəmlərin gözü ilə

14:00  Meksika millisinin üzvü rəsmən “Napoli”də

13:32  Fernando Torres vida matçına çıxır

13:06  “Qəbələ” Kamal Mirzəyevin transferinin detallarını açıqladı

12:53  “Trabzonspor”un Yunanıstan zəfəri - VİDEO

12:00  “Qalatasaray”ın futbolçusu rəsmən İspaniya klubunda

11:39  Azərbaycanlı futbolçu rəsmən Küveyt klubunda

11:17  "Linfild"in müdafiəçisi Bakıda sürpriz istəyir

11:08  "Səbail"in legioneri üçün il bitdi

11:03  Nazarov “Ştutqart”a meydan oxudu

10:54  Qonşumuz dəyişdi

10:32  “Qarabağ”a qalib gəlmək inanılmazdı”

10:00  Kompani istefaya göndərildi

09:30  “Liverpul”da yeni müqavilə

09:12  “Real”ın futbolçusu digər La Liqa klubunda

09:00  "Tarixin ən yaxşı komandası" və yarıhəvəskarlar

01:57  Qurban Qurbanov: “Cavab matçında böyük şansımız var”

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az